![]() |
|
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatavayaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib:
"Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib:
"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək".
Xatırladaq ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir azərbaycanlı həlak olub.
“Qafqazinfo” xəbər verir ki, Rusiya ordusunun sıralarından döyüşlərə qoşulmuş Xəlil Şamxal oğlu Mehdiyev aldığı xəsarətlərdən ölüb.
X.Mehdiyev əslən Füzuli rayonundan olub.
Mərhum şair Nüsrət Kəsəmənlinin aktyor oğlu Rəşad Kəsəmənli ilə nəvəsi Cavidan Kəsəmənlinin münasibətləri pisləşib.
“Qafqazinfo” xəbər verir ki, bu, onların sosial şəbəkə paylaşımlarında bəlli olub.
Belə ki, R.Kəsəmənli feysbukda bu sözləri yazıb: “İşiniz keçdiyi müddətdə “əmi” dediklərinizə, quyruğunuz qapı arasından çıxandan sonra “tanımıram səni” deməyin! O qapıya bir də işiniz düşər, haqqını halal etməz!”
Bu paylaşıma onun qardaşı oğlu Cavidandan da cavab gecikməyib: “Özünü “əmi” sayan və bunu indi xatırlayan biri istehza ilə paylaşım edib, düzgünlükdən, halallıqdan danışır. Hər dəfə olduğu kimi, öz publikasına oynamağa çalışır. Sənin heç vaxt üstümdə haqqın olmayıb. Sadəcə elə göstərməyə çalışmısan. Sən ümumiyyətlə özündən başqa heç kimi düşünəcək xarakterdə deyilsən. Kimlərisə inandıra bilərsən, amma səni çox yaxından tanıyanları əsla.
Yad məsələlərə körpəni qarışdıran, özəl günlərdə özünü xəbərsiz aparıb ögey münasibət göstərən, tək qalmağıma səbəb olan biri olaraq, bunu hiss etdirməmək əvəzinə heç nə ilə maraqlanmayan biri, mənə hansı üzlə “sənin doğmanam” deyə bilər? Vallah, danışsam, çox şey deyərəm, inan, açıqlamasını verə bilməyəcəksən.
Əgər açıq danışaq deyirsənsə, mən hazıram. Hər şeyi açıq paylaşaq. Kartları açıq oynasaq, sənə heç sərf eləməz, bilirsən. Mənə maraqlı deyilsən, bəli, səni tanımıram. Necə ki, sən özün tək qoyub məni tanımadın”.
Xəbər verdiyimiz kimi, dünən Tovuzun Xatınlı kəndində 42 yaşlı qadın dəm qazından boğularaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Kəmalə Əmrahova həkim-pediatr olub.
Məlumata görə, o, Novruz bayramını qeyd etmək üçün əmisigilə qonaq gedib. Hadisə də K.Əmrahova hamam otağında olarkən baş verib.
K.Əmrahova pediatr kimi Bakıda və Türkiyədə bir sıra klinikalarda çalışıb. O, Azərbaycan Pediatrlar Assosasiyasının üzvü imiş.
Hadisə ilə əlaqədar Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Paytaxt sakini Telli Atakişiyeva dələduzluğun qurbanı olduğunu iddia edir.
“Xəzər Xəbər” xəbər verir ki, o, “Tik Tok” platformasından tanıdlığı şəxslə avqust ayında əlaqə saxlayıb. İki ay sonra işin hazır olacağı deyilsədə 8 aydır ortalıqda mebel yoxdur:
“Anam “Tik Tok”da bir neçə şirkətlərə baxmışdı. Hamısı yüksək qiymətlər dedi. Bu şəxs səhifəsində canlı açırdı. Anam dedi ki, əl işlərini çox bəyənir. Bununla danışıb razılaşdıq. Bir neçə dəfə evə gəldi, ölçü götürdü. Bu şəxs isə bütün ev üçün 9 min manat demişdi. Dedi ki, “beh atacaqsınız və onun müqabilində iş görəcəm”. Mən də bildirdim ki, gedib sexə baxaq. O da dedi ki, “narahat olmayın sex də, iş yerimiz də var. Sizə kartımı və şəxsiyyət vəsiqəmi də atacam”.
