Bir neçə aydır ki, ölkədə inflyasiyanın artım tempi azalmaqdadır. Rəsmi statistikaya görə, bu ilin yanvar ayında illik inflyasiya 12,5 faiz olmuşdusa, oktyabr ayında bu göstərici 3,9 faiz təşkil edib. İllik inflyasiyanın azalması orta göstəricinin də azalmasına gətirib çıxarıb.

“Qafqazinfo”nun məlumatına görə, ümumilikdə qlobal əmtəə qiymətlərinə nəzərə salanda ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması məlum olur. Bu da Azərbaycanda da özünü büruzə verir. Gözlənilir ki, azalma gələn il də davam edəcək. 2024-cü ildə orta inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılıb.

Lakin müəyyən məhsullar var ki, onların qiymətləri arta bilər. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişikliklərdir. 

Məcəlləyə edilən dəyişikliklərə görə, siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılır. Dəyişiklik layihəsinə əsasən, aksiz vergisi siqarillanın hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz vergisi qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün isə bu vergi 0,25 manatdan 2 manata qaldırılır. Həmçinin içməli spirt, araq , tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata yüksəldilir. 

Aksiz müəyyən malların satış qiymətinə daxil edilən dolayı vergi növüdür. Nəticədə verginin artması qiymətə təsirini göstərir.  

Qeyd edək ki, bu məhsulların qiyməti cari ildə artıb. Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tütün məmulatları 4,8 faiz, spirtli içkilər isə 3,6 faiz bahalaşıb. Bu müddətdə əhali belə məhsullara 1 milyard 959,6 milyon manat xərcləyib. Alıcıların pərakəndə ticarət şəbəkələrindəki xərclərinin 4,2 faizini siqaret və spirtli içkilər təşkil edib. 

Bundan başqa, 2024-cü ildən Azərbaycanda işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 faizi qədər deyil, 20 faizi qədər vergi ödəyəcəklər. Nazirlər Nabinetinin müvafiq qərarına görə, işçilərinin sayı 1-10 nəfər, illik gəliri 200 min manatdək olanlar mikro sahibkar hesab olunurlar. Hazırda belə sahibkarların gəlirlərinin 75 faizi vergiyə cəlb olunmur. Məcəlləyə dəyişiklikdən sonra işçilərinin sayı 3-dən az və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olanların gəlirlərinə güzəşt edilməyəcək. Başqa sözlə, bu kateqoriyadan olanların ödəyəcəkləri vergi 4 dəfə artacaq. Bu da özünü belə vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulların və göstərilən xidmətlərin qiymətlərində göstərəcək.

İstənilən halda növbəti ildə də məhsul və xidmətlərin qiymətindəki dəyişikliklər onların ərsəyə gəlməsinə çəkilən xərclərdən asılı olacaq. 

Ağdərə rayonu Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil ediləcək.

Bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə görə, 1991-1992-ci illərdə mövcud olmuş Ağdərə rayonu yenidən bərpa olunur. Həmin rayonun Ağdam, Kəlbəcər və Tərtər rayonlarına verilən kəndləri yenidən Ağdərə rayonuna qaytarılması nəzərdə tutulur. Mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.

Yeni yaradılacaq rayonun tərkibinə aşağıdakı yaşayış məntəqələri daxil ediləcək:

- Ağdam rayonunun Baş Güneypəyə kəndi inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəkiOrta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi;
- Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyli kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndi, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Ortatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ortatağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri.

- Kəlbəcər rayonunun Çərəktar kənd inzibati ərazi dairəsi tərkibindəki Çərəktar kəndi, Çıldıran kənd inzibati ərazi dairəsi tərkibindəki Çıldıran, Dəvədaşı və Mehmana kəndləri, Dovşanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dovşamnlı, Bazarkənd və Hayad kəndləri, Heyvalı kənd inzibati ərazi dairəsi tərkibindəki Heyvalı və Yayıcı kəndləri, Həsənriz kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənriz kəndi, İmarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd, Çapar, Zardaxaç kəndləri, Kolatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Kolatağ və Damğalı kəndləri, Qızılqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılqaya və Yuxarı Ortatağ kəndləri, Qozlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlu kəndi, Qozlukörpü kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlukörpü kəndi, Narınclar kənd inzibati ərazi dairəsi tərkibindəki Narınclar kəndi, Vəngli kənd inzibati ərazi dairəsi tərkibindəki Vəngli, Çormanlı və Şahmansurlu kəndləri daxil ediləcək.

Qanun layihəsi müzakirə üçün parlamentin plenar iclasına tövsiyyə olunub.

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq həftəsonuna Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

"Yol-xeber.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, noyabrın 25-də saat 07:50-də Bakıdan yola düşən qatar saat 12:51-də Ağstafaya çatacaq.

Noyabrın 26-da saat 16:30-da Ağstafadan yola düşən qatar saat 21:35-də Bakıya çatacaq.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL noyabrın 24-də endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.

AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Tətbiqi yükləmək üçün https://bit.ly/azal-app linkinə keçid etmək kifayətdir.

Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir. Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.

Ən sərfəli qiymətə səyahətləriniz üçün "One Trip" turizm şirkətinə müraciət edə bilərsiniz.

əlaqə: 055 2566001

instagram: instagram.com/onetrip.az

Növbəti ildə “Azərbaycan Dəmir Yolları” QSC-nə (ADY) xaricdən 10 yeni sərnişin qatarının çatdırılması planlaşdırılır.

Bu barədə ADY-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.

"Hərəkət tərkibimizin sayının artırılması üçün 2023-2024-cü illərdə 10 ədəd yeni FLIRT tipli sərnişin qatarlarının Bakıya çatdırılması planlaşdırılır. Yeni qatarlar Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına, daha çox sərnişin tələbatının qarşılanmasına və sərnişin məmnuniyyətinin təmin olunmasına önəmli töhfə verəcək".

Qeyd olunub ki, yeni dayanacaqların verilməsi sərnişin tələbatı nəzərə alınaraq həyata keçiriləcək.

Azərbaycan Respublikasının bank sistemi maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankdan (Mərkəzi Bank) və kredit təşkilatlarından ibarətdir. Müxtəlif zamanlarda banklar maliyyə sıxıntısı və digər səbəblərdən ya bağlanıb, ya da birləşməsi baş verib. Hazırda Azərbaycanda 23 bank fəaliyyət göstərir.

Pravda.az 2015-ci ildən etibarən Azərbaycanda bağlanan bankları araşdırıb.

Məlum olub ki, 2015-ci ildə ölkədə fəaliyyət göstərən 2 bankın - “Azərbaycan Kredit Bankı” və “Euro Bank”ın lisenziyası ləğv olunub. 2014-cü ilin dekabr ayının sonunda “EuroBank”ın məcmu kapitalı 7,5 milyon manat, “Azərbaycan Kredit Bankı”nınkı isə 5,8 milyon manat olub. Azərbaycanda ən çox bank 2016-cı ildə bağlanıb. Belə ki, həmin il “Atrabank”, “Bank of Azerbaijan”, “Bank Standard”, “Deka Bank”, “Gəncə Bank”, “Kredo Bank”, “Qafqaz İnkişaf Bankı”, “Para Bank”, “Texnika Bank”, “United Kredit Bank” və “Zamin Bank” fəaliyyətini dayandıraraq bank sektorundan gedən şirkətlərdir. Araşdırmamıza görə, 2017-ci ildə Azərbaycanda bağlanan yeganə bank “DəmirBank" ASC-dir. Ekspertlər 2018-2019-cu illərdə bank sektorundan bir neçə şirkətin gedəcəyini proqnozlaşdırsalar da, həmin illərdə sektorda sakitlik hökm sürüb. Nəhayət, 2020-ci ildə sükutu 4 bank - “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” pozub, bağlanıblar. Azərbaycanda lisenziyası ləğv edilən banklarla yanaşı, birləşərək daha da böyüyən banklar da olub. Belə ki, 1992-ci ildə yaradılmış “MBank” 2000-ci ilin əvvəllərində “PROMTEXBANK”la birləşərək “Unibank” adlanıb. 2021-2022-ci illər sakit ötüşsə də, 2023-cü ilə mənfi göstəricilərlə start verən “Günay Bank” və “Muğanbank”ın taleyi ürəkaçan olmayıb. Belə ki, cari ilin I rübündə “Günay Bank”ın məcmu kapitalı 602 min manat azalaraq 64 milyon 31 min manat olub, 17 may 2023-cü ildən lisenziyası ləğv edilib. “Muğanbank” isə 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 1 milyon 287 min manat zərər edərək oktyabrın 19-dan bağlanıb.

