Sərhədçilərimizin xilas etdiyi gəmidə 3 iranlı ölüb

Dövlət Sərhəd Xidməti Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin zəhərlənən heyət üzvləri ilə bağlı daha bir məlumat yayıb.

 dünən saat 21:20 radələrində Xəzər dənizinin mər­kəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı mar­­şrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Naz­mehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhər­lənməsi ilə əla­qədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müra­ciət edilməsi barədə Döv­lət Dəniz Agentliyindən Dövlət Sərhəd Xid­mətinin Sahil Mühafizəsinə məlumat daxil olub.

Daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılmış və İİR gəmisi olan koordinatlara istiqamətləndirilib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmi­si­nə yan almış və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR və­təndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götü­rərək sürətlə sahilə doğru hərəkət etmişdir. İİR vətəndaşları “Naz­mehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmama­sını bildirib. Sərhəd gözətçi gə­misində digər 4 nəfərə ilkin tibbi yardım göstərilmiş, qabaqlayıcı təd­birlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılmış və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.

Saat 04:00 radələrində “Nazmehr” quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildiribvə köməklik göstərilməsini xahiş edib.

Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürmüş və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılıb.

Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Moskvanın cənub-qərbində kirayə qalan azərbaycanlıların ailəsində faciə baş verib.

Oxu.Az-ın məlumatına görə, ailənin 10 yaşlı üzvü səhər yeməyi zamanı boğulub .

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası azyaşlının həyatını xilas edə bilməyib.

Nəşr yazır ki, Zülfiyyə (ad şərtidir) ailənin ikinci övladı olub və epilepsiyadan əziyyət çəkib. Üç yaşına qədər xəstəlik azyaşlının həyatına ciddi təsir etməyib. Lakin Zülfiyyənin anasının da dayə işlədiyi uşaq bağçasına gedən zaman ilk bədbəxt hadisə baş verib. Epilepsiya tutması zamanı azyaşlı yerə yıxılıb və onurğa sütununu zədələyib. Bundan sonra Zülfiyyə birinci qrup əlili olub. Azyaşlı sərbəst gəzə bilməyib, həmçinin danışmaqda və hətta yemək yeməkdə çətinlik çəkib.

Oktyabrın 18-də ailə səhər yeməyinə yığışmışdı. Ana 10 yaşlı qızına yemək yedizdirirdi. Bu zaman xırda ət tikələrindən biri Zülfiyyənin boğazında qalıb. Azyaşlı boğulmağa başlayıb. Ailə təcili tibbi yardıma zəng vurub, köməyə qonşular da gəlib. Lakin bütün səylərə baxmayaraq Zülfiyyənin həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, Qarabağ müharibəsi veteranı mərhum Əliyev Oqtay İrşad oğlu haqqında məqalə yaradıb.

Ardını oxu...

Oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Goranboy rayon sakini Sərxan Mirzəyevin əlindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Krımda kollecdə ölənlərin sayı 20-yə çatdı

İşğal altındakı Krımın Kerç şəhərində politexnik kollecdə partlayış baş verib. Nəticədə 10 nəfər ölüb, 50-yə yaxın şəxs yaralanıb. 

ilkin məlumata görə, insident məişət qazının partlaması nəticəsində baş verib. 

Hadisə yerinə beş təcili yardım briqadası və yaxın yaşayış məntəqələrindən bir neçə tibbi briqada göndərilib. 

***

Krımın Milli Antiterror Komitəsi texnikumdakı partlayışa müəyyən edilməyən partlayıcı qurğunun səbəb olduğunu açıqlayıb. Texnikumda təhsil alan tələbələrdən birinin sözlərinə görə, bir neçə partlayış olub və daha sonra atəş səsləri eşidilib.

***

Rusiya İstintaq Komitəsi baş verənləri terror aktı kimi dəyərləndirib. Bununla əlaqədar, üçgünlük matəm elan olunub. 

