Şirvanda minik avtomobili ağaca çırpılıb, iki nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Şirvan rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Şirvan şəhərinin mərkəzində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “VAZ-2107”markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Şirvan şəhər sakinləri, 1999-cu il təvəllüdlü Ağayev Hüseyn Tabir oğlu və 2006-cı il təvəllüdlü Dadaşov Mehdi Təlatüm oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti