"Tik-tok" sosial platformasında məşhurluq qazanan Xanım İsmayılzadə dünyasını dəyişib. 

Bu barədə sosial şəbəkədə bildirilib.

O talassemiya xəstəliyindən əziyyət çəkirdi. Onun 21 yaşı var idi.

Bir müddət əvvəl şairə Nazilə Səfərlinin aparıcısı olduğu "Banu" Xanımən toyunda iştirak edib onun toy məclisini işıqlandırıb. 

 

 

 

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumunu törətmiş Yasin Hüseynzadə hakim qarşısına çıxarılır.

Bununla bağlı məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin teraktın birinci ildönümü ilə bağlı bəyanatında qeyd olunub.

Bildirilib ki, məhkəmənin ilk iclası bu günə təyin olunub.

Qeyd edək ki, terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olub, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilib.

Abşeronda ötən gün keçirilən tədbirlər zamanı 13 ədəd odlu silah əməliyyat yolu ilə aşkar edilib, 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil verilib, 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı ötən gün növbəti əməliyyat və profilaktik tədbirlər keçirilib. Tədbirlərlə ümumilikdə 13 ədəd odlu silah əməliyyat yolu ilə aşkar edilib, vətəndaşlarda olan 27 ədəd ov tüfəngi polis əməkdaşlarına təhvil verilib. Qobu, Saray və Mehdiabad qəsəbələri ərazilərindən 8 ədəd əl qumbarası və 25 ədəd mərmi təhlükəsizlik tədbirləri görülməklə həmin ünvanlardan götürülüb. Narkotiklərə qarşı keçirilən 17 əməliyyat zamanı 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş Rafiq Bədirovdan “Makarov” markalı tapança, 7 patron, eləcə də Mehdiabad qəsəbəsi ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 12 ədəd patron, Abşeron rayon sakini olan Pərvanə Musayevadan satmaq məqsədi ilə əldə etdiyi 3 kiloqramdan artıq marixuana aşkar edilib. Vətəndaşlar tərəfindən 14 ədəd tüfəng Mehdiabad Polis Bölməsinə təhvil verilib. Saray Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zülfi Ağadadaşov və Sübhi İsmayılovdan ümumilikdə 2 ədəd “Makarov” markalı tapança və 7 ədəd patron aşkar edilib. Vətəndaşlar tərəfindən 2 ədəd ov tüfəngi Saray Polis Bölməsinə təhvil verilib. Ceyranbatan qəsəbəsində vətəndaşlara qarşı soyğunçuluq edən əvvəllər məhkum olunmuş Samir Məmmədov da saxlanılaraq məsuliyyətə cəlb olunub. Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ramid Məmmədovdan “Kalaşnikov” avtomatı, 9 ədəd patron, Ayaz Heydərovdan “Makarov” markalı tapança və 4 ədəd patron aşkar edilib. Vətəndaşlar tərəfindən 8 ədəd ov tüfəngi Qobu Polis Bölməsinə təhvil verilib. Narkotiklərin satışını təşkil edən Abşeron rayon sakini Araz Alxasovdan isə 1 kiloqrama yaxın heroin, metamfetamin, eləcə də 20 ədəd metadon həbi aşkar olunub. Qobu qəsəbəsində mənzillərdən oğurluq edən Zakir Salmanov da qeyd edilən tədbirlərin nəticəsi olaraq saxlanılıb. Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Toğrul Qasımov, Murad Hüseynov, Muxtar Abdullayev, Şahid Məmmədov, Nəcməddin Əlizadə, Samran Əliyoldaşov və Natiq Şıxəliyevdən ümumilikdə 7 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd sandıqca və 41 ədəd patron aşkar edilib.

Vətəndaşlar tərəfindən 3 ədəd ov tüfəngi İdarəyə təhvil verilib. Taksi fəaliyyəti adı altında narkokuryerlik edən Azər Ağakişiyevin idarə etdiyi “Toyota Prius” markalı avomobildən 4 kiloqramdan çox marixuana aşkar olunub. Abşeron rayonunda müxtəlif vaxtlarda 20 avtomobilin şüşəsini qıraraq oğurluq edən Sabirabad rayon sakini Ümid Mirzəyev də tədbirlərin nəticəsi olaraq saxlanılıb. Rayon ərazisində oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə” 20 cinayətin üstü açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 47, xırda xuliqanlığa və xırda talamaya görə 44 fakt aşkarlanıb, mülki axtarışda olan 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, Abşeron rayon DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 100-dən artıq, spirtli içkinin təsiri altında sükan arxasına əyləşən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 28, dayanma-durma qaydalarını pozan 321 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 32 il ötür.

Xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 100-ə yaxın itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub. Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində hər gün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşən erməni silahlı qüvvələri çıxış yolunu geri çəkilməkdə görüblər.

2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb.

Azad olunandan sonra bir vaxtlar işğal altında saxlanılan Azərbaycan torpaqlarında kütləvi məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlardan biri də 2021-ci ilin fevralın 17-də Daşaltı kəndi ərazisində aşkar edilib və oradan 7 nəfərə məxsus meyit qalıqları çıxarılaraq götürülüb.

Ermənistan silahlı qüvvələri tərəfindən Cenevrə Konvensiyalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3 890 nəfər itkin düşüb. Onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1 480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1 102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.

Daşaltı kəndi ərazisində aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlərin ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur.

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənova hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Yasamal rayonunda son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 30 nəfər saxlanılıb. Həmin şəxslərdən 5 kiloqram heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Rusiyalı milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu haqda Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən R.Vardanyanın həbsdə saxlama müddəti 4 ay uzadılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, BBC bu yaxınlarda Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 32 il keçir.

Əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədi ilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən başlayan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib.

Əməliyyatın birinci planı taqımın Nəbilər kəndindən keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub.

Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.
2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub.

Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində hər gün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşən erməni silahlı qüvvələri çıxış yolunu geri çəkilməkdə görüblər.

2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.

Bununla da “Daşaltı əməliyyatı”nın qisası alınıb.

Qeyd edək ki, 2021-ci ilin noyabrın 7-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Daşaltı kəndində məscidin təməlini qoyublar.

Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüşdü. Uzun illər yeri müəyyən olunmamışdır. 18 sentyabr 2023-cü ildə Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanmışdır. 30 sentyabr 2023-cü ildə Riad Əhmədovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi təşkil olunmuşdur. Daha sonra İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Bakıda mağazaya daxil olan taksi sürücüsü qətlə yetirilib.

Hadisə səhər saatlarında paytaxtın Nizami rayonunda, metronun “Koroğlu” stansiyasının qarşısında baş verib.Rayon prokurorluğuna məlumat daxil olub ki, mağazalardan birində 33 yaşlı Nurlan Məmmədov qətlə yetirilib.

Hadisə yerinə istintaq qrupu gəlib, baxış keçiriblər və şahid ifadələrini alıblar. Daha sonra meyit müayinə edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bakıda həmçinin gecə klublarından birində kütləvi davanın olmasını əks etdirən görüntülər yayılıb. Yayılan məlumatda hadisə nəticəsində 3 nəfərin bıçaqlandığı deyilib.

Hazırda bu hadisə ilə bağlı da istintaq hərəkətləri davam etdirilir.

Qubada bir neçə şəxsin sosial yardım, pensiya düzəltmək adı ilə pullarını mənimsəyən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Ülkər Kərimova saxlanılıb. O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində sosial müavinət, pensiya düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların ümumilikdə 11 500 (on bir min beş yüz) manat pullunu mənimsəyib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Ü.Kərimovanın əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və ya Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti