![]() |
|
Bakıda küçədə qətl hadisəsi baş verib.
Report-un xəbərinə görə, Sabunçu rayonunda 34 yaşlı Valeriy İsakov həmyaşıdı Azad Dadaşov tərəfindən döyülüb. Daha sonra A.Dadaşov küt alətlə V.İsakovun baş və sifət nahiyəsinə zərbələr vuraraq ona xəsarətlər yetirib. Nəticədə V.İsakov ölüb.
Polis əməkdaşları A.Dadaşovu tutublar.
Qeyd edək ki, hər iki şəxs tüfeyli həyat tərzi keçirirmiş.
Bakıda sərnişin avtobusu qatarla toqquşub.
Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşurut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.
Ölən və yaralananlar var.
***
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Qəza nəticəsində 1 nəfər həlak olub, yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
***
Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda bildirilir ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Agentliyin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
***
Səhiyyə Nazirliyindən bildirilib ki, son məlumata görə, hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan 7-si qadın, 10-u kişi, 3-ü isə uşaqdır.
Sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.
Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.
Bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın olub.
Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, zavodun 8-ci blokunda baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb.
İlkin məlumata görə, detalların sıxılması üçün nıəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı laqunda ilə dəmir lövhəni kəsən zaman çıxan qığılcım yanğına səbəb olub.
Hazırda yanğın söndürülüb, ekspertiza təyin edilib. Dəqiq məlumat araşdırmaların sonunda bəlli olacaq.
Sabirabad rayonunda mikroavtobus yük maşını ilə toqquşub.
Hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.
Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda mənşəyi məlum olmayan xeyli miqdarda ət məhsulları aşkar edilərək götürülüb. Sentyabrın 26-da saat 8 radələrində yol polisinin Qaradağ rayonu ərazisində yerləşən postunda Biləsuvar rayon sakini Əli Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 300 kiloqram ət aşkar edilərək götürülüb.
Elə həmin gün saat 11 radələrində yol polisinin 6-cı tağımının əməkdaşları tərəfindən Bakı-Qazax yolunun 14-cü kilometrliyində Lənkəran rayon sakini Elnur Miriyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil də nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 40 kiloqram toyuq və 50 kiloqram mal əti aşkar ediblər. YPX əməkdaşları tərəfindən bu barədə aidiyyəti qurumlara dərhal məlumat verilib.
Götürülmüş ət məhsulları yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.
Bir neçə maddə ilə axtarışda olan Ağdam rayon sakinləri təslim olub.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.
Bakı Ağır Cinayətlər Məhkəməsində saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı ilə məşğul olmaqda təqsirləndirilənlər İmran Abizadə və Zəkiyyə Qələndərova hökm oxunub.
Hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ.Abizadə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Z.Qələndərovaya isə şərti cəza verilib, o, azadlıqda qalıb.
İttihama görə, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmetoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İrandan Azərbaycana Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları - cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan “Canotix 100 units” dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satıb.
İ. Abizadə Astara gömrüyündə kafedə işləyib, Z.Qələndərova isə Bakıda gözəllik salonunda işləyib.
Qeyd edək ki, bu işlə bağlı İran vətəndaşları da saxlanılıb, onların məhkəmə işi ayrıca məhkəmə icraatında hazırda davam etdirilir.
Onlardan biri, Cahani Hamid Muhammad uzun müddət Azərbaycanda yaşayıb və Dövlət Gömrük Komitəsinin Hospitalında cərrah-həkim işləyib. İstintaq dövründə azadlıqda olub, lakin məhkəmənin hazırlıq iclasında həbs olunub.
Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.
hadisə tənəffüs zamanı yaşanıb. Xəlilov Sabir Adil oğlunun anginası olub. Yemək yeyən zaman müəlliminə yaxınlaşaraq boğulduğunu söyləyib.
Məktəblinin tənəffüsdə içərisində sosiska olan çörək yeyərkən boğulduğu qeyd olunub.
sözügedən hadisə ilə bağlı məktəblə əlaqə saxlayıb. Bildirilib ki, 2011-ci il təvəllüdlü S. Xəlilov məktəbin II "ğ" sinfində təhsil alıb. Hadisə dünən saat 16:40 radələrində baş verib.
Şagird özünü narahat hiss eden anda dərhal ona ilk tibbi yardım göstərilib, lakin həyatını xilas etmək mümkün olmayıb.