Bu hərbi müdaxilə ssenarisi sadəcə sənədli sübuta malik olmayan müəlliflərin fantaziyasıdır.

İkincisi, belə bir ssenarinin həyata keçirilməsi üçün regionda şərtlər hələ uyğun deyildir. Bundan başqa, nə ABŞ, nə də Avropa ölkələri bu gün İrana hücum edəcəkləri təqdirdə İranı nəzarət altına alacaqlarını, yaxud bölgədəki rolunu sıfıra endirəcəklərini düşünürlər.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın "Nəşnl İnterest" jurnalının İrana hərbi müdaxilə ilə bağlı yaydığı ssenariyə münasibət bildirərkən İranın Yaxın Şərq üzrə eksperti, keçmiş diplomat Hadi Əfqahi deyib.

Əfqahi daha əhəmiyyətli problemlərin olduğunu söyləyib:

"Tramp İran neftinin ixracının dayandırılması barədə təhdidlərindən sonra özü də bu təhdidlərlə qarşı-qarşıya qaldı. Belə ki, İrana qarşı neft embarqosu tətbiq edilsə, Hörmüz boğazını bağlayacağıq. Bu yaxınlarda Yəmənin Səudiyyə Ərəbistanının neft gəmilərinə raket atmasından sonra Bab ül-Məndəb üzərindən neft ixracı dayandırıldı. Bu, bütün regionu savaşın içinə çəkəcək və ABŞ-a heç bir fayda verməyəcək. Çox həssas bir mövzudur. Əgər belə bir şey olsa, tək səbəbkarı ABŞ olacaq. Başqa bir qitədən gələrək Hörmüzdə qarışıqlıq yaratmağa çalışırlar. Əgər qarşıdurma olsa, bu, İran və ABŞ-la məhdudlaşmayacaq. Bir çox ölkə və fərqli ölkələrdən cihadçı qruplar savaşın içinə daxil olacaq".

Qeyd edək ki, "Nəşnl İnterest" jurnalı ABŞ-ın İrana qarşı İraqdan 2026-cı ildə hərbi müdaxilə ediləcəyi barədə məlumat yayıb.

10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
08 May 2025 Kreml indi Paşinyana “tək seçim” şansı tanıyır: İrəvan Qərbdən imtina edib, Rusiyanın orbitinə qayıtmasa…
07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...

Xəbər lenti