![]() |
|
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.
Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və iki təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.
Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb.
Caliber.Az-ın əldə etdiyi məlumata görə, 17 yanvar 2024-cü il tarixdə saat 17:50 radələrində İran İslam Respublikasının Culfa qəsəbəsi ərazisindən iki ədəd “HINO” markalı avtomaşının hərəkəti qeydə alınıb. Onların üzərində brezentlə örtülmüş naməlum yüklər olub. Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasının Aqarak gömrük-keçid məntəqəsinə, saat 21:17-21:31 radələrində isə Meğridən Leqvaz qəsəbəsi istiqamətində hərəkət edib.
Əsas sualdan başlayaq: Bu dəfə “daşlar ölkəsi”nə silah tədarük etmək qərarına kim gəlib? Burada bir neçə variant var.
Siyahıda birinci yerdə Rusiyadır. Bir neçə gün əvvəl Paşinyanın partiyasının nümayəndəsi, istefada olan general Qaqik Melkonyan Ermənistana Rusiya silahlarının daha bir partiyasının gətirildiyini yüksək səslə elan edib. Eyni zamanda o, Moskvanın İrəvana konkret olaraq nə çatdırdığı barədə danışmaqdan imtina edib. Yaxud, ötən ilin dekabrında Rusiya səfiri Kopırkin TASS-a müsahibəsində qeyd edib ki, İrandan Ermənistana Rusiya hərbi texnikasının yeni partiyası göndərilib.
“Bağlanmış müqavilələrin demək olar ki, hamısı ya artıq tamamlanıb, ya da icrasının son mərhələsindədir. Moskva və İrəvan yeni sazişlərin bağlanmasını müzakirə edirlər. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur”, - deyə səfir bildirib.
Bu yerdə xatırlatmaq yerinə düşər ki, hətta 44 günlük müharibə zamanı Rusiya silah, texnika və sursatları İran ərazisindən keçməklə Ermənistana ucsuz-bucaqsız axınla daşınıb. Ehtimal etmək olar ki, Rusiya yenidən İran vasitəsilə Ermənistana yeni silah partiyası göndərib. Və burada tamamilə ağlabatan sual yaranır: Moskva İrəvanı silahlandırmaqda davam edirsə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün özünü necə vasitəçi kimi təqdim edir?
İkinci seçim Hindistandır. Paşinyan özü 2022-ci ildə parlamentin tribunasından Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı fəal şəkildə inkişaf etdirəcəyini yüksək səslə bəyan edib. Ermənistan çoxsaylı buraxılış raket sistemləri, özüyeriyən artilleriya, tank əleyhinə idarə olunan raketlər, artilleriya radarları, pilotsuz uçuş aparatları sistemləri və hətta Hindistan istehsalı olan raketlərin alınmasına ciddi maraq göstərib.
2022-ci ilin noyabrında Ermənistan Hindistandan təxminən 160 milyon dollara 155 millimetrlik özüyeriyən artilleriya sistemi sifariş edib. Siyahı Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın 2023-cü ilin fevralında Hindistana səfərindən sonra genişlənməyə başlayıb. Bundan əlavə, İrəvan havadan buraxılan ortamənzilli “BrahMos” raketləri və yerüstü qısamənzilli “Pralay” taktiki ballistik raketləri almağa hazırlaşır. Güman etmək olar ki, indi millətçi Modinin hökuməti Ermənistanı silahlandırmaqda davam edir.
Və nəhayət, İranın bu dəfə Ermənistanı silahlandırmaq qərarına gəldiyini istisna edə bilmərik. Bildiyiniz kimi, bu ölkə Zəngəzur dəhlizi ilə bağlı mütəmadi olaraq hədələyici bəyanatlar verir və bildirir ki, “Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi qırmızı xəttdir”. Ehtimal etmək olar ki, müxtəlif istiqamətlərdə (Yəmən, Suriya, Livan, İraq, Qəzza, indi də Pakistan) proksi müharibələr aparan Tehran Ermənistanın silahlandırılmasının onun ərazisinə qoşun yeritməkdən daha məqsədəuyğun olduğuna qərar verib. Bu qərar Tehranda Azərbaycanın Türkiyə və İsraillə artan hərbi-texniki əməkdaşlığına qarşılıq olaraq verilə bilərdi.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları son bir neçə gün ərzində keçirilən tədbirlərlə Bakıda vətəndaşlardan 20 silah götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Anar Hacıyevdən 1 ədəd “TT” markalı tapança, ona aid sandıqça, əvvəllər məhkum olunmuş Vidadi Məmmədovdan 1 ədəd “Makarov” markalı tapança həmin silaha aid sandıqça, əvvəllər məhkum olunmuş Rüfət İbrahimovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat və sandıqça aşkar olunaraq götürülüb.
Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 7 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 10 nəfər saxlanılıb və həmin şəxslər barəsində cinayət işləri başlanılıb
Yanvar ayının əvvəlindən hüquqpozmalara qarşı Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində müxtəlif inzibati qayda pozuntusu törədən ümumilikdə 655 şəxs də müəyyən edilib və həmin şəxslər barəsində inzibati protokollar tərtib olunub.
Xırdalan şəhərində kütləvi dava qeydə alınıb.
Məlumata görə, kütləvi dava bir neçə gün öncə Abşeron Gənclər Şəhərciyinin qarşısında yaşanıb.
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin ərazisi subasmaya məruz qalıb.
Görüntülər İctimai Televiziyada yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycanda tanınmış general-mayor vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Xatırladaq ki, Şərif Kamil oğlu Əsədullayev 1955-ci ildə anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi, 2001-ci ildən isə baş idarələrin rəis müavini vəzifələrində çalışıb. 2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona “polis general-mayoru” ali xüsusi rütbəsi verilib. Ş.Əsədullayev daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona “polis general-mayoru” ali xüsusi rütbəsi verilib. O, 2017-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.
2020-ci ilin avqustunda öldürülən Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılan, vaxtaşırı Tiktok sosial şəbəkəsində mərhum Rövşən Lənkəranskinin yaxınlarının ünvanına ağır ifadələr işlədən kriminal avtoritet Yetim Sabir saxlanılıb.
Axar.az xəbər verir ki, Gürcüstanda saxlanılan Yetim Sabirin hazırda Azərbaycana ekstradisiya edildiyi bildirilir.
Sayt yazır ki, Yetim Sabirin 5 il öncə Şəmkirdə bıçaqlanması ilə bağlı məlumatlar yayılmışdı.
"Onun Gəncəli Firdovsi kimi tanınan Firdovsi Mustafayevlə ciddi mübahisəsinin olduğu bildirilirdi. Həmin mübahisəni əks etdirən telefon danışığı kriminal dairələrə yaxınlığı ilə seçilən internet resurslarında yayımlanmışdı.
Telefon danışığı zamanı Gəncəli Firdovsi ilə Yetim Sabir arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yaranır. Firdovsi cəza çəkdiyi müəssisədə nəzarətin ona məxsus olduğunu bildirsə də, Yetim Sabir etiraz edərək, həmin yerin Nadir Səlifov (Lotu Quli) və Yusif Əliyev (Yuska Şamxorski) tərəfindən ona həvalə edildiyini deyir. Cavabında Gəncəli Firdovsinin Qulini “oğru” kimi tanımadığını deməsi Yetim Sabirin etiraz ilə qarşılanır və sonuncu Qulini "qanuni oğru" kimi tanınmayanları təhqir edir. Gəncəli Firdovsi isə öz növbəsində bu sözə görə Yetim Sabirin cavab verməli olacağını söyləyir.
Bunun ardınca isə Yetim Sabirin başına 250 min mükafat qoyulduğu haqda məlumat yayılmışdı. Daha sonra isə Yetim Sabirin bıçaqlanması məhz kriminal qruplaşmaların növbəti hesablaşması kimi qəbul olunmuşdu", - mətbu orqan qeyd edir.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Azad Abasov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə keçirilən baxış zamanı 400 qramdan artıq olan narkotik vasitə - marixuana, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayon sakini Rahim Kərimov da saxlanılıb. Onun üzərindən isə polietilen torbada qablaşdırılmış təmiz çəkisi 430 qram olan marixuana aşkarlanıb.
Faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
“Paytaxtın mərkəzində kommersiya obyektlərinin fəaliyyətlərinin təşkilinə dair müvafiq qaydalar var”.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində paytaxtda yanğın və partlayış olan obyektlərin gələcəkdə şəhər mərkəzindən çıxarılmasına dair addımların olub-olmayacağına dair sualı cavablandırarkən deyib.
O bildirib ki, bu, Baş planın deyil, aidiyyəti qanunvericilik üzrə müvafiq qurumların monitorinqinə hesablanan addımlar olmalıdır.
Qeyd edək ki, bir neçə gün öncə Respublika Perinetal Mərkəzində yanğın, eləcə də dünən Abay Kunanbayev küçəsində mebel sexində partlayış baş verib.
Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş partlayışla əlaqədar dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Oxu.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, yeddi nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.