![]() |
|
Yasamal rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Mirzəağa Əliyev və İslam Səfərli küçələrinin kəsişməsində qeydə alınıb.
“NİVA” markalı avtomobilin sürücüsü Mirzəağa Əliyev küçəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi İslam Səfərli küçəsindən çıxan “Mercedes” markalı avtomobilə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, dəmir boru yük avtomobilinin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, yanvar ayının 7-də törədilən 22 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Bunu qaynarinfo-ya açıqlamasında Dondar Quşçu kəndininin sabiq bələdiyyəsi Hicran Vəliyeva 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılmasından danışarkən deyib. Onun sözlərinə görə, hazırda Dondar Quşçu kəndi şokdadır:
"Nərmin bizim kəndin sakinidir. Hadisə balaca bir kənddə baş verib. Qız itkin düşəndən sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. Uşağı tapmaq olardı. Niyə tapmadılar? Evlər qarış-qarış gəzilməliydi. Şübhəli adamları polis şöbəsinə aparıb məlumat əldə etməliydilər. Uşağı hadisə yerinə sürüyüb atıblar. Nərminin ailəsini tanıyıram. Mən bələdiyyə sədri işləyəndə üzünü cıran nənəsi gəldi ki, bəs dolana bilmirəm, mənə torpaq sahəsi ver. Mən də onlar üçün torpaq sahəsi ayırdım. Həmin vaxt bunlar kirayədə yaşayırdı. Nənə ev tikib qızı və nəvələri ilə həmin evə daşındı. Nərminin özündən başqa iki bacısı var. Atası fəhlədir, iradəcə zəif adamdır, içki içir. Anası da kafedə işləyir, səhər çıxıb axşam gəlir. Bu hadisənin baş vermə səbəbi onun ailəsinin kənardan zəif görünməsidir. Qız pis adama rast düşüb. Düşünürəm ki, qızı zorlayıblar. Ya həmin anda ölüb, ya da pis vəziyyətə düşüb. Cinayətkar isə izi itirmək məqsədi ilə onu yandırıb”.
Hicran Vəliyeva bildirib ki, hadisəni kənd sakini İbrahim müəllimin oğlu görüb:
"Baxıb ki, nəsə yanır. Yaxınlaşıb sondürüblər. Həmin oğlanın psixoloji problemləri var. Hazırda hüquq-mühafizə orqanları onu saxlayıb. Amma bununla belə araşdıma gedir. Bütün kənd ayaq üstədir”.
Bakıda “Mercedes” markalı mikroavtobusla yük maşını toqquşub.
"Report"un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda, Biləcəri qəsəbəsində qeydə alınıb.
Hadisə zamanı mikroavtobusdakı sərnişinlərdən bir neçəsi xəsarət alıb. Qəza səbəbindən ərazidə tıxac yaranıb, bir sıra nəqliyyat vasitələri alternativ yoldan istifadə etməyə məcbur olublar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev “Report”a bildirib ki, qəzaya uğrayan mikroavtobusun agentliyə aidiyyəti yoxdur.
Şəkidə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanvarın 7-də axşam saatlarında Şəki şəhəri, A.Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Yunus Kamal oğlu Abdurəhmaov bədəninin müxtəlif hissələrinin küt travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Məlum olub ki, Y.Abdurəhmanov özünə məxsus avtomobili təmir edən zaman ehtiyatsızlıqdan maşın onun üstünə düşüb. Nəticədə Y.Abdurəhmanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həkimlərin səylərinə baxmayaraq, Y.Abdurəhmanov aldığı xəsarətlərdən yanvarın 8-də xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda avtomobilin vurduğu qadın 1 ay sonra xəstəxanada ölüb. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Eyvazova Sevinc Vidadi qızı ötən ilin dekabrın 8-də Sumqayıt şəhəri, Babək küçəsində avtomobillə vurulmuşdu. Ağır xəsarətlər alan S.Eyvazova Bakıya xəstəxanalardan birinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, o, 1 ay sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mitsubishi L 200", "QAZ-3110" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dən Avtosfer.az-a verilən məlumata görə yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən və vətəndaşlardan birinə məxsus idman çantasının içərisindən gömrük nəzarətindən gizlədilən 1536 ədəd "Belomorkanal" və "Boqatıri" adlı papiroslar, 15 adda 3506 ədəd tibbi-stomatoloji ləvazimatlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.