Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, MSK Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alıb:

Çingiz Namizəd oğlu Həsənli 4 saylı Naxçıvan şəhər, Yadigar Ayaz oğlu Bağırov 101 saylı Samux-Şəmkir, Babək Yaşar oğlu Abbasov 102 saylı Şəmkir şəhər, Vüqar Lətif oğlu Bayramov 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

Ramil Əsgər oğlu Sadiqov 4 saylı Naxçıvan şəhər, Qalib Natiq oğlu Abbasov 78 saylı Lənkəran kənd, Azər Rasim oğlu Ələsgərov 101 saylı Samux-Şəmkir, Əli Abbas oğlu İsmayılov və Mübariz Ələddin oğlu Cəfərov 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Səhər saatlarında ÜZÜCÜ XƏBƏR! Ölənlər və yaralananlar var

Bu gün Sabirabad rayon Minbaşı ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1986-cı il təvəllüdlü (kişi) şəxsə sol bud sümüyünün sınığı, sol bazunun sınığı, 2011-ci il təvəllüdlü qadına hər iki bud sümüyünün sınığı, 2017-ci il təvəllüdlü uşaq isə qapalı kəllə beyin travması, daxili qanaxma, travmatik şok diaqnozu təyin edilib.

Qeyd olunub ki, iki nəfərin müalicəsi Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, uşaq isə hazırda əməliyyat olunur: "1992-ci il təvəllüdlü şəxs (kişi) həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək olmayıb".

Məlumat üçün bildirək ki, daha iki nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



***
Sabirabadda baş verən yol qəzasında 3 nəfər ölüb.

Bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı Sabirabad sakinləri -  Umudov Samir Qurbanqulu oğlu, Hacıyev Manaf Poladxan oğlu və Şirvan şəhər sakini Abizərova Salatı Rəhman qızı ölüb.

Hadisə nəticəsində xəsarət alan iki nəfər isə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

***

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.

Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR

Azərbaycanın sabiq yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı dələduzluq edilib.

Bunu İdman.biz-ə dünya və Avropa çempionatının mükafatçısı özü deyib.

Məmmədov bildirib ki, bir neçə məşhur idmançının adından istifadə edilərək külli miqdarda pul vəsaiti toplayıblar: “Mənə Olimpiadanın, dünya çempionatının mükafatçısı və Avropa çempionundan mesaj gəldi ki, ustadayam, kartımda pulum bitib. Təcili olaraq mənə 200 manat pul göndər. Mən də zəng etmədən pulu göndərdim. Həmin adamın məndə nömrəsi yox idi. Qonşuyuq, dedim insandır, hər şey ola bilər. Daha sonra mənə zəng gəldi. Dedilər ki, sənin adından bizdən pul istəyirlər. Bu sənsən? Ondan sonra bildim ki, aldanmışam. Sabiq boksçu Teymur Məmmədova zəng etdim və o da bildirdi ki, 1 həftədir mənim adımdan da pul yığırlar”.

Veteran güləşçi, artıq bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də vurğulayıb: “Mənim və bir neçə idmançının adından istifadə edilərək pul yığılır. Artıq mənim adımdan istifadə edərək 3-4 min manatadək pul alıblar. Bizim adımızdan bunu istəyən olsa, xahiş edirəm, heç kim verməsin. Artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və bunu edənlər yəqin ki, tapılacaq”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emreli də eyni halla üzləşib.

Bakıda sabiq rəis həbs edildi

Suraxanı Rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımov rüşvət almaqda ittiham olunur.

"Qafqazinfo" xəbər verir ki, M.Haşımov bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İttihama görə, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb. Ağır cinayətə görə rəis barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayətdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi zərər çəkib. Cinayət işi üzrə zərərçəkmiş qismində də elə sözügedən agentlik tanınıb.

Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edib.

Komitə xəbər verir ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,15 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?

Türkiyədə 70 kiloqram qızılla saxlanılan, sonradan Bakıya çağırılaraq həbs olunan hərbi attaşe Qəhrəman Şamil oğlu Məmmədovla bağlı bəzi təfərrüatlar məlum olub.

Musavat.com xəbər verir ki, Qəhrəman Məmmədov uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru vəzifəsini tutmuş akademik Qərib Məmmədovun qardaşıdır.

Qərib Məmmədov Metropolitenin sabiq rəisi, mərhum Tağı Əhmədov YAP Yasamal Rayon Təşkilatına sədrlik etdiyi dövrdə onun birinci müavini olub. Qərib Məmmədov qardaşının həbsi ilə bağlı açıqlama verməyə tələsmir. Məlum olan budur ki, Qəhrəman Məmmədov Türkiyəyə Ərəbistandan gəlib. Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılıb. Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur və onun 70 kiloqram qızılı Türkiyəyə Ərəbistandan gətirdiyi bilinir.

QİZİL.jpg (416 KB)

MƏTBUATDA YAYIMLANAN FOTO

Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığında ittiham olunur. Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı qaçaqmalçılıq barədə məlumat əldə edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması üzə çıxıb.

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb. Məlumata görə, Qəhrəman Məmmədov əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb. Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq onun adının hallandığı bildirilir. Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.

İndi əsas suallardan biri budur ki, qızıl qaçaqmalçılığınıln arxasında kim dayanır? Ələ keçən Qəhrəman Məmmədov sadəcə diplomatik toxunulmazlığından istifadə edib qaçaqmalçılıq edib, yoxsa kuryer olub?

Qəhrəman Məmmədovun Türkiyədə saxlanılmasından 1 gün sonra ölkəyə çağırılması, qısa araşdırmanın ardından həbsi onu deməyə əsas verir ki, qaçaqmalçılıq məsələsi ciddi şəkildə araşdırılacaq.

Qeyd edək ki, Qəhrəman Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Həbsinə qədər Səudiyyə Ərəbistanında hərbi attaşe olub.

Barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi istintaq olunur. Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 - ölkə hüdudlarından kənarda qaçaqmalçılıq, 341.1 - vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham elan edilib.

İttihamlara əsasən, Qəhrəman Məmmədovun ölkə xaricində hərbi attaşe vəzifəsini icra edərkən qeyri-qanuni fəaliyyətlə məşğul olduğu iddia edilir. Digər bir iddiaya görə, onun adı xarici ölkələr arasında qaçaqmalçılıq təşkil edən şəbəkənin fəaliyyətində hallanıb. Bu hadisə Azərbaycanda diplomatik toxunulmazlıq imkanlarından şəxsi məqsədlər üçün istifadə edən şəxslərin məsuliyyət məsələsini yenidən gündəmə gətirib.

Mövzuya qayıdacağıq.

Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...

Xəbər verdiyimiz kimi, noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Ə.Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Cinayət Məcəlləsinin 284.1-ci maddəsinə əsasən, əməli sübuta yetirilən şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə, 308.2-ci maddəyə əsasən isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Unikal"

Mingəçevir su anbarında zəlzələ olub

Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında noyabrın 26-da zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 09:43-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.

35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş

Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, iş adamı külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.

İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

Fəqani Rəhimov hələ iki il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi.

Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilib.

F.Rəhimov qanunsuz işlərinin çoxunu “İnşaat-F” MMC vasitəsilə həyata keçirib.

Məsələn, həmin şirkət Qubustan şəhəri ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri Fəqani ilə qanunsuz sövdələşməyə girib. Razılaşmaya əsasən “İnşaat-F” MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb.

Başqa bir sənəddən isə görünür ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq idman mallarının alınması üçün F.Rəhimovun “Kontey SV” şirkətinə bazar dəyərindən artıq pul köçürüb.

Eyni niyyətlə “Sanator-Kurort Reabilitasiya Mərkəzi”nin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb. Mərkəzdə keçiriləcək yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 min 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 min 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb.

Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün katriç, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün “Benbris” şirkətinə malların dəyərindən artıq pul ayrılıb.

Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib. Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb.

Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib. Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

Özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Ədalət Verdiyev həbs edildi

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev həbs edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı bu ilin noyabrın 22-də Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Baş prokurorluğun məlumatında bildirilib ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti