![]() |
|
İspaniyanın "Real" (Madrid) klubu illik gəlirinə görə rekord məbləğə çatıb.
"Kral klubu" oyunçu satışından gələn məbləğ istisna olmaqla ötən mövsüm 1 milyard 73 milyon avro qazanc əldə ediblər.
Madrid təmsilçisinin xalis gəliri isə 16 milyon avroya bərabər olub.
Qeyd edək ki, ötən mövsüm Karlo Ançelottinin rəhbərliyi altında “Real” UEFA Çempionlar Liqası, İspaniya La Liqası və İspaniya Superkubokunun qalibi olub.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşıb.
"Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. "Köhlən atlar"ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.
Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
"Bayer" "Real"ın yarımmüdafiəçisi Arda Güləri icarəyə götürmək istəyir.
Offsideplus.az xəbər verir ki, Madrid klubu Ardanı əldən buraxmaq niyyətində deyil.
Belə ki, klub Bundesliqa təmsilçisinə "yox" deyib.
Türkiyəli oyunçu geridə qalan mövsüm 10 oyunda 6 qol vurub. Onun klubla 2029-cu ilin yayına qədər müqaviləsi var.
Almaniya polisi AVRO-2024 çərçivəsində İspaniya və İngiltərə yığmaları arasında keçirilən oyundan bir neçə saat əvvəl Berlində Braytşaydplats meydanında terror aktının qarşısını alıb.
"Bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Hədəf Braytşaydplats meydanındakı İnjiltərə millisinin tərəfdarları olub. Alman polisinin reyd zamanı 3 şübhəlini saxlaması nəticəsində terror aktının qarşısı alınıb.
Şübhəlilər öncədən polisin müşahidəsi altında olub. Şübhəlilərin mobil telefonlarında ərazidə yerləşən Braytşaydplats meydanı və kilsənin fotoları aşkarlanıb.(APA)
"Qarabağ" klubu Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib.
Oxu.Az xəbər verir ki, "köhlən atlar"la 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb.
Ötən mövsümdə Türkiyənin "Adana Demirspor" klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"a məxsus olacaq.
Məhəmmədəliyev 2016-24-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, 2024-cü ilin yayında "Qarabağ"dan Türkiyə klubuna transfer edilib.
Qeyd edək ki, Şahruddin "köhlən atlar"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Sabah" növbəti yoxlama görüşünü keçirib.
"Bayquşlar" Ukraynanın “Rux” klubu ilə qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı komandasının heyətində Kahim Parris və Neqoş Kupusoviç fərqlənib.
Qeyd edək ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"i (Sloveniya) 1:0 hesabı ilə məğlub edib, Serbiya təmsilçisi "Çukariçki" (0:0) və Ukraynanın "Krivbas" (2:2) klublarına qarşı matçlar isə heç-heçə nəticələnib.
Qeydə alınan hesab bizi aldatmamalıdır.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis bu gün Avstriyada keçirdikləri yoxlama görüşləri ilə bağlı fikirlərini bölüşüb:
“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı. Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Qeydə alınan hesab bizi aldatmamalıdır. İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Əl-Şəbab"ın baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli mütəxəssis Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.
Qeyd edək ki, "Qarabağ" günün ilk yoxlama görüşündə Xorvatiyanın “Slaven” klubunu 1:0, növbəti matçda isə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” kollektivini 5:2 hesabı ilə məğlub edib.
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın potenisal rəqibləri olan Cəbəllütariqin "Linkoln" komandası Malta "Hamrun"u ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Görüşü fransalı hakimlər briqadasından Erik Utallier idarə edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda final matçına çıxıb.
Evren Alkayanın yetirmələri həlledici görüşdə Kipr yığması ilə üz-üzə gəliblər.
Qarşılaşma millimizin 69:52 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionatının qalibi adını qazanıb.
Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən gənc basketbolçularımız yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Yarış Cəbəllütariqdə keçirilib.
Futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində İspaniya və İngiltərə milli komandaları qarşılaşıb.
Oyunun 47-ci dəqiqəsində Niko Uilyams İspaniya millisini hesabda önə çıxarıb.
Qarşılaşmanın 73-cü dəqiqəsində isə Koul Palmer matçda tarazlığı bərpa edib.
86-cı dəqidə isə Mikel Oyarzabal ispanları hesabda yenidən önə keçirib.
Bununla da İspaniya milli komandası Avropa çempionu olub.