Bakıda məşhur restoranda saxta spirtli içkilər aşkarlandıAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 14/16 ünvanında fəaliyyət göstərən “The Crown” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib.
 
Bu barədə AQTA məlumat yayıb.
 
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, həmçinin aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər aşkarlanıb. İaşə obyektində idxal sağlamlıq aktı olmayan və saxtalaşdırma əlamətləri olan “Absolut Vodka” əmtəə nişanlı 2 ədəd 0.5 litrlik və 2 ədəd 0.7 litrlik, həmçinin idxal sağlamlıq aktı olmayan “Jack Daniels” əmtəə nişanlı 1 ədəd 3 litrlik spirtli içki məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.
 
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ tələblərə uyğun olmayan saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub..
Bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, həmçinin aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər aşkarlanıb. İaşə obyektində idxal sağlamlıq aktı olmayan və saxtalaşdırma əlamətləri olan “Absolut Vodka” əmtəə nişanlı 2 ədəd 0.5 litrlik və 2 ədəd 0.7 litrlik, həmçinin idxal sağlamlıq aktı olmayan “Jack Daniels” əmtəə nişanlı 1 ədəd 3 litrlik spirtli içki məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ tələblərə uyğun olmayan saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 14/16 ünvanında fəaliyyət göstərən “The Crown” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib.
Ölkə.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, həmçinin aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər aşkarlanıb. İaşə obyektində idxal sağlamlıq aktı olmayan və saxtalaşdırma əlamətləri olan “Absolut Vodka” əmtəə nişanlı 2 ədəd 0.5 litrlik və 2 ədəd 0.7 litrlik, həmçinin idxal sağlamlıq aktı olmayan “Jack Daniels” əmtəə nişanlı 1 ədəd 3 litrlik spirtli içki məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ tələblərə uyğun olmayan saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
tibb-bacilari-korpeleri-qoyub-metbexde-cay-icibler

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən hadisə ilə bağlı məhkəmə gedir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş gərgin başlayıb. 

Məlumat üçün deyək ki, bu iş üzrə üç nəfər - Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir.

İlk iclasdan görünən odur ki, həm təqsirləndirilən şəxslər, həm hüquqi varislərdən bəziləri işin istintaqından narazıdırlar. Mehriban Abasquliyeva iki vəkili və bir nümayəndəsi vasitəsilə etirazını məhkəmənin diqqətinə çatdırıb.

“Hadisə vaxtı işdə olan həkimlər uşaqları xilas etmək imkanları olduğu halda bunu etməyiblər. Məsələn, tibb bacıları körpələrin yanında olmalı olduğu halda gedib mətbəxdə çay içiblər. Amma həmin şəxslər bu gün ittiham edilmir. Niyə?”, - Abasquliyevanın vəkili Muxtar Mustafayev sual edib. 

Fotoda: Mehriban Abasquliyeva

Hadisə nəticəsində körpəsini itirən Lalə Ramazanovanın nümayəndəsi də işin istintaqa qaytarılmasında maraqlıdır. Nümayəndə hesab edir ki, bu hadisədə başqa şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidir.

“Hadisənin necə baş verməsi qalıb kənarda, istintaq başqa yöndə aparılıb. Bundan başqa, hadisə baş verən vaxt xəstəxanada olan bəzi işçilər məsuliyyətə cəlb edilməyib. Halbuki onlar kömək edə bilərdilər. İndi həmin işçilər zərərçəkmiş kimi tanınıblar. Evində olanlar cəlb edilib, iş başında olanlar yox. Hesab edirik ki, bu iş istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, bəzi məsələlərə yenidən baxılmalıdır”, - nümayəndə deyib.

Mehriban Abasquliyevanın qardaşı, keçmiş məhkəmə hakimi Çingiz Bəşirov da bacısının  müdafiəsində iştirak edir. O, təqsirləndirilən şəxsin nümayəndəsi kimi məhkəmədə iştirak edib.

