![]() |
|
76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manatlıq qızıl boyunbağısını ələ keçirən şəxslər saxlanılıb.
Bir neçə gün əvvəl Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər.
Həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir
Azərbaycanda axtarışda olan cinayətkarların sayı artıb.
2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038 cinayətkar axtarışda olub.
Axtarışda olan cinayətkarların 47-si 14-17 yaşlı uşaqlar olub.
Ötən il axtarışda olanların 1603-ü dələduzluq, 718-si oğurluq, 147-si hərbi xidmət əleyhinə (onlardan 62-si fərarilik), 34-ü dövlət əleyhinə, 42-si banditizm, 103-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd və s. ilə bağlı cinayət törədib.
Ötən il ərzində 914 nəfər itkin düşüb ki, onların 105-i 18 yaşadək uşaq olub. İtkin düşmüş uşaqların sayı ötən illərlə müqayisədə azalıb.
2016-cı ildə Azərbaycanda 129, 2015-ci ildə 116, 2010-cu ildə 137 uşaq itkin düşüb.
Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri İlyas İsmayılovun Türkiyədə qətlə yetirilən oğlu Etimad İsmayılovun nəşi Bakıya gətirilib.
Türkiyədə bizneslə məşğul olan iş adamı E. İsmayılovun cənazəsini gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş edib.
Cənazəni mərhumun atası İlyas İsmayılov, həyat yoldaşı Sevil Nuriyeva və digər yaxınları, ümumilikdə 50-yə yaxın şəxs qarşılayıb
E. İsmayılovun yaxınlarının iştirakı ilə onun nəşi atasının Nardaran qəsəbəsində yerləşən bağ evinə aparılıb. Mərhum iş adamı sabah dəfn olunacaq.
Onu başından 2 dəfə, ürəyindən 1 dəfə güllələyərək qətlə yetirməkdə şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb. G. Dəmirov da azərbaycanlıdır və 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində İdarə rəisi işləyib, ehtiyatda olan polkovnikdir. Onun E. İsmayılovla biznes əlaqəsi olub və hadisənin də pula görə baş verdiyi bildirilir.
Qeyd edək ki, E. İsmayılovun teleaparıcı Sevil Nuriyeva ilə evliliyindən bir azyaşlı oğlu var.
Murad Əhməd
Fotolar: Nuran Məmmədov
Daşkəsən rayonunda keçmiş məhkumu öldürən şəxs saxlanılıb.
Sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılov evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Qətli törətməkdə şübhəli bilinən F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimova hökm oxunub.
Hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E. İbrahimovun günahsız olması qərarına gəlinib və ona bəraət verilib. Məhkəmə zalından azadlığa buraxılan E. İbrahimov sevindiyindən huşunu itirib.
İttihama görə, hadisə Bakıda inzibati qaydada saxlanılanların Müvəqqəti Saxlanma Yerində baş verib. E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb və xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb.
E. İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir.
Lakin məhkəmədə ifadə verən E. İbrahimov heç kimi öldürmədiyini deyib: "Mən kamerada yatmışdım, qəfildən kimsə barmaqlarını gözümə soxdu. Oyanıb gördüm ki, o adam üstümdə oturub, dizini də sinəmə qoyub. Mən onu itələdim, yıxıldı. Sonra da polislər gəlib onu apardılar, Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi. Sonra gəlib mənə də dedilər ki, "Elman sən sakit adamsan, amma bir də belə olsa, səni də döyəcəyik". Çingiz otaqda gəzirdi, halı özündə idi, qəfildən yerə yıxıldı. Onu apardılar xəstəxanaya, biraz keçəndən sonra polislər gəlib məni döyməyə başladı. Niyə döydüklərini də demirdilər. Sonra bildim ki, Çingiz ölüb.
Cənab hakim, sənədlərin içində 17 dəqiqəlik video var, xahiş edirəm ona tam baxın. Orada görəcəksiniz ki, polislər Çingizi neçə dəfə kameradan çıxarıb aparırlar, biraz keçəndən sonra gətirirlər. Hər dəfə aparanda döyüb gətirirdilər. Çingiz mənlə mübahisə etmədən əvvəl də neçə dəfə polislər onu döymüşdü.
Mən kişi kimi deyirəm ki, o adamı mən öldürməmişəm".
Murad Əhməd