Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib.

“Rəsmi veb səhifədə həmişə bu hissə mövcud olub.

Bölmə erməni, rus, ingilis və fransız dillərində fəaliyyət göstərib.

Hazırda bu səhifə bütün dil versiyalarından silinib.

 

 

 

 

Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Vətən müharibəsi şəhidi İlkin Ağakişiyevin atası vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, xəstəlikdən əziyyət çəkən şəhid atası Elxan Ağakişiyev ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İlkin Ağakişiyev evin tək oğul övladı olub. O, 8 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində şəhid olub və nəşi bir müddət sonra tapılaraq 27.11.2020-ci ildə Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında izdihamla dəfn olunub.

Ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" , "Vətən uğrunda" medalları ilə təltif edilib.

Kürdəmir rayonu, Şilyan kəndi ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə üç hektar sahədə kol-kos və bir ədəd elektrik dirəyi qismən yanıb.

Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 9-da Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 1 tüfəng, 1 ədəd qumbara, 1 ədəd alışdırıcı, 23 ədəd patron darağı, 841 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Tovuz rayon sakini 1996-cı il təvəllüdlü (cinsi kişi) Xocavənd rayonu ərazisində hərbi təyinatlı partlayıcının partlaması nəticəsində xəsarət alması səbəbilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Əməliyyat şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ona sağ əlin barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

Qeyd olunub ki, hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***
Xocavənd rayonunun Çartar kəndi ərazisində bu gün səhər saatlarında arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

***

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.

Vətəndaş xəstəxanaya təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olan şəxslər saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Yol Polis Xidmətinin (YPX) əməkdaşlarına tabesizlik göstərən iş adamı həbs edilib.

Afiq adlı sahibkarın həbs olunmasına səbəb Qaradağ rayonu H.Z.Tağıyev küçəsində yerləşən yolun 38-ci km-də YPX tərəfindən saxlanılan yük avtomobilinin qaçırılmasına şərait yaratması olub.

Belə ki, 1984 tarixdə Bakı şəhərində anadan olmuş Afiq Mustafayevin (soyad şərti) rəhbəri olduğu şirkətə məxsus iriqabaritli nəqliyyat vasitələri DİN-nin Baş Dövlət Yol Polisinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

YPX əməkdaşları tərəfindən həmin yük maşınların sürücüləri iriqabaritli nəqliyyat vasitələrində olan yüklərin müvafiq stasionar postlarda quraşdırılmış elektron tərəziyə dəvət edilib. Lakin, 77 BJ 238 dövlət qeydiyyat nişanlı yük maşının sürücüsü müdiri gəlmədən nəqliyyat vasitəsinin stasionar posta aparılmayacağını bildirib.

Daha sonra əraziyə "Porsche" markalı avtomobillə Afiq adlı şəxs yaxınlaşıb. O, özünü sözügedən yük maşının sahibi kimi təqdim edərək, sürücülərin hərəkət etmələrinə göstəriş verib.

Həmin yük maşınların sürücüləri YPX əməkdaşlarına tabesizlik göstərərək hərəkətlərini davam etdiriblər. Bundan əlavə sahibkar idarə etdiyi "Porsche"ni yolun hərəkət hissəsində saxlamaqla, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub. Daha sonra əraziyə polis bölməsindən post patrul xidmətinin əməkdaşlarının göndərilib. Afiq başqa nəqliyyat vasitələrindən birinə əyləşərək ərazidən uzaqlaşıb.

Polis Afiq adlı sahibkarı saxlayaraq, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə protokol tərtib edib və iş məhkəməyə göndərilib. Sahibkar məhkəmədə özünü günhkar bilməyib.

Məhkəmənin hökmü ilə Afiq 15 gün müddətinə inzibati qaydada həbs edilib.

©Qaynarinfo

İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva oğlunu ağır yaralayan terrorçu barəsində edam hökmü çıxarılmasına münasibət bildirib.

T.Tağıyeva Pravda.az-a açıqlamasında fikirlərini belə ifadə edib:

“Bəli, doğru qərardır. Bir insan ölümü olsa da, ona “insan” demək olmaz. Orxanın qisası alındı, Vasifin, Mahirin qanı yerdə qalmadı. Səfirlik Azərbaycan torpağıdır. Bizim torpağımıza uzanan əllər mütləq kəsilməlidir! Biz dövlətimizə, prezidentimizə güvənirik. Haqq-ədalət yerini tapmalıdır. Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizin canı sağ olsun, bütün oğullarımızı Allah özü qorusun. Amin!”

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.

Tağıyev Vasif Natiq oğlu birinci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.

Qeyd edək ki, dünən Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb.

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib.

Bloger hadisədə özünü günahkar sayır: “2015-ci ildə də mən travma keçirmişəm. Buna görə hadisə anını tam xatırlaya bilmirəm. Yadımdadır ki, Nərimanovda çay evindən çıxdıqdan sonra bir az gəzmək istədik. Qardaşım qədər mənə yaxın olan insanı itirdim. Günahkaram”.

N.Şakirli hadisə günü içkili olmadığını deyir. Sərbəst ifadəsində həmin günü tam xatırlamadığını desə də, yadında qalan budur ki, hadisə günündən bir gün əvvəl içki qəbul edib.

Sədrlik edən hakim müttəhimin diqqətinə çatdırıb ki, təqsiri sübuta yetiriləcəyi halda 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

© Qafqazinfo

Xəbər lenti