Ölkəmizdə lisenziyası ləğv edilən bank siyahısı uzandıqca vətəndaşlarda ümudsizlik yaranır. Onlar daha etibarlı banka vəsait yatırmaq istəyirlər ki, nəticədə həm bağlanmasın, həm də vətəndaş karlı çıxsın. Vətəndaşlar sonradan “Muğanbank”, “Günay Bank” kimi bank müştərilərinin taleyi ilə üzləşməmək, risklə qarşılaşmamaq üçün bank seçimində hansı göstəricilərə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Pravda.az-ın suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, vətəndaşlar bank sektoru ilə bağlı göstəriciləri öyrənmək üçün xeyli resursalara malikdirlər:

“Bütün bankların maliyyə vəziyyəti barədə məlumat almaq üçün geniş resurslar var. Buna görə də vətəndaşlar banklara əmanət qoyarkən, hesab açarkən daha sağlam və maliyyə göstəriciləri yaxşı olan banklara etibar etsinlər, əmanətlərini isə sığorta qaydalarına əsasən seçsinlər. Əgər onlar depozitlərini dövlətin müəyyən etdiyi şərtlərə uyğun yerləşdirsələr, heç bir problem olmayacaq, çünki dövlət onların pulunu geri ödəyir. Necə ki, “Muğan Bank”da sığortalanmış əmanətlərin hər manatı geri ödəniləcək”.

A.Hüseynov deyib ki, ölkədə bank sektorunda sağlamlaşdırma tədbirləri həm də öz fəaliyyətini rəqabət prinsiplərinə uyğun qura bilməyən, likvidlik göstəriciləri zəif olan bankların sıradan çıxmasına səbəb olur: “Məsələn, ötən ay fəaliyyəti dayandırılan “Muğan Bank”ın fəaliyyəti ilə bağlı digər bir sıra göstəricilər də göstərir ki, bank bazarında rəqabətə davam gətirə bilməyən maliyyə qurumları var və onlar bu cür uzun müddət bazar qaydalarına tab gətirə bilməzlər. Aktivlərin həcminə görə “Muğan Bank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni ən sonuncu yerlərdə qərarlaşmamışdı. Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. “Muğan Bank”ın həmin müddətdə aktivləri 18,9 % azalıb. Digər tərəfdən, bu ilin ilk doqquz ayında üç bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan “Muğan Bank” həmin müddətdə mənfəətə həsrət qalan üç bankdan biri olub. Bu, onu göstərir ki, bu cür maliyyə qurumları ümumi bank sektoruna xələl gətirdiyindən yola davam edə bilmirlər. “Muğan Bank” və digər likvidliyini itirmiş bankların bağlanması ümumi bank bazarına heç vaxt mənfi təsir göstərə bilməz. Mərkəzi Bankın məlumatına görə, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Rəqəmlər göstərir ki, “Muğan Bank”ın müflis olması bank sektorunun maliyyə dayanıqlılığı üçün təhdid yaratmır”.

