“Azərkörpü”nün əməkdaşı faciəvi şəkildə öldü

Salyan rayonunda körpü təmiri zamanı faciə baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, “Azərkörpü” MMC-nin quraşdırıcı-ustası Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Carı oğlu Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki qəzalı vəziyyətdə olan körpünün təmiri zamanı nərdivandan yıxılıb.

S.Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Bakıda qadın maskalı oğru ilə əlbəyaxa oldu

Bakıda qadın kassir marketə hücum edən maskalı şəxslə əlbəyaxa dava edib.

Ardını oxu...

 

Bakıda 24 yaşlı qadını keçmiş əri öldürdü

Bakıda qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

Dünən Xətai rayonunda 24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Daha bir narkotik parniki, 8 nəfər saxlanıldı

 

Xəzər rayonunda bağlardan birindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 350 kiloqramdan artıq 1973 ədəd narkotik tərkibli kənaf bitkisi aşkar edilərək götürülüb.

oktyabrın 20-də gecə saat 2 radələrində Xəzər rayonunun Qala qəsəbəsinin Xaşaxuna bağlar sahəsi ərazisində “Volkswagen” markalı avtomobil şübhə doğurduğundan DİN-in Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobili idarə edən şəxsin Buzovna qəsəbə sakini Həsən Məmmədov olduğu müəyyən edilib.

Avtomobilin yük yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisinin yaş halda yarpaqları və gövdələri, həmçinin 850 qram marixuana aşkar edilərək götürülüb. Sürücü və sərnişinləri, Qazax rayon sakinləri Vüsal Qurbanov, Elməddin Nağıyev və Yevlax rayon sakini Səxavət Elyasov saxlanılaraq 1-ci Polis Şöbəsinə təhvil veriliblər. Narkotikin əldə olunduğu mənbə də qısa zamanda polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Məlum olub ki, onlar narkotik vasitəni Qax rayon sakini Teymur Nəcəfov, Maştağa qəsəbə sakinləri Sərxan Qarayev, Natiq Süleymanov və Asim Əliyevdən alıblar. Adları çəkilən şəxslərin dördü də saxlanılıb.

Xaşaxuna bağlar sahəsində S.Qarayevə məxsus istixanada keçirilən tədbirlərlə oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 350 kiloqramdan artıq 1973 ədəd kənaf bitkisi də aşkar edilərək götürülüb. İstintaq zamanı müəyyən edilib ki, narkotik bitkilərin əkildiyi bağ sahəsi S.Qarayeva məxsusdur. O, həmin bitkiləri əkmək üçün torpaq sahəsini N.Süleymanova icarəyə verib. Dəstənin digər üzvü olan T.Nəcəfov isə N.Süleynmanovla birlikdə həmin bağ sahəsində narkotik tərkibli bitkilərə xüsusi qaydada qulluq edərək onları yetişdirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

 

Bakıda məktəbdə hərbi sursat aşkarlandı

Bakıda məktəbin zirzəmisində hərbi sursat aşkar olunub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən (ANAMA) “Qafqazinfo”ya verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Bu məlumat əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Yasamal rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Ərazidə 175 saylı tam orta məktəbin zirzəmisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 




Daxili İşlər Nazirliyi (DİN) Qubada əmisi oğlunun arvadını qaçıran kişinin döyülərək öldürülməsi hadisəsi barədə rəsmi məlumat yayıb.

Ardını oxu...

3 ay əvvəl arvadı qətlə yetirilən əməkdar həkim öldü

Bir neçə ay əvvəl bağ evinin bağbanı tərəfindən bıçaqlanan həkim vəfat edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu ilin iyulun 16-da tanınmış həkim, 72 yaşlı Arzu Şuşalı və həyat yoldaşı, 71 yaşlı Dilarə Əhmədova paytaxtın Şüvəlan qəsəbəsində yerləşən bağ evlərində bıçaqlanıblar.

Cütlük bağbanları İlqar Xancanova onu işdən çıxartdıqlarını bildiriblər və buna əsəbiləşən İlqar ev sahiblərini bıçaqlayıb. D.Əhmədova hadisə yerində vəfat edib, A.Şuşalı isə ağır yaralanıb.

Uzun müddət davam edən müalicəyə bağmayaraq həkim Arzu Şuşalı dünən xəstəxanada vəfat edib.

Qeyd edək ki, Şuşalı Arzu Məmməd oğlu 2000-ci ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə "Əməkdar həkim" fəxri adı ilə təltif edilib.

 

İntihar üçün binanın damına çıxdı

 

Gəncədə bir nəfər intihar məqsədi ilə binanın damına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Nizami rayonunda 1 nəfərin beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi haqda xəbər daxil olub.

Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb və vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. 

Əməliyyat başa çatıb.

 

Krımdakı terrorun görüntüləri yayıldı

Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Krımın Kerç şəhərində kolleclərdən birində terror aktı baş verib. Hadisə nəticəsində 15-i tələbə, 5-i kollec işçisi olmaqla 20 nəfə ölüb, 47 nəfər isə yaralanıb.

İnsidenti kollecin dördüncü kurs tələbəsi Vladislav Roslyakov törədib. O, tələbələrə atəş açdıqdan sonra özünü öldürüb.

Qanlı hadisənin artıq görüntüləri yayılıb.

Görüntülərdə gənc qatilin kollecə daxil olması, eləcə də hadisəni törətdiyi an təsvir olunub.

 

 

Salyanda iki raket tapıldı

 

Oktyabrın 18-də Salyan rayonunun Bəndovan qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, bu barədə məlumat Agentliyə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 140 mm-lik raket (M-14) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin tapıldığı yerin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

download (2).jpg
download (3).jpg
 
 

Xəbər lenti