![]() |
|
Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, "Vaz dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, bu, sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə edilir.
Yeni geri dönmə hissə yaxın günlərdə istifadəyə veriləcək.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Vaz” adı ilə tanınan dairənin tamamilə bağlanması səbəbindən avtobusların universitetin qarşısına gələ bilmədiyini, buna görə hər gün əlavə yarım saat vaxt itirdiklərini bildirmişdilər.
Avtomobillər üçün mühərrik yağlarının qiyməti xeyli bahalaşıb.
"Xezerxeber.az bildirir ki, əvvəllər 50-55 manata satılan avtomobillərin mühərrik yağları indi 75-80 manata təkilif olunur.
Yağ satışı və dəyişimi ilə məşğul olanlar deyirlər ki, qiymət artımı əsasən Avropadan idxal edilən yağlarda qeydə alınır.
Bəs buna səbəb nədir?
Bu sahə üzrə fəaliyyət göstərən sahibkar Əfqan Əsədov hesab edir ki, qiymətə təsir edən amillərdən biri də daşıma xərcləridir.
Sahibkarlar vurğılayıblar ki, mövcud vəziyyətin hələ nə qədər davam edəcəyi dəqiq bilinmir.
Daha ətraflı süjetdə:
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, hazırda təmir işləri rayonun 1620 metr uzunluğa malik Məsud Əlizadə küçəsində aparılır.
Təmir çərçivəsində hazırda küçəboyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpası işləri davam edir, səki və bordür daşlarının yenilənməsi işləri aparılır.
Daha sonra zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri görüləcək. Ardınca yeni asfalt-beton örtüyü döşənəcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.
Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.
Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də tikilir.
Layihə üzrə keçidin uzunluğu 53.4 metr, daxili eni 3.5 metr, pilləkən və pandusların eni 1.35 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq.
Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Gələn il "Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyasının elektrik yarımstansiyası yenidən qurulacaq.
"Qurum xəbər verir ki, modernləşdirmə işlərini dünyada bu sahə üzrə tanınmış “Siemens Smart Infrastructure” şirkəti yerinə yetirəcək.
Səhmdar cəmiyyətinin texniki tapşırığına uyğun olaraq, şirkət avadanlıqların istehsalına başlayıb. Bu şirkətlə əməkdaşlıqdan sonra ilk dəfə yarımstansiyalarda yalnız bir tərəfdaşın avadanlıqları quraşdırır. Bununla da fərqli avadanlıqların bir sistemin tələbinə uyğunlaşdırılmasına ehtiyac qalmır, həmçinin onların istismarı və qulluğu daha səmərəli şəkildə təşkil edilir.
“Siemens”in istehsalı olan avadanlıq və sistemlər “İçərişəhər” stansiyasında və bir dartı-alçaldıcı yarımstansiyalardan birinin modernləşdirilməsində, “Nərimanov” elektrik deposu (2 yarımstansiya), “8 Noyabr” stansiyasında və onun üzərində yerləşən 35 kV-luq yeni elektrik yarımstansiyalarının qurulmasında istifadə olunub.
2023-cü ilin sonuna qədər “28 May” stansiyasının elektrik yarımstansiyasında işlərin, əsasən, yekunlaşdırılması planlaşdırılır.
Rubl yenidən ucuzlaşdı. Rusiya milli valyutasının rəsmi məzənnəsi son 10 gündə ABŞ dollarına nisbətən 57,5 kursundan 64,0-dək dəyişib. Bu o deməkdir ki, rubl yalnız son 10 gündə 11% dəyər itirib.
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, Rublun ucuzlaşması Avropa İttifaqının 8-ci sanksiyalar paketini təsdiq etməsi və Krım körpüsünün partladılmasından sonra Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi daha da artırmaqdadır:
"Aydındır ki, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterlizasiya metodları ilə müəyyənləşsə də, bazardakı tələb və təklif də təsirsiz deyil. Rusiyada ölkədən valyuta çıxarışı məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edirdi. Eyni zamanda, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb".
Millət vəkilinin fikrincə, rublun son dəyərsizləşləşmələri ilə yanaşı, Rusiya valyutasının dollara nisbətən gələn ildən daha çox ucuzlaşması gözləntiləri yüksəkdir.
"Bir tərəfdən biznes yeni bazarlar, Rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və turist səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə dollara tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək. Deməli, sanksiyaların genişlənməsi fonunda rublu heç də yaxşı günlər gözləmir", - deyə V. Bayramov əlavə edib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,89 ABŞ dolları və ya 1,91% azalaraq 96,94 ABŞ dolları təşkil edib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərin təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək məqsədilə 10 oktyabr tarixindən Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər edib.
Bu barədə ADY məlumat yayıb.
“Bu səhər Xırdalan stansiyasında olduq və dəyişiklikdən sonra xidmətimizdən istifadə edən sərnişinlərin rəyini öyrəndik. Sərnişinlər dəyişiklikləri müsbət qarşılayıb və mövcud sərnişin sıxlığının qismən aradan qalxdığını bildiriblər”.
Vergi Məcəlləsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, Vergi Məcəlləsinə əsasən, gəlir vergisinə bir sıra güzəştlər nəzərdə tutulur.
"Bu, imkan verir ki, vətəndaşlar əmək haqqından daha az gəlir vergisi ödəsin.Bu isə həmin şəxslərin əmək haqqlarının vergiyə cəlb edilməsinin azalması, nəticədə onların sərəncamında daha çox vəsaitin qalmasına imkan verir",- deyə V.Bayramov qeyd edib.
“Lənkəran” QPS-də qaz qızdırıcı sobanın giriş xətti üzərində quraşdırılmış siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə, 10.10.2022-ci il tarixdə saat 10:00-dan etibarən təmir işlərinin görülməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Lənkəran şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.