A.Hüseynov bank sistemində aparılan islahatlardan da danışaraq qeyd edib ki, Mərkəzi Bank iqtisadiyyatda daha uzunmüddətli faiz dərəcələrinin formalaşmasına təsir göstərməyə, normal faiz dəhlizi sayəsində aşağı faizlərlə əhaliyə və iqtisadiyyata kredit verilməsini təmin etməyə çalışır: “Son dövrlərdə Mərkəzi Bank tərəfindən uçot dərəcələri artırılır ki, bu qərarlar xüsusilə kommersiya banklarının, ümumiyyətlə, fəaliyyət göstərən bütün bankların, o cümlədən bank olmayan kredit təşkilatlarının və müxtəlif maliyyə institutlarının alternativ maliyyə mənbələri cəlb etməsini də stimullaşdırır. Son illərdə kommersiya banklarının istiqaməti Mərkəzi Bankdan kənar vəsaitlərə, əhalidən yığımlara yönəltməsi və bank əmanətlərinin həcminin artması da bunu təsdiq edir”.

İqtisadçı Eldəniz Əmirov isə düşünür ki, ölkədə vətəndaşların banka olan inamının azalmasında bir neçə amil rol oynayır:

“Bunlardan biri bəzi bankların bağlanmasıdırsa, digəri inflaysiya səviyyəsinin yuxarı olmasıdır. Çünki bankların verdikləri depozit faizləri nəinki vətəndaşa gəlir gətirmək, inflyasiyanı qarşılamaq üçün də kifayət etmir. Buna görə də həm inflyasiya göstəricisi, həm də bankların bağlanması insanların banklara olan davranışlarını dəyişən iki əsas amildir. Üçüncü faktor isə düşünürəm ki, digər iki faktordan heç də geri qalmır. Bu il fevralın 1-dən başlayaraq depozit faizlərindən əldə olunmuş gəlirlərə tətbiq edilən verginin yenidən qüvvəyə minməsi insanları banklara əmanət yatırmaqdan qaçıran üçüncü faktordur”.

Ekspertin sözlərinə görə, vətəndaşlar bank seçərkən ilk növbədə müəyyən reytinq göstəricilərinə diqqət etməlidirlər: “Düzdür, bütün detallı məlumatları hər vətəndaş əldə edə bilməz və maliyyə məlumatlarını təhlil etmək bacarığına malik olmaz, amma yenə də bütün hallarda mümkün qədər bankın maliyyə durumu, onun reytinqi və s. kimi göstəricilərinə diqqət etmək vacibdir. Heç nəyi bilməyən bir insan belə ən azından depozit faizlərinə görə müəyyən təhlillər apara bilər. Banklar hansısa dönəmdə qəfil depozit faizlərini qaldırırlarsa, yəni müştərilərə depozitin qarşılığında verəcəkləri faizi daha yuxarı göstərirlərsə, bu, əslində vətəndaşda müəyyən qədər suallar yaratmalıdır. Bankların depozit faizlərinə baxsaq, ölkədə ən etibarlı banklar daha aşağı depozit faizi təklif edirlər. Çünki etibarlıdırlar, özlərinə güvənirlər. Bu da deməyə əsas verir ki, depozitə o qədər də ehtiyacları yoxdur, kifayət qədər kapitala sahibdirlər. Deməli, bu cür banklar etibarlıdırlar. Digər problem budur ki, axı aşağı depozit faizi ilə əmanət yatırmaq vətəndaşlar üçün sərfəli deyil..”

İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, Azərbaycanda son bir ildə kifayət qədər aktiv iki bank bağlansa da, siravi vətəndaşlar təşvişə düşməməlidirlər:

“Dövlətimiz tərəfindən 100 min manata qədər əmanəti olan vətəndaşlarımız Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanırlar. Bu isə onların əmanətlərinin təhlükəsizliyini təmin edir. Yaxşı olar ki, vətəndaşlar bu məsələlərdə daha diqqətli olsunlar. Hər hansı əməliyyat aparanda, sözsüz ki, bankların maliyyə durumunu daha yaxşı, dərindən araşdırmalıdırlar. Hətta sahə üzrə mütəxəssislərə, maliyyə menecerlərinə müraciət etsələr, yaxşı olar. Bəzən bizdə bank seçərkən insanlar peşəkar araşdırmaçılara, iqtisadçılara müraciət etmirlər, bu isə sonda bəzən xoşagəlməz halların yaşanmasına səbəb olur. Məsələn, bir avtomobil alarkən onu hansısa texniki servisə, peşəkar ustanın yanına aparıb müəyyən məlumatlar əldə edirlər. Banklarla əməkdaşlıq edəndə isə araşdırma aparmırlar. Tövsiyə edirəm ki, banka vəsait yatıranda peşəkarların xidmətindən yararlansınlar, çünki bu, yarana biləcək risklərin, gələcəkdə vəsait itkisinin qarşısını almış olar”.