Bundan sonra zərərçəkən mebel hazırlayacağına dair söz verən şəxsin kartına 4900 manat ödəniş edib. Telli Atakişiyeva deyir ki, həmin şəxs anasının evindədə mebel yığacağını deyib. Ondan da 200 manatını aldıqdan sonra yoxa çıxıb. İndi onların nə zənglərinə cavab verir, nədə mesajlarına...
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılıb.
Araşdırmanın nəticəsinə əsasən məsələnin mülki xarakterli olması müəyyən edildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Türk gəncin Azərbaycanın qədim torpağı İrəvandan çəkmiş daha bir videosu Ermənistanda sürətlə yayılaraq, geniş rezonans doğurub.
Bundan əvvəl də xəbər verdiyimiz kimi, türkiyəli bir gənc Azərbaycan ləhcəsi ilə İrəvanın mərkəzindən Türk Dünyasına mesaj göndərmişdi.
türk gənc bu dəfə də şəhərin mərkəzindən canlı yayım açaraq, qeyd edib:
"Azərbaycanın qədim torpağı İrəvandan bütün Türk dünyasını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Xüsusilə də 'yeraz'lara buradan salam deyirəm".
Daha sonra gənc çıxışını məşhur "Anadır arzulara hər zaman Qarabağ" mahnısını ifa etməklə davam etdirib və əl işarəsi ilə boz qurd simvolunu göstərib.
Bütün bunlar Ermənistanda isterik reaksiyalara səbəb olub, bəzi erməni sosial media istifadəçiləri "İrəvanda necə belə bir şey baş verə bilər?" sualını qaldırıblar.
Sosial mediada yayılan xəbərlərə görə, Ermənistanın hüquq-mühafizə orqanları bu gəncin kimliyini müəyyənləşdirmək üçün hərəkətə keçiblər.
Bu hadisə Ermənistanda ciddi narahatlıq doğurmaqla yanaşı, bir daha İrəvanın tarixi kimliyinin müzakirə olunmasına səbəb olub.
Azərbaycanlılar sosial şəbəkələrdə videonu geniş yayaraq, gəncin cəsarətini alqışlayır, erməni tərəf isə bu hadisəni "təhlükəli tendensiyanın başlanğıcı" kimi qiymətləndirir.
İstanbulun Şişli bölgəsində restoranlardan birində silahlı insident baş verib.
“Qafqazinfo” “Haberler” portalına istinadən xəbər verir ki, silahlı iki nəfər restoranda müştəri qismində olan 3 nəfərə atəş açıb.
Hadisə nəticəsində həmin üç nəfərdən ikisi ağır, biri isə yüngül xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların Erkan A. və Beyhan T. adlı Türkiyə, eləcə də Hüseyn M. adlı Azərbaycan vətəndaşı olduğu məlum olub.
İnsidenti törədən şəxslər isə hadisə yerindən qaçıb. Hazırda onların tapılması istiqamətində işlər aparılır.
Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.
"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb.
27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəlidir.
A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan tüfəng götürülüb.
O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.
Öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs imiş. Amil Surxayev isə mərhumun qardaşıdır.
Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda "Yeddi Gümbəz" qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atası şikayətçi olmadığı üçün O.Hacıyev azadlıqda olub.
Martın 21-də DSX Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub.
Bununla bağlı Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb.
Abşeron rayonu, Saray qəsəbə sakinləri – 2000-ci il təvəllüdlü Qurbanov İlqar Nuhbala oğlu və 1985-ci il təvəllüdlü Məhərrəmov Nemət Mollağa oğlu şübhəli şəxs qismində saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər:
"Ssenarilər fərqli olsa da məqsəd eynidir. İnsanları aldatmaq, vəsaiti ələ keçirmək. Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla "Whatsapp" və "Telegram"da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər".
Məlumatda qeyd olunub ki, son aylarda oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunur:
"Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb "pul kartına köçdümü?" deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur.
Gəlin, hər zaman olduğundan daha diqqətli davranaq, zəng edibsə yazaraq, yazıbsa zəng edərək dəqiqləşdirmə aparaq, şəxsi, həmçinin kart məlumatlarımızı heç kimlə bölüşməyək".