Çingiz Bəşirov bacısının işinə ilkin istintaq vaxtı düzgün qiymət verilmədiyini deyib, iddia edib ki, müstəntiqlər işdə saxta sənədlərdən istifadə ediblər. Onun sözlərinə görə, sənədlərin əksəriyyətinin əsli olmayıb, təqsirləndirilən şəxslərin adından imzalar atılıb.

Prokuror Orxan Səmədov isə nümayəndənin iddialarına sərt reaksiya verib, məhkəmədən tədbir görülməsini istəyib: “Nümayəndə dövlət orqanını saxta sənədlərdən istifadə etməkdə ittiham edir. Buna yol vermək olmaz. Məhkəmə buna qiymət verməlidir”.

Bundan sonra Çingiz Bəşirovla prokuror arasında sözlü mübahisə yaşanıb.

Müzakirə edilən digər məsələ hadisə vaxtı xəstəxanada yüngül xəsarət alan 4 işçinin zərərçəkmiş qismində tanınması ilə bağlı olub. 

Abasquliyevanın vəkili həmin şəxslərin zərərçəkmiş qismində iştirakına xitam verilməsini istəyir. Müdafiə tərəfi hesab edir ki, həmin şəxslər hadisədə cüzi xəsarət alıblar, amma irəli sürülən ittihamlarda kiminsə yüngül xəsarət almasından söhbət getmir.

Qaldırılan vəsatətlər məhkəmə zalında əyləşən zərərçəkmişləri qıcıqlandırıb. Onlar öz istəkləri ilə zərərçəkmiş kimi tanınmadıqlarını, heç olmaq da istəmədiklərini deyiblər.

İlk iclasda müzakirə edilən sonuncu məsələ isə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri olub. Cinayət işi başlandıqdan sonra müttəhimlərin hər biri haqda ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. İclasda məlum olub ki, bir neçə ay sonra həmin qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilib. 

Mehriban Abasquliyevanın vəkili məhkəmədən qüvvədə olan həmin tədbirinin “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.

Bütün vəsatətlər elan edildikdən sonra Leyla Əsgərova Məmmədovanın sədrlik etdiyi məhkəmə heyəti qərarını elan edib. Qərara əsasən, işin prokurora qaytarılması və əlavə şəxslərin təqsirləndirilən şəxs kimi cəlb edilməsi ilə bağlı vəsatətlər baxılmamış saxlanılıb. Qərarda deyilir ki, bu məsələlərə məhkəmə istintaqı dövründə qiymət veriləcək. Qətimkan tədbirinin əvəz edilməsi ilə bağlı vəsatət isə təmin edilməyib.

İlk baxış iclası oktyabrın 21-nə təyin edilib. 

Xatırladaq ki, hadisə bu ilin yanvarında baş verib. Yanğında 7 körpə həyatını itirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.

Sail Ağasəlim

Balıq tutarkən boğulan şəxs DSX-nin giziri imiş

Şəmkirdə 35 yaşlı kişinin Kür çayında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

"Qafqazinfo" məlumatına görə, çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.

O, şənbə günü, xidmətdənkənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib. Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.

Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paraşütlə uçarkən ölən şəxs tanınmış həkim imiş - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün saat 16.00 radələrində 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Qaynarinfo xəbər verir ki, Şamo Mehdiyev tanınmış stamatoloq olub.

Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olurmuş.

Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

 

 

 

 
Azərbaycanda tanınmış idmançı paraşütlə yerə çırpılıb öldü

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.

Hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Övladları böyüyənə kimi azadlıq istədi - Məhkəmə başqa qərar verdi

Ərini balta ilə öldürmək istədiyi üçün 9 il həbsə məhkum edilən 29 yaşlı Lalə İmaşovanın hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.

 "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, üç uşaq anası olan L.İmaşova məhkəmədən övladları böyüyənə kimi azadlıqda qalmasına icazə verilməsini xahiş edib.

Onun vəkili Altay Mirzəyev hakimlərin diqqətinə çatdırıb ki, keçən müddətdə zərərçəkmiş şəxslə barışıq əldə edilib, hazırda şikayəti yoxdur. Vəkil müvəkkilinin ən kiçik övladının 14 yaşına çatana kimi hökmün icrasının təxirə salınmasını istəyib.