Ekspert deyib ki, vətəndaşlar bank seçərkən daha çox bankların şəbəkələşməsini nəzərə almalıdırlar: “Yəni bankın filialı, şəbəkəsi nə qədər çox olsa, deməli, həmin bankın maliyyə imkanları bir o qədər genişdir. İkincisi, likvidliliyi nəzərə almalıdırlar. Bankların hər il dərc etdikləri hesabatlar var. Bu hesabatda onların reytinqləri, kredit, depozit portfelləri və kapitalları öz əksini tapıb. Sözsüz ki, bu da ilkin əsas göstəricilərdən biridir. Vətəndaşlar isə bəzən buna fikir vermirlər. Üçüncüsü, faizi çox verən bəzi bankların maliyyə imkanları daha zəifdir. Onlar əhalidən daha çox vəsait əldə etmək üçün yüksək faizli depozit təklif edirlər. Böyük, sabit banklarda isə əksinədir. Bu onların yüksək maliyyə yığımına ehtiyaclarının olmamasından irəli gəlir. Çünki maliyyələri sabitdir. Bu da əsas göstəricilərdən biridir. Vətəndaşlar böyük faizlərə aldanaraq faizi yüksək verən bankları seçirlər, amma bu, risk səviyyəsini artırır”.

Mərkəzi Bank oktyabrın 25-də “interchange” tariflərinin yuxarı-orta həddini müəyyən edib və bu hədd orta hesabla 36% azaldılıb. Xüsusilə bu hədd ərzaq mağazaları, apteklər üçün qəbul edilən ödənişlər üzrə 33%, yanacaq doldurma məntəqələrində 55%, digər proqramlar üzrə isə 22% azaldılıb.

“Interchange” nağdsız ödənişlərdə bankların bir-birinə ödədiyi komissiyadır və banklar bu ödənişləri “cashback” kimi istifadə edir. Bu baxımdan artıq bankların sözügedən “cashback”ləri azaldacağı və ya ləğv edəcəyi deyilir.

İqtisadçı ekspert Xalid Kərimli “açıqlamasında bildirdi ki, nağdsız ödənişlərdə bankların ticarət obyektlərindən aldıqları komissiyaların çox olması həmin obyektlərin kartla ödənişə meyilli olmamasına səbəb olur:

“Bu, həm vergidən yayınma cəhdləridir, həm də banka ödənilən haqqa görə xərcin çox olmasına görədir. Çünki nağd ödənişdə pul ticarət obyektinin birbaşa kassasına daxil olduğu halda, nağdsız ödənişlərdə vəziyyət başqa cür olur. Həmin kartların prosessinq xərci 1,5%-ə yüksəlir. Həmçinin nağdlaşdırma komissiyası və sadələşdirilmiş verginin də tətbiqi əlavə 2% xərc yaradır. Nəticədə, nağdsız ödənişlər sahibkara əlavə 3,5-4% əlavə xərcə gətirib çıxarır. Bu da onların nağd ödənişlərə meyilli olmalarına səbəb olur”.

Ekspert deyir ki, tariflərin azaldılmasında hökumətin əsas məqsədi kart ödənişlərini stimullaşdırmaqdır:

“Bu xərcləri azaltmaqla imklan verirlər ki, banklar müştərilərinə pos-terminaldan gələn vəsaitə görə komissiyanı azaltsın. “Cashback”lərə gəlincə, bu, bankların marketinq proqramıdır. Prosessinq tarifləri 1%-dən aşağı olsa da, bankların tətbiq etdikləri “cashback” 2-3%, bəzən də 5%-ə çatır. “Cashback”lər həm mağazalardan alınan tariflər əsasında, həm də bankın marketinq xərcləri əsasında ödənilir. Düşünürlər ki, bununla müştəri cəlb olunacaq və həmin müştəri kartında pul saxlayacaq ki, bunu da qısamüddətli istifadə etmək imkanları var. Həmçinin çarpaz satış imkanları yaranacaq, yəni, müştəri həmin bankın kredit və s. kimi xidmətlərindən istifadə edə və aktiv müştəriyə çevrilə bilər. Onu da qeyd edək ki, indi bazarın ilkin mərhələsi olduğundan yüksək olan "cashback" xərcləri müəyən müddətdən sonra zəifləyə bilər”.

