Hidayət Heydərov Mehriban Əliyevaya təşəkkür etdi

"Növbəti hədəfimiz Paris-2024 Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır".

"Report" xəbər verir ki, bunu BƏƏ-də keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov Heydər Əliyev Beynəlxalq Aeroportunda onu qarşılayan jurnalistlərə söyləyib.

"Bütün Azərbaycan xalqının dəstəyini gördüm. Bu gün həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımını da gördüm, çox sağ olsun. Bu yolda mənə kömək olan Gənclər və İdman Nazirliyi, başda Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli olmaqla Cüdo Federasiyasına təşəkkürümü bildirirəm", - o deyib.

O, növbəti hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu söyləyib.

"Növbəti hədəfimiz iyulda keçiriləcək Paris-2024 Olimpiadasıdır. Ora hazırlaşacağıq", - idmançı bildirib. Heydərov Yay Olimpiya Oyunlarında qızıl medal qazana biləcəyinə inandığını vurğulayıb: "Əlbəttə, həmin medaldan olacaq, qızıl medal götürəcəyik. Sadəcə səbirli olmalıyıq, bu yarışmaya necə hazırlaşmışdıqsa, eyni qaydada olimpiadaya da hazırlaşmaq lazımdır".

Cüdoçu jurnalistlərə açıqlamasında final görüşündən də bəhs edib:

"Final görüşünə ancaq qələbəyə çıxmışdım. Finalda qələbəni heç vaxt əldən verməzdim. Üstəlik dünya çempionatının finalını ümumiyyətlə əldən verməzdim. Çox motivasiyalı idim. Vazari yıxılmağıma baxmayaraq, bunu tez unutdum. Ayağa qalxıb onu udmağa kökləndim və belə də oldu: ippon atdım və qalib gəldim".

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov vətənə qayıdıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Mayın 20-də Hidayət Heydərov (73 kq) dünya çempionu olub.

bakida-avropa-cempionati-baslayir

Bu gün Bakıda güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.

Bakı İdman Sarayında təşkil olunacaq yarışda ilk olaraq yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.

Azərbaycan təmsilçilərindən Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Həsən Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaq.
Turnir saat 10:30-da başlayacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 24-də yekunlaşacaq.

Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp son üç ildə İngiltərə çempionu olan "Mançester Siti"nin 115 maliyyə pozuntusunda ittiham olunmasına münasibətilə bağlı sualı cavablandırıb.

"Bu ittihamlar haqqında hər kəs bilir, amma bunun nə demək olduğunu bilmirəm. Mən yalnız onların yerini bilirəm. "Mançester Siti"də baş verənlərdən asılı olmayaraq, Pep Qvardiola dünyanın ən yaxşı meneceridir, əsl vacib olan budur. Bu kluba hansısa başqa mütəxəssis təyin etsəniz, o, ardıcıl dörd dəfə Premyer Liqanın qalibi olmayacaq. Bu, onun da, komandanın da xidmətidir.

Bu o deməkdirmi ki, onlar istədiklərini edə bilərlər? Yox. Amma dəqiq nə etdiklərini bilmirəm. Təbii ki, hamı kimi mən də nə vaxtsa həqiqəti bilmək istərdim. Amma o vaxta qədər başqa yerdə olacağam", - deyə Klopp bildirib.

Xatırladaq ki, 2023-cü ilin fevralında Premyer Liqa "Mançester Siti"ni 2009/2010 mövsümü ilə 2017/2018 mövsümü arasında 115 maliyyə qaydalarını pozmaqda ittiham etmişdi.(oxu.az)

Türkiyə Superliqasının XXXVII turun görüşləri çərçivəsində “Qalatasaray” “Fənərbağça” ilə üz-üzə gəlib.

Turun bağlanış matçı "Rams Qlobal Stadionu"nda baş tutub.

Qarşılaşmada qonaqlar qələbə (1:0) qazanıb.
Görüşdə yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü meydan sahiblərinin qapısından keçirib.

Qeyd edək ki, bu nəticənin ardından “Fənərbağça” xallarının sayını 96-ya çatdıraraq turnir cədvəlində ikinci sırada qalıb. Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" isə 99 xalla liderdir.

Çempion komandanın adına sonuncu turda aydınlıq gələcək.

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

AFFA prezidenti Rövşən Nəcəf UEFA rəhbəri Aleksander Çeferinlə görüşüb.

Ölkə.az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresindən əvvəl baş tutub.

Görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər.

“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir

“Real Madrid” rəhbərliyi klubda qalmaq istəyinə baxmayaraq, 38 yaşlı yarımmüdafiəçi Luka Modriçlə bu ilin yayında başa çatacaq əmək müqaviləsini yeniləməmək qərarına gəlib.

Məlumata görə, kral klubu Modriçin Madriddəki sərgüzəştlərinin bitdiyinə inanır və gənc oyunçulara, xüsusən də 19 yaşlı yarımmüdafiəçi Arda Gülərə üstünlük verir. “Real Madrid” türkiyəli futbolçunun Modriçin yolunu davam etdirə biləcəyinə inanır.
Xatırladaq ki, Modriç bu mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib, iki qol vurub və 8 məhsuldar ötürmə edib.(oxu.az)

qarabagin-daha-4-potensial-reqibi-belli-oldu

Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha dörd potensial rəqibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi “Selye” (Sloveniya), “Hamrun” (Malta), “Larne” (Şimali İrlandiya) və “UE Santa Koloma” (Andorra) ilə qarşılaşa bilər.

Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Qeyd edək ki, Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk) klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi.

affa-da-vacib-qerarlar-gunu

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, qurumun inzibati binasında təşkil ediləcək tədbir saat 15:00-da başlayacaq.

Toplantının gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidir.

İclasda milli komandaya baş məşqçinin təyinatı gözlənilmir.

 “Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR

UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub.

Yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”lə qarşılaşıb. Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 68-ci dəqiqədə qonaqların heyətinə Alfonso Deyvis açıb. Lakin Madrid təmsilçisi 88-ci və 90+1-ci dəqiqədə Xoselunun vurduğu qollarla geri dönüş edərək qalib gəlib.

İlk görüşdə məhsuldar heç-heçə (2:2) qeydə alındığı üçün Karlo Ançelottinin komandası adını finala yazdırıb.

Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi Almaniyanın “Borussiya Dortmund” komandası olacaq.

UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO

UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Fransanın PSJ kollektivi evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels fransızların qapısından keçirib. Bu komandalar arasında keçirilən ilk matçda da dortmundlular qələbə (1:0) qazanmışdı.

Qeyd edək ki, "Borussiya"nın finaldakı rəqibi mayın 8-i keçiriləcək "Real" (Madrid) - "Bavariya" görüşündən sonra bəlli olacaq.

 

 

 

Xəbər lenti