Ermənilər Ağdamda turboreaktiv raket basdırıblar.

Belə ki, raketin yanına 120 millimetrlik minaatan mərmiləri düzülüb.

Kənardan idarə olunan bu tələ işə salındıqda ərazidə həm güclü partlayış, həm də partlayış qəlpəli effekt yaranır.

Ətraflı “AzTV Xəbər”in süjetində:

Sosial mediada məktəbli qızların başqa bir məktəbliyə qarşı qeyri-etik davranmalarına dair görüntülər yayılıb.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, videogörüntülərdən məlumatlıdırlar: "Sözügedən hadisə nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır",- sorğuya cavabda qeyd olunub.

Qışqırır, söyüş söyür, məhbusları yatmağa qoymur - ƏHMƏD ƏHMƏDOV TƏCRİDXANA REJİMİNİ POZURBir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Gununsesi.info-nun xəbərinə görə, təcridxanada 1 nəfərlik kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir.

Bu isə Əhmədovun saxlanıldığı II korpusdakı digər məhbusların rejiminə mənfi təsir edir.

Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir.

Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur.

"Biz varlı görəndə ona düşmən gözüylə baxırıq. Rəhmətliyin taksiyə buraxdığı 20-dən çox maşını, restoranları, Moskvada böyük biznes sistemi, həmin yaşadığı binada çoxlu evləri var idi. Direktor işləyən xanımın da yəqin ki, nələrisə var".

Referans.az xəbər verir ki, bu sözləri Space TV telekanalında yayımlanan "Gəl Danış" verilişində qətldə şübhəli bilinən Əhməd Əhmədovun qohumları deyib.

Verilişin aparıcısı Amil Xəlil isə sözlərə qarşılıq "Bizim də müəllim qohumlarımız var da, onların niyə ən azından heç bir sot torpaqları yoxdur? Bir evləri yoxdur?" deyib.

Həmçinin verilişdə illər öncəki hadisədən, yəni Əhməd 15 yaşında olarkən baş verənlərdən söhbət düşüb. 

Verilişdə Əhmədin qohumları və aparıcı Amil Xəlil arasında mübahisə get-gedə şiddətlənib.

Daha ətraflı videosüjeti təqdim edirik:

Xankəndidə xeyli silah-sursat tapılıb.

Bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 17-də və 18-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 11 ədəd qumbara, 7 alışdırıcı, 58 ədəd patron darağı, 1944 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda keçən dəfə dindirilməsi yarımçıq qalan təqsirləndirilən Azər Səricanov suallara cavab verib.

Məhkəmədə Azər Səricanova Fazil Mustafanın hansı sözlərinin onun xoşuna gəlmədiyini soruşulub. O bildirib ki, burda oturanların günahı yoxdur:

"Burada oturanlara yön verən mən olmuşam. Silahlar da özümün olub. Fazil Mustafanın" facebook" sosial şəbəkəsində yazdıqları məni qəzəbləndirib. Aşuranı təhqir edib. İnsanlara aşurada "ulaşır, mələşir" deyirdi. Etdiyim əməldən peşman deyiləm. Nə cəza verəcəksinizsə, tez verin".

Daha sonra A. Səricanovun ifadələrində ziddiyyət olduğu üçün ifadəsi elan olunub.

Daha sonra təqsirləndirilən Rəşad Əhmədov ifadə verib. O, hadisə barədə danışıb:

"Mənim günahım Azərin verdiyi silahı saxlamışam. Burada olanlar içərisində təkcə Azəri tanıyıram. Onu məsciddən tanıyıram. Sonra onunla yağ satırdıq. Fazil Mustafaya qarşı nə isə ediləcəyi barədə xəbərim olmayıb. Tutulanda məndən Valeh İsmayılovu soruşurdular. O mənim uşaqlıq dostum olub. Sonra Suriyada müharibə olanda ora getdi. Oradan da İrana keçdi orada yaşayır.

Hadisədən qabaq Azər mənə silah verdi. Dedi, saxla gəlib götürəcəyəm. Mən də sonra silahı Xəyyama verdim. O da Azərə verməli idi. Daha sonra telefonumda bəzi şəkillər vardı. Mənim əvvəldən pilot olmağa, hərbiyə marağım olub. Ona görə telefonda proqram vasitəsilə bəzi yerlərin fotoların çəkirdim. Bunun üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Hadisədən sonra Azərin tutulduğunu gördüm. Qorxub əvvəl İstanbula sonra da İrana getdim. 10 gün Qumda qalandan sonra Bakıya qayıtdım. Xəyyamdan soruşdum, silahı nə etmisən, dedi ki, dənizə atmışam".

