![]() |
|
5 nəfəri qətlə yetirən Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. Artıq o, Bakı İstintaq Təcridxanasına qaytarılıb. Bildirilir ki, onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələlik yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək. Əhməd Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.
Bəs diaqnozun dəqiqləşməsi daha nə qədər çəkəcək? Yekunda onun məcburi müalicəyə göndərilməsi mümkünmü?
Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov müvəkkili barəsində ekspertizanın rəyindən danışmaq istəməyib. O, “Yeni Müsavat”a bildirib ki, rəy haqda hər hansı bir fikir bildirmək istəmir.
Hadisədən sonra Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur:
“Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir”.
Xatırladaq ki, bundan əvvəl ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. Belə ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə üzvlərini niyə öldürmüsən?” sualına cavabda isə Əhməd “çünki belə lazım idi” söyləyib.
Hazırda Psixiatriya Xəstəxanasına yerləşdirilmiş Əhmədin psixi durumu haqqında ziddiyyətli məlumatlar var. Onun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Əhməd Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, Əhməd affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.
Bu arada hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detalları danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib.
Qanuna görə, hər hansı bir hadisəni törədərkən anlaqsız vəziyyətdə olan, törətdiyi cinayət əməlinin xarakterini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirib ki, şəxsin anlaqsız olduğu sübuta yetiriləcəyi təqdirdə, o, həbsə deyil, stasionar müalicəyə göndərilməlidir: “Şəxsin anlaqlı olub-olmamasını müəyyənləşdirmək üçün ilkin olaraq kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizası təyin olunur. "Ekspertiza haqqında" Qanuna əsasən, bunun üçün 1 ay müddət ayrılır. Əgər şəxs hansısa xəstəxanada qeydiyyatdadırsa, özünə və ya ətrafına narahatlıq verirsə, həmçinin dindirilməsi mümkün olmursa, o zaman ekspertiza stasionar qaydada aparılır”.
Natiq Ələsgərov deyir ki, Cinayət Məcəlləsinin 21-ci maddəsinə görə, hadisəni törədərkən anlaqsız vəziyyətdə olan şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz: “Yəni şəxsdə kəmağıllılıq, xroniki psixi pozğunluq müəyyən edilibsə, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəsini dərk etmirsə və bu barədə ekspertiza rəyi varsa, bu zaman o, cinayət məsuliyyətinə cəlb oluna bilməz”.
Bu halda şəxs məcburi müalicəyə yönəldilir.
Xatırladaq ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş Fazil Mustafanın göndərdiyi ərizə elan edilib. Millət vəkili ərizəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib.
Prosesin davamında ikisi polis əməkdaşı olmaqla 4 nəfər şahid ifadə verib.
Şahid Xəyyam Musayev özü də həbsdədir. O, bir müddət əvvəl qanunsuz soyuq silah saxlamaqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.
Konvoyun müşayiəti ilə məhkəməyə gətirilən şahidi bu işə bağlayan müttəhim Rəşad Əhmədovdan silah almasıdır.
Şahidin dediyinə görə, R.Əhmədov Fazil Mustafanın güllələnməsindən sonra üstündə gəzdirdiyi tapançanı saxlaması üçün ona verib. O isə həmin silahı 800 manata başqa adama satıb.
İttihamda deyilir ki, Rəşad Əhmədova həmin silah ona görə verilibmiş ki, Səbuhi Şirinov Fazil Mustafanı vura bilməsə, o hazır olsun: “Rəşad uşaqlıq dostumdur. Tapançanı mənə saxlamağa görə vermişdi. Bir neçə gün sonra dedim ki, bu silahı satım getsin. Elə də etdim. Elşən adlı bir tanış var idi. Razılaşdıq, tapançanı 800 manata ona satdım. Heç nə, sonra Elşən özü də tutuldu”.
Polis əməkdaşları Rəşad Əhmədovun qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs qismində tutulmasından danışıblar. Şahidlərin hər ikisi eyni məzmunlu ifadə veriblər. R.Əhmədov haqda polisə əməliyyat məlumatı daxil olub, məlumat əsasında şübhəli şəxsi tutaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər.
Tünzalə Fazil Mustafanın qonşusudur. Deputat güllələnən vaxtda Tünzalə evdə olub, atəş səsini eşidib: “Güllə səsini eşidən kimi hamama qaçdım. Hamamın “fortuşka”sından bayıra baxanda soldan boyu təxminən 170-175 sm hündürlüyündə kişi gördüm. Əynində qara rəngli paltar, başında kapüşon qaçırdı. Hava qaranlıq olduğuna görə üzünü görə bilmədim”.
Bununla da iş üzrə tanınmış cəmi 10 nəfər şahiddən 9-nun ifadəsi başa çatıb.
Aprelin 5-i sonuncu şahid dindiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Təqsirləndirilən 5 nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərovə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan edilib.
Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş dəhşətli terror aktı təkcə Rusiya xalqını deyil, həm də məlum səbəblərdən Azərbaycan ictimaiyyətini də sarsıtdı.
"Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
Daha ətraflı “Caliber”in yeni videomaterialında:
Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb.
Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.
Həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub.
Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.
Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb.
Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək.
Qeyd edək ki, Ə.Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bakının Binəqədi rayonu, “Mədən - 2” adlanan ərazidə evin zirzəmisinə neft dolub. Mənzilin otaqlarını kəskin qoxu bürüyüb.
Ev sahibi Rövşən Qasımov iddia edir ki, mənbəyi bilinməyən neftin zirzəmiyə dolması nəticəsində evdə təhlükəli vəziyyət yaranıb.
Təhlükəli vəziyyətlə üz-üzə qaldığını deyən ev sahibi ailəsinin başqa əraziyə köçürülməsini istəyir. Onun sözlərinə görə, evə bir neçə dəfə aidiyyəti qurumlar tərəfindən baxış keçirilsə də, ona nəticəsilə bağlı məlumat verilməyib.
Rövşən Qasımov ümid edir ki, problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən ona qısa müddətdə köməklik göstəriləcək.
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, saatlı bomba və qumbaralar aşkarlayıblar.
Bu barədə “Qafqazinfo”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Martın 23-ü üç azyaşlı övladı ilə itkin düşən ana tapılıb.
“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində həmin qadın 3 azyaşlı övladı ilə tapılıb.
Onlar Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Moskva vilayətində naməlum şəxs kompüter klubuna daxil olaraq soyuq silahla oradakıları yaralayıb.
Bu barədə "Shot" məlumat yayıb.
“Moskva yaxınlığındakı Fryazinoda bir nəfər bıçaqla kompüter klubuna girib. Şahidlərin sözlərinə görə, o, üç nəfəri yaralayıb”, - məlumatda deyilir.
Hadisə 25-i axşam saatlarında baş verib. Həmin şəxs saxlanılana qədər üç nəfəri yaralamağa müvəffəq olub.
Hazırda polis araşdırma aparır.