![]() |
|
Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris-2024-də qızıl medal qazanıb.
Azərbaycan Cüdo Federasiyası yarışdan 2 həftə öncə cüdoçunun yaxınları və məşqçisinin müsahibəsinin yer aldığı reportaj hazırlayıb.
Həmin müsahibələrdə Hidayətlə bağlı bir sıra maraqlı məqamlardan bəhs olunub. Onun mübarizə əzmindən söz açılıb. 26 yaşında Dünya çempionu titulunu hədəflədiyi, bunun üçün gecə-gündüz çalışdığı qeyd olunub.
Məlumat üçün deyək ki, cüdoçunun 3 gün öncə 27 yaşı tamam olub. Onun bu yaşındakı ilk uğuru da məhz Olimpiya çempionluğu oldu.
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb.
Hələlik komandanın aktivində bir qızıl mükafat var.
Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün olimpiya çempionu adını qazanıb.
Ölkəmizlə birlikdə Rumıniya və Özbəkistan da bir qızıl medalla 15-cidir.
Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq
"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.
Matçın baş hakimi danimarkalı Yakob Sandberq olacaq.
Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.
"Məni Azərbaycandan ilk təbrik edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oldu".
Bu sözləri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov jurnalistlərə açıqlamasında deyib:
"Ardınca ailəm təbrik etdi, buradakı insanlar xoş sözlər dedilər. Nazirlərimiz əlaqə saxlayaraq təbriklərini çatdırdılar."
Ətraflı İTV-nin süjetində:
Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisinin final oyunu baş tutub.
"Report" xəbər verir ki, yığmamız həlledici matçda Lüksemburq seçməsi ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində davam edən oyun təmsilçilərmizin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycanın U-18 millisi son olaraq 2016-cı ildə Avropa çempionatı C divizionunun qalibi olmuşdu.
Bundan əlavə, Azərbaycanın qızlardan ibarət U-18 basketbol millisi Avropa çempionatının C divizionunun ikincisi olub.
Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşadək qızlar arasında keçirilən qitə turnirinin finalında Kosovo ilə üz-üzə gələn yığma 65:75 hesabı ilə məğlub olub.
Bu nəticənin ardından Evren Alkayanın rəhbərlik etdiyi yığmamız gümüş medallara sahib çıxıb.
Xəbər verdiyimiz kimi, Fransada 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimi baş tutub. Mərasim çərçivəsində müxtəlif nümayişlər keçirilib. İştirakçı ölkələrin nümayəndə heyətləri qayıqla Sena çayını keçərək idmansevərləri salamlayıblar.
“Xarici KİV açılışdan rəngarəng fotoları təqdim edir:
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
"Yəqin ki, qarşıdakı müddətdə yeni transferlərimiz olacaq. Ancaq bunun qədər vacib olan bir məsələ də var".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov deyib.
Ağdam klubunun təcrübəli funksioneri heyəti daha da gücləndirmək və Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib.
Uzun illərdir "köhlən atlar"ın uğurlu fəaliyyətində mühüm rol oynayan idarəçi qeyd edib ki, mövcud heyətin qorunması çox mühüm məsələdir:
"Bilirsiz ki, "Qarabağ" heç vaxt transfer xatirinə transfer etməyib. Bu, həmişə belə olub və bundan sonra da belə olacaq.
Baş məşqçimiz bu məsələlərə çox həssas yanaşır. Bəzən yersiz tənqidlər eşidirik, deyirlər ki, niyə "Qarabağ" hər "transfer pəncərəsi" açılan vaxt beş-altı transfer eləmir.
Qurban müəllim kimləri desə, alacağıq. Bu, bir nəfər də ola bilər, beş nəfər də. Əsas olan onun "Qarabağ"ın səviyyəsinə uyğun gəlməsidir.
Bəlkə də kimsə buna bir o qədər əhəmiyyət vermir, amma hazırkı heyətin qorunması da yeni transferlər etmək qədər əhəmiyyətlidir.
Bu yay futbolçularımızın 90 faizinə müxtəlif ölkələrdən təkliflər gəlib. Onlara "Qarabağ"da qazandıqlarından qat-qat artıq məbləğ təklif olunub.
Bu qədər təklif gəldiyi halda, hazırkı heyəti qoruyub saxlaya bilmişik. Açıq deyim, bu, kifayət qədər çətin işdir və sevinirəm ki, öhdəsindən gəlmişik".
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
Bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.
24-cü sırada yer alan ölkənin əmsalı 17,750-yə bərabərdir. "Zirə" və "Sabah" Azərbaycan üçün hərəyə 0,250 xal qazandırıb. Onlar müvafiq olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) komandalarını məğlub ediblər. "Sumqayıt" isə evdə Macarıstanın "Fehervar" kollektivinə uduzub - 1:2.
Azərbaycandan bir pillə öndə Rusiya (18,299), bir addım geridə isə Slovakiya (17,625) yer alıb.
55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.
Bu gün “Sumqayıt”, “Zirə” və “Sabah” klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçlarına çıxacaq.
“Report” xəbər verir ki, Sumqayıtın eyniadlı təmsilçisi doğma meydanda “Fehervar”ı (Macarıstan) qəbul edəcək.
“Zirə” “Dalğa Arena”da Slovakiyanın “DAK 1904” klubu ilə qarşılaşacaq.
“Sabah” komandası isə səfərdə İsrail təmsilçisi “Makkabi”nin (Hayfa) qonağı olacaq. Bu görüş Macarıstanın “Varkert” stadionunda baş tutacaq.
“Sumqayıt”ın Macarıstan klubu ilə oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Zirə” - “DAK 1904” qarşılaşması saat 20:30-da start götürəcək. “Makkabi” (Hayfa, İsrail) - “Sabah” görüşünə isə saat 21:15-də start veriləcək.
UEFA konfrans Liqası
II təsnifat mərhələsi
25 iyul
20:00. “Sumqayıt” - “Fehervar” (Macarıstan)
Baş hakim: Florian Lata (Albaniya).
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu.
20:30. “Zirə” - “DAK 1904” (Slovakiya)
Baş hakim: İvo Torres (Lüksemburq).
Mərdəkan, “Dalğa Arena”.
21:15. “Makkabi” (Hayfa, İsrail) - “Sabah”
Baş hakim: Natan Verboomen (Belçika).
Macarıstan, “Varkert” stadionu.
Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayacaq.
O, 64 idmançının qatılacağı sıralama turuna 30-cu cütdə başlayacaq. Y.Ramazanova Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.