Daha sonra təqsirləndirilən şəxs Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib.

Növbəti məhkəmə baxış iclası martın 1-də keçiriləcək.

Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Göyçay rayonunda toya gələn qonaqlardan ikisi ölüb.

Report xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini şənliyin keçirildiyi mərasim zalına çatan zaman özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə ildir ürək xəstəliyindən müalicə alırmış.

Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan 37 yaşlı Vilayət Məmmədov mərasimdən çıxaraq evinə gedib, özünü pis hiss etdiyi üçün xəstəxanaya çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq o xəstəxanada vəfat edib. İlkin ehtimala görə şəxs ürəktutmasından dünyasını dəyişib

Bir neçə gün əvvəl ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət axınının əksinə avtomobil idarə edən şəxsin məsuliyyətə cəlb edilməsinə və bu kimi əməllərin ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, yenidən sosial mediada analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən  bildirilib ki, aparılan araşdırma zamanı həmin avtomobil yolunda “VAZ 2121” markalı, 27-BZ-071 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücünün Xaçmaz rayon sakini Namiq Ağayev olduğu məlum olub.

 Törətdiyi əməli avtomobildə yaranmış nasazlıq səbəbindən yolda qalan ailə üzvünə köməklik göstərməyə tələsməsi ilə əsaslandırmağa çalışan Namiq Ağayev, təəssüf ki, bu addımı atmazdan əvvəl həm özünün, köməyinə tələsdiyi doğmalarının, həm də neçə-neçə günahsız insanın həyatını təhlükəyə atmasının fərqinə varmayıb.

Baş DYP İdarəsi kobud qayda pozuntularına yol verən Namiq Ağayev barəsində qanunvericiliyə uyğun tədbirlər görüldüyün bildirməklə yanaşı, bir daha sürücülərə müraciət edərək vəzifələrini sözsüz yerinə yetirməyə, bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırıb.

Ermənistanı “daşlar ölkəsi” adlandırırlar. Bu ifadə ilə dərhal boz qaya daşları və çay daşları təsəvvür edirsinizsə, onda yalnız qismən haqlı olacaqsınız. Fakt budur ki, Ermənistan əsasən bolşeviklərin vaxtilə ona verdiyi Azərbaycan Zəngəzuru sayəsində digər daşlarla - faydalı qazıntı yataqları ilə də zəngindir.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetində deyilir.

 “Onların çox olduğunu deyə bilmərəm, amma bu, Ermənistanın və ya xarici kapitallı törəmə müəssisələrin sahiblərinə və onlarla korrupsiya sxemləri ilə bağlı məmurlara pul qazandırmaq üçün kifayət qədərdir.

Təsadüfi deyil ki, Ermənistanda məhz dağ-mədən sənayesi inkişaf edib. Lakin bu prosesi sözün tam mənasında inkişaf adlandırmaq çətindir. Sənaye, ehtimal ki, gəlirlilik səbəbiylə, ən primitiv şəkildə istismar olunurdu. Nəticə isə ətraf mühitə böyük ziyan vurur. 

Ancaq bu, hamısı deyil. Transsərhəd çayların üzərində və ya yaxınlığında yerləşən mədən sənayesi müəssisələrinin bu su anbarlarına zəhərli istehsal tullantıları atması qonşu dövlətlərin - Gürcüstan, İran və Azərbaycanın ekologiyasını çirkləndirir. Dəyən zərərin səviyyəsinə görə ölkəmiz bu kədərli siyahıda birinci yerdədir. Buna əmin olmaq üçün ən sadə statistika ilə tanış olmaq kifayətdir”, - deyə materialda qeyd olunur.

Daha ətraflı süjetdə:

 

5 nəfər ailə üzvünü öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı yeni  şok detallar  məlum olub.

Oxu24.com xəbər  verir  ki, qətlə yetirilən qız təqsirləndirilən şəxsin doğma bacısı olmayıb.

Bu barədə Space TV-də yayımlanan Amil Xəlilin müəllifi olduğu "Gəl danış" verilişində  məlumat verilib.

Verilişə qatılan Əfsanə adlı qonşu qadın bildirib ki, öldürülən qız Əhmədin doğma bacısı  olmayıb. Qız atanın birinci ailəsindən olan övlad imiş. Əhməd  isə Bikəxanımın  birinci həyat yoldaşından olan övladı olub.

Ətraflı video məlumatı təqdim edirik:

Xəbər lenti