![]() |
|
Yolda xidmət aparan yol polisinin qəzadan son anda xilas olma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Yol-xeber.az xəbər verir ki, hadisə Rusiyanın Soçi şəhərində qeydə alınıb.
Kadrlarda, yolun intensiv olduğu vaxtda yük maşının irəlilədiyi və qəfildən onun qarşısına ikinci dərəcəli yoldan “taksi”nin çıxdığı görülür. Bundan sonra yük maşının sürücüsü qəzadan qaçmaq üçün əyləcə sıxaraq sükanı sola döndərir. Həmin anda yol kənarında xidmət aparan yol polisi isə sayıqlığı nəticəsində yük maşınının altında qalmaqdan son anda xilas olur. Lakin, qayda pozaraq az qala faciəyə səbəb olacaq taksi sürücüsü isə heç nə olmamış kimi yoluna davam edib.
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
"Ölkə.Az" Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinə istinadən xəbər verir ki, müəyyən edilib ki, həmin gün saat 23 radələrində qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla avtoxuliqanlıq etdiyinə görə Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən o və sərnişini, qəsəbə sakini, Cəbiyev Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar.
Onlar saxlanılaraq Sabunçu RPİ 14-cü PB-yə gətiriliblər.
Toplanmış materiallar əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sürücü Faiq Əliyev və Ceyhun Cəbiyev İXM-nin müvafiq maddələri ilə inzibati qaydada həbs ediliblər.
Eləcə də feysbuk sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar da araşdırılıb.
Qeyd olunan ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq barələrində İXM-nin 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə hər biri 100 manat məbləğində cərimə olunublar.
Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən barələrində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülüblər.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.
Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.
Sosial şəbəkələrdə kimliyi məlum olmayan şəxsin küçədə öldüyünə dair videogörüntülər yayılıb.
Videodan hadisənin paytaxtın Biləcəri dairəsi adlanan hissəsində baş verdiyi məlum olur.
Daxili İşlər Nazirliyi (DİN) yayılan görüntülərə aydınlıq gətirib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün baş verib. Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəflətən pisləşib. Yaxınlıqda olan insanların vəziyyətə müdaxilə etməsinə baxmayaraq, şəxs vəfat edib.
Aparılan ilkin araşdırmalar nəticəsində ölən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi məlum olub. Onun ölümünə də bu xəstəliklərin səbəb olduğu bildirilib.
Qafqazinfo-nun məlumatına görə, onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib.
Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar.
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.
Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan üç nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir.
Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.
Koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.
Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Report-un sorğusuna cavab olaraq deyib ki, martın 22-də, günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub:
“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri səbəbindən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.E.Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.
“VAZ-2107” markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
“Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib”, - E.Zahidov əlavə edib.
Oxu.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəasinin Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaşın müraciəti üzrə xüsusatların tam və hərtərəfli araşdırılıb əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Binəqədi RPİ 40-cı Polis Bölməsindən götürülməklə Binəqədi RPİ-nin İstintaq şöbəsində cinayət işinin başlanması və icraata qəbul edilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd olunan hərəkətlərdə zərərçəkmiş şəxsi mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər nəticəsində güclü fiziki ağrı və ya psixi iztirablar vermə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlayıb. İş üzrə xüsusatlarn tam və hərtərəfli araşdırılması məqsədilə istintaq hərəkətləri davam etdirilir.