Türkiyənin "Fənərbaxça" komandası Almaniya təmsilçisi "Bavariya" ilə qarşılaşıb.

 

Axar.az xəbər verir ki, "Audi Kap" turniri çərçivəsində keçirilən görüş biabırçı hesabla yekunlaşıb.

"Fənərbaxça" "Bavariya"ya 6-1 hesabı ilə məğlub olub. Turnirin digər matçında isə "Tottenhem" "Real"ı minimal hesabla məğlub edib. Beləliklə, "Bavariya" və "Tottenhem" turnirin finalında, "Fənərbaxça" və "Real" isə 3-cü yer uğrunda qarşılaşacaq.

Xəbər lenti