Türkiyədə baş verən zəlzələ daha bir idmançının həyatına son qoyub.

“Qafqazinfo” xəbər verir ki, ölkənin həndbol yığmasının kapitanı Cemal Kütahyanın cansız bədəni Antakyada dağıntılar altından çıxarılıb.

Onunla birlikdə 5 yaşlı oğlu Çinar Kütahya da həyatını itirib.

C.Kütahyanın digər ailə üzvlərinin axtarışları davam edir.

Xəbər lenti