![]() |
|
Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir:
"Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil “Artsax Respublikası” kimi adlandırması, ərazimizdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan “Yerli özünü müdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştirak etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib.
Qeyd olunanlara əsasən avqustun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Avqustun 21-i saat 10:25-dən 10:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə “Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb.
Bundan başqa, avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist və yazıçı Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb.
O bildirib ki, əmisi bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb.
“Bloqer Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq bildirilib.
“Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicələri davam etdirilən Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır. Hazırda həkimlərin nəzarəti altındadır və lazımi müayinələrdən keçirilməsi davam etdirilir”.
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Xəbər verdiyimiz kimi, "Nikosayağı" ləqəbi ilə tanınan bloger Nicat Şakirli avqustun 15-i gecə saatlarında paytaxtın Heydər Əliyev prospektində ağır qəza törədib.
"Sağ qolu amputasiya olunan blogerin xəstəxanadan fotosu yayılıb.
Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub", - məlumatda qeyd olunub.
Bir neçə gündür, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin qərargahına basqın edən quldur ermənilər qarşı tərəfi təxribata çəkməyə davam edirlər.
Dünən sosial medialarda yayılan görüntülərdən də aydın oldu ki, onları kimsə qızışdıraraq orataya atıb. Ən azından rus hərbçinin “sizə kim pul verib ki, belə edirsiniz?!” deməsi, diqqətdən yayınmayıb.
Gecə saatlarında isə azsaylı separaçılardan birinin sülhməramlı hərbçi ilə dialoqu maraq doğurub. Belə ki, hay-həşir salan təxribatçı haya cavabı teleqram kanallarında müzakirə mövzularından birinə çevrilib.
“Əgər biz burada olmasaydıq, bilirsiniz, sizin üçün necə olardı? 2020-ci ildə bunu həll etmək lazım idi”, - rus hərbçi deyib.
Qeyd edək ki, Kremlin missioneri Ruben Vardanyanın Qarabağda vəziyyəti gərginləşdirməyə xidmət etməsi də heç kimə sirr deyil.
Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Elçin Qasımov, Zaur Əhmədov və Rəşxan Cəfərov saxlanılıblar. Onlardan ümumilikdə, 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana və heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyatla oğurluq etməkdə şübhəli bilinən rayon sakini Murad Səmədov saxlanılıb. Onun rayonun Əkşəm kəndində yerləşən fərdi yaşayıṣ evindən nəğd pul və qızıl-zinət əşyaları oğurlamaqla 20.500 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Vətəndaşa dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdiriir.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Qarabağda sülhə deyil, gərginliyə xidmət edən qüvvələr Rusiya sülhməramlılarını təxribata çəkməyə cəhd ediblər.
Bir qrup terrorçu Rusiyanın Xocalıdakı qərargahının girişini bağlayıblar, hərbçilər cavab olaraq yolu təmizləmək üçün zirehli transportyoru girişə çıxarıblar.
“Gəlin, keçin maşınımızın üzərindən. Güllələyin. Baxın, sülhməramlılar “Laçın”postu ilə bağlı heç bir şey etmirlər. Amma bizə qarşı güc tətbiq edirlər. Görün onlar necə Qarabağı qoruyur. Əgər maşının üzərindən keçsəniz, sizə baş cür cavab verəcəyik”, - videonu çəkən separatçı sülhməramlıları həm hədələyir, həm də təxribata çəkir.
Yeri gəlmişkən, quldurlar həmişəki kimi “soyqırımı”, “blokada”, “aclıq” və s. kimi uydurma fikirləri də dilə gətirməyi unutmayıblar.
Cəhdlərinin nəticə vermədiyini görən ermənilər “siz artıq göstərirsiniz ki, kimin tərəfindəsiniz”, azərbaycanlıları nəzərdə tutaraq “terrorçuların göstərişlərini yerinə yetirirsiniz” kimi həyasız ifadələr işlədiblər.
Təsəvvür edin ki, bunu dinc Azərbaycan xalqına qarşı bütün vəhşilikləri törətmiş tərəfin müdafiəsinə qalxan dığalar deyir.
Rusiyalı hərbçilər onlardan yolu açmağı tələb etsələr də, bunun faydası olmayıb. Nəticədə sülhməramlılar əlləri ilə maşını kənara çəkiblər. Qarşılığında isə haylar yenə özlərinin əsl xislətini ortaya qoyacaq sözlər dilə gətirib: “Maşına zərər vursanız, yenisini alacaqsınız”.
Rusiya sülhməramlılarının “buna görə sizə nə qədər pul veriblər” sualına, dili pəltək vuran təxribatçı “ayıbdır” deyərək özünə əl qatıb.
Quldurlar bir az da irəli gedərək rus polkovnikə hətta fiziki təzyiq göstərib. Cavabında isə sülhməramlı zabit “əlinizlə mənə toxunmayın” deyib.