“Ümumilikdə, tariflərin azalmasının indiki məqamda "cashback"lərin azaldılmasına ciddi təsir edəcəyini düşünmürəm”, - deyə X. Kərimli əlavə edib.

 

11 9 ay ərzində 571.8 km avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir olunub

 

2023-cü ilin 9 ayı ərzində ümumilikdə 571.8 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. 

Bura daxildir:

Respublika əhəmiyyətli                   - 296,7 km;
Yerli əhəmiyyətli                              - 254,1 km;
Bakı şəhər yolları                            - 21,0 km.        

YOLUNUZ AÇIQ OLSUN...

ABŞ-nin Azərbaycana ayırdığı hərbi yardımın həcmi Azərbaycanın özünün müdafiə və milli təhlükəsizlik məsələlərinə xərclədiyi pulun cəmi 0,03%-dən 1%-nə qədərini təşkil edir. Amerika Azərbaycana hərbi yardımı dayandırdığını bildirdi.

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert mövzunun kökündə dayanan məqamı belə izah edib: "ABŞ 1991-ci ildə SSRİ-dən sonra müstəqil olan dövlətlərə yardımla bağlı qanun qəbul etdi. 1992-ci ildə erməni lobbisinin təzyiqi ilə yalnız Azərbaycanı bu siyahıdan çıxardı. Yəni bu qanunun 907-ci maddəsinə düzəliş edildi.

2001-ci ildə Amerikanın İraqda və Əfqənistanda apardığı işlərlə bağlı Azərbaycana ehtiyacı olduğu üçün düzəlişi dayandırıldı və Azərbaycana yardımlar edilməyə başladı.

Dünən isə yenidən Amerika tərəfi Ceyms O-Braynin timsalında bildirdi ki, Ermənistanla sülh danışıqlarında irəliləyiş olmayana qədər Azərbaycana yardımlar dayandılacaq.

Amerika birmənalı olaraq hər zaman öz maraqlarına uyğun Azərbaycandan istifadə etmək üçün bu yardımı artırıb və azaldıb. Corc Buş Yaxın Şərq siyasəti zamanı Azərbaycanın müsəlman ölkəsi olaraq beynəlxalq antiterror əməliyyatlarına hərbi-siyasi dəstək verməsi, xüsusən də Əfqanıstana yüklərin daşınmasında əhəmiyyətli tranzit ölkə olması üçün Azərbaycana hərbi yardımı artırdı.

İranla nüvə sazişi imzaladığı və rəsmi Bakıya ehtiyacın azaldığı illərdə isə B.Obama Azərbaycana hərbi yardımları azaltdı. Hətta 2016-2017-ci illər ərzində ABŞ-nin Azərbaycana hərbi yardımı illik 3 milyon dollardan artıq olmadı. Halbuki əvvəlki illərdə bu rəqəm dəfələrlə böyük idi".

Azərbaycan nələri itirəcək?

Ekspert deyir ki, itkiləri bilmək üçün əvvəlcə onun Amerikadan hər il nə qədər yardım aldığını bilmək lazımdır:

"Ümumiyyətlə, 2002-ci ildən Amerikanın bu yardım sənədi üzrə 411,6 milyon dollar vəsaitin təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihələr vasitəsilə bu ölkələr arasında bölüşdürülməsi nəzərdə tutulmuşdu. 2002-ci ildən başlayaraq, hər bir büdcə ilində Azərbaycan cəmi 13 milyon dollar təşkil edən yardım almışdı.

