![]() |
|
Cəlilabadın Sabirabad kənd sakini Sevil İbayeva qızılcadan vəfat edib.
O, ötən il dekabrın sonunda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə kəskin halsızlıq, dəridə səpgilər və yüksək hərarət kimi şikayətlərlə daxil olub.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Arzu Cəfərli Baku TV-yə bu barədə açıqlama verib:
Azərbaycanın tarixi şəxsiyyətlərinin qəbirləri erməni vandalizminə məruz qalıb.
Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər.
Ağdaşda narkokuryerdən külli miqdarda narkotik vasitə və “Kalaşnikov” avtomatı götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Goranboy rayon sakini Sabir Alıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 6 kiloqram 315 qram marixuana, 200 qrama yaxın heroin, “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 23 ədəd patron aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə oğurluq edən Abid Məmmədov saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı onun rayonun Qaradeyin kəndində bir neçə kənd sakininə məxsus tövlədən xırdabuynuzlu heyvanları oğurlayaraq satdığı məlum olub.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Xəzər dənizində zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların gücü 3,3 maqnitudada olub. Zəlzələ olcağı yerin 11 kilometr dəriniyində yerləşib.
Xezerxeber.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir və belə kiçik təkanların olması normal haldır. Bu cür hiss edilməyəcək zəlzələlər tez-tez olur.
Bu arada qonşu Gürcüstanda da 4,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ Tbilisidən 260 kilometr aralıda qeydə alınıb. Zəlzələnin episentri Amblouri şəhəri yaxınlığındakı Biji kəndi ərazisində 13 kilometr dərinlikdə olub. Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss edilib. Bölgənin qubernatoru Papuna Marqvelidze bildirib ki, zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb.
Ətraflı süjetdə:
Dünən axşam saatlarında Xaçmaz rayonunda ağır yol qəzasının baş verməsi barədə yalan məlumat yayılıb.
“Qafqazinfo” xəbər verir ki, polisə, FHN-ə və təcili tibbi yardıma müraciət edən şəxs Hacıhüseynli kəndi ərazisində avtomobilin yük maşınına çırpılması barədə məlumat verib. Qəza səbəbindən xəsarət alan şəxslərin olduğunu bildirərək kömək istəyib. Qısa vaxt sonra deyilən əraziyə operativ qruplar cəlb edilib. Lakin ərazidə aparılan müşahidələr və yoxlamalar zamanı hər hansı qəzanın baş verməməsi, daxil olan məlumatın həqiqəti əks etdirməməsi məlum olub.
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda vəkil Zaur Məmmədov özünü yandıraraq öldürüb.
“Qafqazinfo” xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib. O bildirib ki, sonuncu dəfə Zaur Məmmədovla cümə günü “whatsApp” vasitəsilə danışıblar: “Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini dedi”.
Aşur Bədəlsoy bildirib ki, işin yiyəsinin də onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini deyib: “Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini olmasa özünü öldürəcəyini dedi. Zarafat etdiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı...”
Qeyd edək ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundovanın qızı Dilavər Axundova faciəli şəkildə vəfat edib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Fransada baş verib.
Belə ki, orada təhsil alan D.Axundova yol qəzasında dünyasını dəyişib. O, bu ölkədəki universitetlərin birində ikinci kurs tələbəsi imiş.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi prosesi aparılır.
Məlumata görə, həmin vaxt N.Axundova özü də Polşada ezamiyyətdə olub.
Qeyd edək ki, N.Axundova İnstitutun "Azərbaycanın XV-XVIII əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisidir.
“Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və polis əməkdaşlarının iştirakı ilə ailə ziyarət edilib:
“Ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onlara izah edilib. Lakin buna baxmayaraq, ailə başçıları qeyd ediblər ki, burada heç bir təzyiqdən söhbət gedə bilməz, qız özü qərar verib.
Nəzərə alsaq ki, qızın 12 yaşı var və o, bu yaşda nişan və ya evlənmək istəyinə necə qərar verə bilər?
Yekun olaraq ailə başçıları qızın 18 yaşı tamam olana qədər toy mərasiminin keçirilməyəcəyinə dair yazılı izahat veriblər. Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə komitəmiz, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq.
Baş verənlər qızın psixologiyasına mənfi təsir göstərməsin deyə mərkəzin psixoloqları onunla tez-tez görüşəcək, söhbət edəcəklər”.
Xatırladaq ki, ötən gün “Xəzər” televiziyasının əməkdaşları sözügedən ailənin evində çəkiliş edərkən hücuma məruz qalmışdılar.
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə xarici ölkə vətəndaşı Safari Hamid Ghafour barədə həbs qətimkan tədbiri seçilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun dövlət qeydiyyatından gizli qanunsuz beynəlxalq pul köçürmələrinin təşkili ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığı müəyyən edilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan və digər cinayət əməllərini törətməyə görə məsuliyyətə cəlb edilmiş Hamid Safari milyonlarla manat dəyərində ümumilikdə 1.379 gizli valyuta köçürmə əməliyyatlarını təşkil etməkdə ittiham edilir.
Qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.