AVRO-2024: İngilis azarkeşlərin davranışı polisi şoka saldı

AVRO-2024 çərçivəsində Almaniyada xidmət aparan britaniyalı polislər ingilis fanatların davranışlarından şoka düşüblər.

Onlar azarkeşlərin açıq şəkildə narkotikdən istifadə etdiyini və xuliqanlıqla məşğul olduğunu etiraf ediblər.

"Biz insanların açıq şəkildə kokaini qəbul etdiklərini görmüşük. Onlar alışdıqlarından qat-qat artıq pivə içirlər, özlərini tərbiyəsiz aparır və evdə etməyəcəklərini edirlər", - İngiltərə polisindən Stuart Dikerson deyib.

Onun sözlərinə görə, bir neçə saat içki içdikdən sonra səs-küylü izdiham tez bir zamanda zorakı kütləyə çevrilə bilər. Qırılan şüşə və ya kobud söz davaya səbəb ola bilər.

Azərbaycan millisinin yeni baş məşqçisi bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.

AFFA-nın rəsmi saytı xəbər verir ki, bu barədə qərar milli assosiasiyanın onlayn formatda keçirilən iclasında qəbul edilib.

Postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.

Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub: "Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.

Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub", - deyə yazıda vurğulanıb.

Millimiz 1/4 final matçına çıxır

Minifutbol üzrə Azərbaycanın millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında çıxışını davam etdirir.

Yığmamız bu gün 1/4 final oyununa çıxacaq.

Elşad Quliyevin yetirmələri yarımfinala vəsiqə uğrunda Qazaxıstanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, qrupda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edən yığmamız 1/8 finalda Bolqarıstanı üstələyib - 3:1.

Avropa çempionatı
1/4 final

19:00. Azərbaycan – Qazaxıstan
Sarayevo, Bosniya və Herseqovina

Qurban Qurbanov dünyada neçəncidir? - Baş məşqçilərin yeni reytinqi

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

“Siyahıda Azərbaycandan yalnız Qurban Qurbanov yer alıb.

Qurbanov 500 mütəxəssisin yer aldığı siyahıda bir pillə irəliləyərək 135-ci yerə yüksəlib.

Qeyd edək ki, siyahı tərtib olunarkən 2023/24 mövsümünün yekunları nəzərə alınıb. Siyahıya “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

Ronaldo göz yaşlarını saxlaya bilmədi - VİDEO

Səudiyyə Ərəbistanının Kral Kubokunun finalında “Əl-Hilal” penaltilər seriyasında “Əl-Nəsr” üzərində qələbə qazanıb.

“Görüşün final fitindən sonra “Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo qazona uzanaraq ağlamağa başlayıb.

Məğlubiyyətlə barışa bilməyən 39 yaşlı futbolçuya komanda yoldaşları və klub işçiləri təsəlli verməyə çalışıb.

COP29 könüllüləri üçün qeydiyyat başlayıb

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib.

Proqram çərçivəsində "volunteers.cop29.az" onlayn qeydiyyat platforması aktivləşdirilib.

COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.

qarabagin-butun-potensial-reqibleri-belli-oldu

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.

Qurban Qurbanovun komandası aşağıdakı komandalardan biri ilə qarşılaşacaq.

Çempionlar Liqası
I raund

Səpələnmişlər:

“Ferensvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
“Ludoqorets” (Bolqarıstan)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Styaua” (Rumıniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)
“Linkoln” (Cəbəllütariq)
TNS (Uels)
“Pünik” (Ermənistan)
RFŞ (Latviya)
“Petrokub” (Moldova)
“Ballkani” (Kosovo)
Səpələnməmişlər:
“Boraç” (Bosniya və Herseqovina)
“Dinamo” (Batumi, Gürcüstan)
“Selye” (Sloveniya)
“Hamrun” (Malta)
“Larne” (Şimali İrlandiya)
“Dinamo” (Minsk, Belarus)
“Panevejis” (Litva)
“Ordabasi” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)
“Struqa” (Şimali Makedoniya)
“Differdanj” (Lüksembuq)
“Deçiç” (Monteneqro)
“UE Santa Koloma” (Andorra)
“Eqnatia” (Albaniya)
“Virtus” (San Marino)

“Qarabağ”ın I raunddan azad olmaq imkanı da var. Bunun üçün “Real” Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sını məğlub etməlidi.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Futbol üzrə Türkiyə Superliqasının qalibi müəyyənləşib.

"Sonuncu – XXXVIII turun həlledici qarşılaşması "Qalatasaray" və "Konyaspor" komandaları arasında oynanılıb.

Konya səfərində 3:1 hesablı qələbə qazanan İstanbul təmsilçisi xallarının sayını 102-yə çatdıraraq Superliqanın çempionu adını qazanıb.

"Sarı-qırmızılar"ın məğlubiyyətini gözləyən "Fənərbağça" isə paralel keçirilən görüşdə doğma meydanda autsayder "İstanbulspor"u qəbul edib. İsmail Kartalın yetirmələri rəqibini 6 cavabsız qolla məğlub edərək xal ehtiyatını 99-a yüksəldib. Əzəli rəqibi "Qalatasaray" "Konyaspor"la görüşdən qalib ayrıldığı üçün "sarı-lacıvərdlilər" cari mövsüm gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, ümumilikdə 24-cü dəfə Türkiyə çempionu adını qazanan Okan Burukun rəhbərlik etdiyi komanda, bu nəticə ilə bütün rəqiblərini qabaqlayır. "Qalatasaray"ın çempionluq sayında ən yaxın izləyicisi 19 dəfə bu uğura imza atan "Fənərbağça" klubudur.

arda-guleri-bu-defe-qvardiola-terifledi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real”ın türkiyəli futbolçusu Arda Gülər haqqında danışıb. 

“Qafqazinfo” “Defens Cental”a  istinadən xəbər verir ki, təcrübəli məşqçi Ardanın güclü oyunçu olduğunu bildirib. 

“Bu uşağı “Real” tez-tez oynatsa, o, qarşısıalınmaz olacaq. Arda çox yaxşıdır”.

Hətta, türkiyəli oyunçunun “Siti”dən ayrılması gözlənilən Bernardo Silvaya əla alternativ olacağı vurğulanıb. 

UEFA Avropa Liqasında 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

 İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da keçirilən final matçında Almaniyanın "Bayer 04" və İtaliyanın "Atalanta" klubları üz-üzə gəlib.

Görüşdə qələbə qazanan (3:0) berqamolular tarixlərində ilk dəfə Avroliqanın qalibi olublar.

Qarşılaşmanın 12-ci, 26-cı və 76 cı dəqiqələrində fərqənməklə het-trik edən Ademola Lokman leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.

Xəbər lenti