***

Rusiyanın ilhaq etdiyi Krımın rəhbəri Sergey Aksenov bildirib ki, Kerçidə kollecdə partlayış qurbanlarının sayı 18-ə yüksəlib, yaralı sayı 40-dan çoxdur. Onun sözlərinə görə, hücumun təşkilatçısı 22 yaşlı dördüncü kurs tələbəsi olub. Partlayışı törətdikdən sonra gənc özünü öldürüb. 

***

Rusiya İstintaq Komitəsi olayın terror aktı olması ilə bağlı daha əvvəl açılan cinayət işində dəyişiklik edib. Belə ki, cəsədlərə baxış zamanı onların odlu silahdan açılan atəşlə qətlə yetirildiyi məlum olub. 

***

Krımın Kerç şəhərində politexnik kollecdə törədilmiş terror aktı nəticəsində ölənlərin sayı artaraq 19 nəfərə çatıb. Yaralıların sayının isə 47 nəfər olduğu bildirilir.

***

"Gazeta.ru" xəbər verir ki, ölənlərin sayı 20-yə çatıb. Onlardan 15-i tələbə, 5-i isə kollec işçisi olub.

 

 

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən qızıl zinət əşyaları və mobil telefon oğurlayan şəxs saxlanılıb. Saxlanılarkən həmçinin onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ardını oxu...

Bakı metrosunda sərnişin ölüb.

Report xəbər verir ki, metronun “Xalqlar dostluğu” stansiyasının platformasında 1954-cü il təvəllüdlü Təhməz Qurbanov qatar gözləyən zaman qəfil dünyasını dəyişib.

Araşdırma zamanı onun infarkt keçirərək dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

 

Qida Təhlükəsizliyi Agentliyinin həkimləri həbs olundu

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilib.

Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 73 və 73a saylı ünvanlarda yerləşən satış məntəqələrində ayrı-ayrı şəxslər tərəfindən mənşəyi məlum olmayan, habelə gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan ümumi dəyəri 16 min manat olan ümumi çəkisi 2449 kq 23 baş iribuynuzlu (inək) və ümumi çəkisi 42 kq 2 baş xırdabuynuzlu (qoyun) heyvan cəmdəkləri aşkar edilməklə məhsulların satışı dayandırılıb və müvafiq laborator müayinələrin aparılıb rəylər alınması üçün nümunələr götürülüb.

Agentliyin müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində ətlərin kəskin qoxulu, köhnə olmaqla ağır xəstə və ya tələf olduqdan sonra kəsilmiş istehlaka yararsız heyvanlara məxsus olduğu aşkar edilib.

Toplanmış materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Agentliyin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimovun Əlican Quliyevlə birgə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən, mənşəyi məlum olmayan, gigiyenik və sanitar normaların tələblərə uyğun olmayan, xeyli miqdar təşkil edən heyvan ətlərinin ayrı-ayrı tədarükçülər tərəfindən keyfiyyətli ət adı ilə müxtəlif satış məntəqələrində topdan və pərakəndə satışını təşkil etməklə çoxsaylı istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluğa cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd), 29, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd), 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd), 29, 200.2.3 (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatmaya cəhd) və 308.1-ci (mühüm zərər vurma ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, aparılmış istintaqla bazara keyfiyyətsiz ət tədarük etmiş Həsənov Əli Tahir oğlu, Nəbiyev Şamxal Kərim oğlu, Tağıyev Vasif İbadulla oğlu və Səlimov Cahangir Xələf oğlunun birgə istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 və 29, 200.2.2-ci maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib

Akkumlyator oğruları tutuldu

Bakıda mobil opetarorlara məxsus baza stansiyalarından akkumlyatorlar oğurlayan şəxslər saxlanılıb.

Paytaxtın Nizami rayonu ərazisində “Azərconnet” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumlyator naməlum şəraitdə oğurlanıb.

Oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif Hüseynov saxlanılıblar. Onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumlyatorlar oğurladıqları məlum olub. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, R.Hüseynov 3 ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumlyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.

Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 


 

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

Report-un verdiyi məlumata görə, hadisə şəhərin girişində qeydə alınıb.

Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb.

Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib.

Xəbər lenti