![]() |
|
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü Həsənov Raul Çingiz oğlu və 1983-cü il təvəllüdlu Yolçiyev Vasif Asif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobus anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.
Nəticədə Sabirabadın Muğan Gəncəli kənd sakinləri, 1971-ci il təvəllüdlü Mirzəyeva Nüşabə Nadir qızı, 1959-cuil təvəllüdlü Quliyev Faiq Yavər oğlu və 1960-cı il təvəllüdlü Hüseynova Dilbər Allahpayı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bakıda qayda pozan bahalı avtomobillərin videogörüntüsünü oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərərək ictimailəşməsini istəyib. Avtosfer.az xəbər verir ki, yanvarın 7-i paytaxtın Səməd Vurğun küçəsində hərəkət edən 90-XA-400 qeydiyyat nişanlı "Kia" markalı və 99-RR-135 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüləri yolayrıcındakı svetofor obyektinin sola əlavə bölməsində hərəkət edənlərin zolağını zəbt edərək yolu kəsiblər. Sol zolaq yalnız sola dönən avtomobillərə aid olmasına baxmayaraq sürücülər həmin zolaqdan düzünə hərəkət ediblər.
Hətta həmin vaxt "Kia" markalı avtomobilin sürücüsü qırmızı işıqda stop xəttini tam keçərək yolayrıcına daxl olub. Qayda pozuntusu videoda öz əksini tapıb.
Bakıda yük avtomobilini palçıqlı halda idarə edən sürücü yolu bərbad hala salıb.Sürücü yük maşınını təkərlərinə yığılan palçıq və daşları yola tökərək idarə edib. Bu isə digər sürücülərin hərəkətinə mane olub.
Yük maşını hərəkət etdikcə arxasınca palçıq tökülür.
Avtomobilin sürəti artdıqca təkərlərin arasına yığılan palçıqla bərabər daşlar da yola düşür.
Görüntülər yeni günəşli qəsəbəsi abbas fətəliyev küçəsində lentə alınıb.
Yük maşını yolu digər minik avtomobilləri üçün demək olar ki, keçilməz edir.
Videonu çəkən sürücü bildirir ki, torpaq ərazidə işləyən yük maşınları bu küçədə hərəkəti mümkünsüz edir.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə bildirir ki, sürücü burda kobud qayda pozaraq yol infrastrukturuna zərər vurmaqla yanaşı, digər sürücülər üçün də təhlükə yaradıb.
Qeyd edək ki, hazırda yolda olan palçıq və daşlar ərazidən təmizlənib.
Çində qadın sürücünün idarə etdiyi avtomobilin yanma görüntüləri təhlükəsizlik kamerasına düşüb. İnsident yanvarın 5-də Quandun əyalətinin Quançjou şəhərində qeydə alınıb.
Kadrlarda hərəkətdə olan “Nissan” markalı avtomobilin altından qəfildən alovların yüksəldiyi və yanğını görən kişi sürücünün sükan arxasında həyəcanlanaraq avtomobil sahibini yanğınla bağlı xəbərdarlıq etməyə çalışdığı görülür.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində qadın sürücü xəsarət almayıb.
Ancaq, avtomobil yanaraq yararsız vəziyyətə gəlib.
Rusiyanın Omsk əyalətində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerası tərəfindən görüntülənib. Yol-xeber.az xəbər verir ki, insident Krutinsk rayonunda qeydə alınıb. Kadrlarda “SsangYong” markalı avtomobilin ötmə əməliyyatını yerinə yetirdiyi bundan sonra qəfildən idarə etmədən çıxdığı və yolun əks zolağına hərəkət edərək qarşıdan gələn TIR-la toqquşduğu görülür. Zərbənin təsirindən minik avtomobili parçalara ayrılır.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində “SsangYong”un 65 yaşlı sürücüsü və sərnişini hadisə yerində vəfat edib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş İdarəyə Abşeron rayonu Saray qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs, qəsəbə sakini Şahin Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı 4 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Həsənovun yaşadığı evdən əlavə olaraq 30 qram heroin, 20 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları tanışı Xəyyam adlı şəxsdən aldığını bildirib.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbir nəticəsində narkotik vasitələrin mənbəyi olan Sumqayıt şəhər sakini Xəyyam Məmmədzadə də saxlanılaraq istintaqa təqdim edilib. O, saxlanılan zaman üzərindən 30 qram heroin aşkar edilib. X.Məmmədzadənin yaşadığı evdən isə əlavə olaraq 60 qram heroin, 260 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, X.Məmmədzadə narkotik vasitələri istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.
Qeyd edək ki, Baş İdarə əməkdaşlarının keçirdikləri bu tədbir zamanı ümumilikdə 404 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddər dövriyyədən çıxarılıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Şirvan rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Şirvan şəhərinin mərkəzində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107”markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Şirvan şəhər sakinləri, 1999-cu il təvəllüdlü Ağayev Hüseyn Tabir oğlu və 2006-cı il təvəllüdlü Dadaşov Mehdi Təlatüm oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.