![]() |
|
Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə gətirilən 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub.
Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Bakıda gecə klublarının birində bıçaqlanma ilə nəticələnən dava baş verib.
Baku.ws verdiyi məlumata görə, Sahil bağı ətrafında yerləşən kluba 3 nəfər bıçaqla daxil olmaq istəyib. Gecə klubunun mühafizəçisi onları kluba buraxmaq istməyəndə dava düşüb.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar həyata keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Baş İdarə əməkdaşları tərəfindən Abşeron, Nəsimi və Suraxanı rayonlarında keçirilən əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Soltan Şiriov, Cavid Əlizadə, tanışı Turan Mustafayev, əvvəllər məhkum olunmuş Fərid Kazımov və Zaur İbrahimov saxlanılıblar. Bu şəxslərdən 19 kiloqram tərkibi psixotrop maddələlər zənginləşdirilən qurudulmuş marixuana və 5 kiloqram heroin aşkar olunub.
Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər verdiyimiz kimi, bu gün “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Unikal"ın əməkdaşı Nicat Şakirlinin məhkəmədən çıxdığı anı əks etdirən görüntüləri lentə alıb.
"Nikosayağı" "Range Rover" markalı avtomobilinə əyləşərək məhkəmə binasının qarşısından uzaqlaşıb.
Paytaxt Bakı və digər şəhərlərdə yol hərəkət qaydalarını pozduqdan sonra DYP əməkdaşlarının "saxla" əmrinə tabe olmayan sürücülərə tez-tez rast gəlinir.
Bu sürücülər əslində məsuliyyətdən yayınmaqla yanaşı həm öz, həm də avtomobildə olan digər şəxslərin də həyatını təhlükəyə atmış olurlar.
Belə hallardan biri ötən gün yenə qeydə alınıb və sürücüyə avtomobildəki şəxslər da dayanması barədə xahiş edib. Sosial şəbəkədə yayılan görüntülər geniş müzakirəyə çevrilib.
Bəs, Yol Patrul Xidməti əməkdaşlarının "saxla" əmrinə tabe olmayan sürücüləri hansı cəza gözləyir? Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirdi ki, bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmasına dair tələbini yerinə yetirməməsi hallarına rast gəlinir və belə hallar daha sonra polis əməkdaşının ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamaq hallarına gətirib çıxarır:
"Mövcud vəziyyət yollarda sürücülər və hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Yol polisinin əmrinə tabe olmayan sürücü İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən 100 manat məbləğində cərimə edilir və 4 cərimə balı tərtib olunur.
Sürücülərə bir daha müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özləri və ətrafındakı insanları təhlükəyə atmasınlar, qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər".
Əgər Avropa və Rusiyanı bürüyən xəstəlikləri, bu ölkələrdə yayılan informasiyaları nəzərə alsaq, Azərbaycanda hər nə qədər epidemioloji vəziyyət sabitdir deyilsə də, vəziyyət qırmızı xəttə yaxınlaşır.
Əgər Rusiya, Gürcüstan mətbuatı xəstəxanaların göyöskürək, yeni növ kovid, yeni tip pnevmoniyalı xəstələrlə dolub daşdığını yazırsa, deməli, Azərbaycanda da vəziyyət eynidir.
Artıq təcili yardıma xəstəxanaya aparılmaq üçün təkid edən xəstələr çoxalır. Valideynlər uşaqlarının sonradan ağırlaşacağından qorxur.
Xəstələrin bir qrupu - uşaqlar, gənclər qızılca tutur, uşaqlar, yeniyetmələr göyöskürəkdən əziyyət çəkir. Eləcə də Bakıda və bir çox rayonlarda sarılıq ocaqları var.
Həkimlərimizin "naməlum mənşəli pnevmoniya" dedikləri mikoplazma sətəlcəmi də unudulur.
Bu pnevmoniya ötən ilin sonunda Çində alovlanıb, uşaqları daha çox yoluxdurub və xəstəxanalar xəstə ilə dolu idi.
Bu xəstəlik hava-damcı yolu ilə sıx kollektivlərdə, məktəblərdə, qapalı yerlərdə asanlıqla yoluxa bilir. Ən çox uşaqlar, gənclər, hamilələr yoluxur.
Rusiyada ikinci aktiv xəstəlik göyöskürəkdir. Rusiya səhiyyə qurumları artıq xəstəxanalarda bu xəstələrin sayının artdığını, yerlərin dolduğunu bildirir.
Eləcə də Azərbaycanda artıq 3 aydır uşaqlarda sadəcə öskürək və boğulma ilə gedən virusun yayıldığı bildirilir.
Bakıda uşaq infeksion şöbələrində belə xəstələr çoxdur. Analar müalicələrin təsir etmədiyini bildirir.
Eləcə də dünən aparıcı İlkin Həsəninin həyat yoldaşı 2 övladının da göyöskürək diaqnozu ilə neçə vaxtdır mübarizə apardığını, xəstəxanada yatsalar da, tam sağalmadıqlarını, indi isə uşaqları özəl klinikaya yatızdırdıqlarını açıqladı.
Belə uşaqlar təkcə Bakıda yüzlərlədir. Sadəcə kütləvi tədbirlər görülmür və əldə etdiyimiz məlumata görə, sahə həkimləri uşaqların xəstəlik kitabçasına göyöskürək və qızılcanı yazmır, bundan yayınır və beləliklə, gerçək epidemioloji vəziyyət aydın olmur.
Eləcə də valideynlər sosial şəbəkələrdə təcili yardımın qızılcalı və 39 dərəcədə olan qızdırmalı uşaqları hospitəlizə etmədiyindən və övladlarını hara aparacaqlarını bilmədiklərindən şikayətlənir. (medicina.az)
Lənkəran sakinlərindən 6 kiloqramdan artıq narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun Balıqçılar qəsəbəsi ərazisində xidmətdə olarkən "BMW" markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etməsi səbəbindən həmin nəqliyyat vasitəsi saxlanılıb. Keçirilən baxış zamanı avtomobilin yük yerindən 5 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslər sözügedən narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışının təşkil olunmasından ötrü əldə ediblər.
Ümumilikdə isə son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 16 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.
Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.
Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.
Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 08:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Zəlzələ episentrdə - Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Ağdaş, Kürdəmir rayonlarında 4-3 bala qədər hiss olunub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
***
Azərbaycabda zəlzələ olub.
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Yeraltı təkanlar Sabirabadda və Kürdəmirdə də hiss edilib.
Təkanlardan qorxuya düşən sakinlər evlərini tərk ediblər.
Respublika Seysmoloji xidmət Mərkəzi zəlzələ olduğunu bildirib. Detallar yaxın dəqiqələrdə açıqlanacaq.
***
Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Keşlə dəmir yolu stansiyasında silahlı şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"Onun üzərinə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. V.Əliyev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib", - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.