Sonuncu iclasda prokuror da xanım müttəhimə münasibətdə daha yüngül cəza təyin edilməsində maraqlı olub. O, Lalə İmaşovanın üç övlad anası olmasını, qarşı tərəflə barışığı müstəsna hal kimi nəzərə alaraq cəzanın 9 ildən 5 ilə endirilməsini təklif edib.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi isə vəkil və prokurorla razılaşmayıb. Hakimlər belə qənaətə gəlib ki, əvvəl təyin edimiş cəzanın 4 il azaldılması və ya təxirə salınması törədilmiş cinayətə münasibətdə ədalətli olmaz. Yekun qərarla Lalə İmaşovanın cəzası 14 ay  5 gün azaldılıb.

Qeyd edək ki, L.İmaşova əri Ceyhun İmaşovun başına balta ilə vuraraq ona ağır xəsarət yetirib. Əri məhkəmədə Lalədən şikayətçi olub, cəzalandırılmasını istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.İmaşova 9 il azadlıqdan məhrum edilib.

Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - VİDEO

Bakıda pirojki satılan yerdə siçovul görüntülənib. Sosial şəbəkədə yayılan iyrənc mənzərədə siçovulun satışa qoyulan pirojkini yeməsi əks olunub.

Real TV xəbər verir ki, görüntülər metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən “Zülfi Ustanın” obyektində lentə alınıb.

Dönərxanada çalışmadığını iddia edən xanım isə “bütün mətbəxlərdə siçan olur” deyib. Obyektdə işləyənlər bununla da kifayətlənməyərək işini icra edən agentliyin müfəttişlərini də hadisə yerindən qovmaqdan çəkinməyiblər.

Bundan başqa məkanda antisanitar vəziyyətin hökm sürdüyü də aşkar edilib.

Obyektin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhdudlaşdırılıb və protokol tərtib edilib.

Daha ətraflı süjeti təqdim edirik:

Ermənilərin Azərbaycanın dinc şəhərlərini ikinci dəfə bombalamasından dörd il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub.

Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Beyləqan şəhərinə də iki raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb. Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.

Belə ki, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.

İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib. Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə üç dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Əhaliyə XƏBƏRDARLIQ! - Axşam saat 22:00-dan başlayır...

Bu gün Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək.

Baku.ws xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz teleqram kanalında bildirib.

Qeyd olunub ki, maqnit qasırğa oktyabrın 5-i axşam başa çatacaq.

Sinoptik bildirib ki, qasırğanın yerə təsiri Bakı vaxtı ilə saat 22:00-dan sonra başlayacaq, lakin bu zaman maqnit qasırğasının gücü zəif (G1) olacaq. Daha sonra, onun intensivliyi artacaq və cümə günü səhər saat 7-dən sonra maqnit qasırğası güclənərək (G3) sinifinə çatacaq.

Xatırladaq ki, maqnit qasırğalarının insanlara təsiri müxtəlif ola bilər. Bəzi insanlar bu cür hadisələr zamanı xroniki xəstəliklərin pisləşməsi ilə üzləşirlər və baş ağrıları, yorğunluq, əsəbilik və konsentrasiyanın azalması ilə qarşılaşa bilərlər.

Eyni zamanda, maqnit qasırğaları təbii bir hadisədir və hər bir orqanizm onlara özünəməxsus şəkildə reaksiya verir. Daimi məşq, yaxşı yuxu və balanslaşdırılmış pəhriz sağlamlığınıza təsirini minimuma endirməyə kömək edə bilər.

saxta-100-manatliqla-benzin-almaq-istedi

Bakıda saxta pulla yanacaq almaq istəyən şəxs tutulub.

DİN-in Mətbuat xidməti xəbər verir ki, hadisə oktyabrın 1-də saat 02.40 radələrində Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, yanacaqdoldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində işçiyə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 43 yaşlı R.Novruzov saxlanılıb.

O, araşdırma aparılması üçün Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsinə təhvil verilib.

Xəbər lenti