Tramp administrasiyasının Türkiyəyə qarşı sanksiyalarının iqtisadi baxımdan heç bir anlamı yoxdur.

Vaşinqton bu sanksiyalarla sadəcə yaxınlaşmaqda olan böyük fəlakətin siqnalını verir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Die Velt”də məqalədə dərc edilib. Məqalədə hər iki ölkənin NATO üzvü olmasına rəğmən, ABŞ-ın yaranan ixtilafı daha da gərginləşdirdiyi bildirilib:

“Prezident Ərdoğan güzəştlərə getməsə və əlavə sanksiyalar qüvvəyə minsə, bunun nəticələri daha dəhşətli olacaq. Bu proses dövlətin iflasına qədər gedə bilər.

İnvestorlar yeni sanksiyaların gələcəyindən qorxurlar. Ona görə ki, hər iki tərəf güzəştə getməyə hazır kimi dayanmır. Türkiyə keçən il Avropa İnkişaf Bankından 1,8 milyard dollarlıq kredit götürdü və bununla buradan ən çox borc alan ölkə oldu. Türkiyənin beynəlxalq maliyyə quruluşlarından borc almasının qarşısının alınmasına dair sanksiya paketi artıq ABŞ Senatına təqdim edilib. Əgər Senat bunu qəbul etsə, Türkiyəyə çox ağır zərbə olacaq”.

Məqalədə Türkiyədən xarici investorların qaçışı məsələsinə də toxunulub:

“İnflyasiyadan sonra gəlirindən məhrum olan xarici sərmayə Türkiyədən qaçmağa başlayıb. Dünyada Türkiyə qədər xarici sərmayədən asılı olan başqa ölkə yoxdur. Ona görə ki, ölkə ixrac etdiyindən daha çox idxal edir.

Türkiyənin bu ən zəif, ən müdafiəsiz nöqtəsindən ABŞ rəhbərliyi qəsdən açıq şəkildə istifadə edir. Əgər Senatdakı sanksiyalar qəbul edilsə, bu, ilk növbədə ölkəyə xarici investisiya axınını hədəf alacaq. Bu axın dayansa, təkcə lirə dəyər itirməz, həm də ödənişlərin balansı böhranı riski artmış olar. O zaman vəziyyət iflaslara və ödənişlərin edilməməsi nöqtəsinə gəlib çıxar. Dövlətlə bərabər banklar da turbulent zonaya daxil olar, insanlar topladıqlarını itirmiş olarlar”.

10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
08 May 2025 Kreml indi Paşinyana “tək seçim” şansı tanıyır: İrəvan Qərbdən imtina edib, Rusiyanın orbitinə qayıtmasa…
07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...

Xəbər lenti