![]() |
|
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib.
130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.
Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.
Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.
"Ölkə.Az" xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib.
130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.
Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.
Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.
Daxili İşlər Nazirliyi Qusarda içkili vəziyyətdə xidmət aparan polislə bağlı məsələyə münasibət bildirib. Yol-xeber.az-ın məlumatına görə DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis nəfəri, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb:
“O, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub”.
Qeyd edək ki, sosial şəbəkələrdə Qusarda polis əməkdaşının sərxoş vəziyyətdə xidmət aparması barədə görüntülər yayılıb.
Həmin videonu təqdim edirik:
Şabran rayon sakini Ruslan Hacıyevin meyiti evdə tapılıb.Araşdırmalar zamanı məlum olub ki, Ruslan Hacıyevi həmyerlisi Vüsal Hacıyev qətlə yetirib.
İstintaq materiallarından məlum olub ki, Vüsal Hacıyev Ruslan Hacıyevi qısqanclıq zəmnində qətlə yetirib.Belə ki, Vüsal qonşusu Ruslanı arvadı Dünya Adıgözəlova ilə evin həyətində cinsi əlaqədə olarkən tutub. Bu zaman Vüsal polisə zəng edib.
Əraziyə gələn polis əməkdaşları qadını sorğu-suala tutarkən qadın həmin kişi ilə könüllü cinsi əlaqədə olduğunu bildirib. Bundan sonra Vüsal arvadını və Ruslanı bağışlayıb.Amma bundan sonra tərəflər arasında düşmənçilik yaranıb.
Bundan sonra tərəflər arasında kin yaranıb.Ruslan Hacıyev insanlar arasında Vüsal Hacıyevin arvadının əxlaqsız olması barədə söz-səhbət yayıb.
Bundan sonra Vüsal bıçaqla Ruslanı qətlə yetirib.Daha sonra onun cinsiyyət orqanını kəsib.
Qətlin təfərrüatı və görüntüləri ilə bağlı 18+ videonu təqdim edirik:(oxu24.com)
Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin qaydalarına əməl etmədiyi üçün “Mersedes” markalı avtomobilin sürücüsünə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Amma sürücü polislərin qanuni tələbinə əməl etməyərək qaçmağa cəhd göstərib. Ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücü, Bakı şəhərində yaşayan Əli Zerynallının saxlanılması qısa zamanda təmin edilib. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etmək tələb olunur.
Apa xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib. Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.
Ailənin 3 yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xisal edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və 4 yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadasl ilə Bakı şəhərində gətirilib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Bakıda yol polisi əməkdaşı oğurluq edən şəxsi izləyərək tutub. Yol-xeber.az xəbər verir ki, oğurluq hadisəsi aprelin 5-i paytaxtın Yasamal rayonu ərazisində baş verib. Belə ki, oğurluq edən şəxs Yasamal rayonu Zahid Xəlilov küçəsində bankomatdan pul çıxaran qızı öncədən izləyib. Qız pulu çıxarıb bankomatdan uzaqlaşarkən, həmin şəxs ona yaxınlaşıb çantasını zorla əlindən alaraq oradan qaçıb.
Bu zaman öz şəxsi avtomobili ilə həmin ərazidən keçən Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti Şöbəsinin baş inspektoru polis mayoru Vüsal Seyidov oğurluq edən şəxsi izləməyə başlayıb. O, yaxınlıqdakı küçələrin birində həmin şəxsin qarşısını kəsərək tutub.
Polis zabiti Vüsal Seyidov çantanı sahibinə qayatararaq oğurluq edən şəxsi Yasamal Rayon 28-ci Polis Bölməsinə təhvil verib.
Bu barədə qaynarinfo-ya kənd sakinləri məlumat verib. Onlar baş verən qandonduran hadisədən son dərəcə sarsıldıqlarını və bu haqda hüquq-mühafizə orqanlarını xəbərdar etdiklərini bildiriblər.
Məlumata görə, rayonun Kirəvud kənd sakini, 2003-cü il təvəlüdlü, 11-ci sinif şagirdi 1961-ci il təvəlüdlü Kirəvud orta məktəbinin rus dili müəllimindən 5 aylıq hamilədir. Bildirilir ki, qız hələ 7-ci sinifdə oxuyanda müəllim ona göz qoyub və o, sinifdə şagirdlərin gözü qarşısında dəfələrlə seksual hərəkətlərə məruz qalıb. Sinifdə baş verən xoşagəlməz hadisələr haqda şagirdlərin bəziləri evdə valideynlərinə məlumat verib. Bundan əlavə isə məsələ ilə məktəb rəhbərliyinin məlumatlandırımasına baxmayaraq, o, müxtəlif bəhanələrlə bu hadisəni ört-basdır edib.
Qaynarinfo bununla bağlı araşdırma aparıb. Kirəvud kənd icra nümayəndəsi Şəfiq Əliyev 11-ci sinif şagirdinin hamilə olduğunu təsdiqləyib:
"Hadisənin nə dərəcədə doğru olub-olmadığını və necə baş verdiyini istintaq deyəcək. Hazırda iş istintaq orqanlarındadır. Yekunda hər şey məlum olacaq. Qız hamilədir və o rus dili müəllimi tərəfindən zorakılığa məruz qaldığını deyib. Amma onun həmin müəllim tərəfindən zorakılığa məruz qalması sübuta yetirilməyib. Çünki qız hər dəfə bir ittiham irəli sürüb. Dərs prosesində baş verməsi ilə bağlı şayiələr danışılır. Belə bir hadisə olmamalıydı. Həm kəndin, həm də rayonun adına utanc gətirən hadisədir. Arzuolunmaz və böyük biabırçılıqdır. Əgər bu, təsdiqini taparsa, kənd camaatı bunu qəbul etməyəcək. Yəqin ki, ondan sonra həmin müəllimin kənddə yaşaması sual altında olacaq. Kimin bu məsələdə əli varsa, cəzasını alacaq".
Kirəvud kənd orta məktəbinin müəllimlərindən biri də hadisəni təsdiqləyib:
"Qız hamilədir. Hazırda qız 11-ci sinifdə oxumalı idi. Amma o 9-cu sinifdə bizim məktəbdən çıxıb. Təhsilini davam etdirmək üçün qonşu kəndə getməli idi. Lakin getmədi. Hazırda iş istintaqdadır. Qız Kirəvud kənd orta məktəbinin rus dili müəllimi tərəfindən hamilə qaldığını deyib. Həmin müəllim ailəlidir, 3 uşağı var".
Kirəvud tibb məntəqəsinin rəhbəri Akif Nəciyev də hadisəni təsdiqləyib:
"Mənə müraciət olunmayıb. Amma məsələdən xəbərdaram. İş polisdədir. Qız 5-6 aylıq hamilədir və xəstəxananın doğum şöbəsində qeydiyyata götürülüb".
Lerik Rayon İcra hakimiyyətinin müavini, ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova məsələdən xəbərsiz olduğunu dedi:
"Bu barədə İcra Hakimiyyətinə məlumat verilməyib. Belə hadisə olanda mütləq bizə hüquq-mühafizə orqanlarından rəsmi məktubla məlumat verilir. Məsələ araşdırılacaq və məlumat veriləcək".
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Azərbaycan Respublikasında 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, yeddi nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.
Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilib, 4 nəfər isə inzibati cərimə olunub.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilmiş, 5 şəxs inzibati qaydada həbs olunub.
Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.
Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, daha 3800 nəfər cərimə olunub, 1 nəfərə isə xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.