2017-ci ildən sonra regionda gərginlik artan kimi Amerika yenidən Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirdi. Buna görə də, 2018-ci ildə cənub sərhədlərinin təhlükəsizliyi rabitə, enerji, tikinti, dəniz avadanlıqları və nəqliyyat vasitələri üçün Azərbaycana 47,5 milyon dollar ayırdı. Bundan əlavə bildirildi ki, Xəzər dənizdə təhlükəsizlik məsələlərinə dair Azərbaycana əlavə 11,5 milyon dollar ayrılır.

2024-cü ilin dövlət büdcəsində Azərbaycanın Müdafiə və milli təhlükəsizlik məsələlərinə görə 6 milyard 421 milyon manat vəsait ayırıb. Bu, 3,77 milyard dollar deməkdir. Yəni Amerikanın bizə ayırdığı yardım bizim ayırdığımız pulun maksimum 1%-ni təşkil edib. Hətta elə illər olub ki, 0,03%-i qədər az olub. Odur ki, bunu qaçırılacaq maddi imkan kimi qiymətləndirməyə dəyməz".

E. Əmirovun sözlərinə görə, Amerikanın Ermənistanla sülhü bəhanə edərək yardımı dayandırmasının arxasında yenə də başqa məqamlar gizlənir: "Çünki regionda vəziyyət dəyişdikcə Amerikanın Azərbaycana yardım siyasəti də dəyişir. Lakin Cənubi Qafqazda söz sahibi olmaq istəyən bir ölkə Cənubi Qafqazda bir nömrəyə çevrilmiş Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Amerika isə həm burada mövqeyini gücləndirmək istəyir, həm də Rusiyanın Cənubi Qafqazda sıxışdırılmasını. Bu istəklər isə Azərbaycana qarşı sərt münasibət qarşılığında reallaşa bilməz. Ona görə də, qarşıdakı müddətdə yenidən ABŞ-nin mövqeyinin dəyişəcəyinə qəti şübhə etmirəm".

Azərbaycana idxal olunan avtomobillərin istehsal ilinə görə qoyulan məhdudiyyət səbəbindən gətirilən modellərin də siyahısı dəyişib. Belə ki, 2013-cü ildən əvvəl istehsal olunan nəqliyyat vasitələrinin idxalına qoyulan qadağa qiymət və model dəyişikliyinə gətirib çıxarıb. Yeni gətirilən bu maşınlar həmçinin bəzi avtomobil modellərinin də bazarını bağlayıb.

Hazırda ölkənin bazarda olan qiymətlər və ən çox tələbat olan nəqliyyat vasitələri barədə avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov Lent.az-a danışıb. O, əsasən Cənubi Koreyadan gətirilən avtomobillərin alıcıları özünə cəlb etdiyini deyib:

“Bazarda 10 min manatadək əsasən sovet maşınları yaxşı satılır. 10 və 20 min manat arası "çeşka" və "dördgöz"lər, həmçinin Koreya maşınları üstünlük təşkil edir. 20-40 min manat arası isə hazırda “KİA Sorento” və “Hyundai Santa Fe”nin dizel mühərrikli olanlarına tələbat yüksəkdir. Ən çox tələbat bu maşınlaradır. Son adı çəkilən modellər “Toyota Prado”, “RAV 4” kimi avtomobillərin bazarını bağlayıblar. Hazırda maşın bazarında hündür avtomobil deyəndə ilk ağla “Hyundai Santa Fe” və “KİA Sorento” gəlir. Bu avtomobillər hündür, rahat, geniş və ekonom olduğu üçün onlara tələbat çoxdur.

ABŞ-dan gələn “Chevrolet Cruze”ların bazarı yoxdur. Amma “Toyota Prius”ların taksi fəaliyyətinə görə satışı olduğu kimi davam edir. Həmçinin “KİA Cerato”, “Hyundai Elantra”ların da satışı normaldır. Sovet maşınlarının da qiyməti qalxıb. Ümumiyyətlə bazarda hazırda bahalaşma müşahidə olunur”.

Xəbər lenti