Azərbaycan Ordusunun zabiti faciəli şəkildə öldü - Foto

Qubadlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.az xəbər verir ki, "Mercedes" markalı avtomobilin qəzaya düşməsi nəticəsində 2002-ci il təvəllüdlü Astara rayon sakini Elnur Cabbarov həyatını itirib.
Qeyd edək ki, E.Cabbarov Azərbaycan Ordusunun zabiti idi.

Faktla bağlı araşdırma aparılır.

 

 

 
Bakıda aktyor və xanımı qətlə yetirildi - Yenilənib

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvad qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında - Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

Belə ki, saat 21 radələrində həmin binadakı mənzilllərin birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.

85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.

Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

***
Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

Neft Emalı Zavodunda yanğın başlayıb

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yağışda batan avtomobilin sürücüsü tuneldən üzərək çıxdı - VİDEO

Ötən gündən yağan aramsız yağışlar paytaxt küçələrində piyadaların və sürücülərin hərəkətini xeyli çətinləşdirib.

Xüsusilə də tunel olan ərazilərə suyun dolması nəticəsində avtomobillər suda batıb.

"Sabunçu keçidi" deyilən yerdə suda qalan nəqliyyat vasitəsinin sürücüsü tuneldən üzərək çıxıb.

Neftçilər metrostansiyasına yaxın ərazilərdə isə yolları su basması piyadalara maneə yaradıb.

Anoloji vəziyyət Əhməd Rəcəbli küçəsində, Binəqədi rayonunun bir sıra ərazilərində və digər yerlərdə də müşahidə olunub.

Bakı yollarında saatlarla davam edən tıxac yaranıb.

Bundan əlavə, Əhmədli və Mərdəkanda, Yasamal və digər ərazilərdə işıqların bir neçə saatdır yanmadığı bildirilir.

 

Bakıda sərnişin avtobusu suyun içində qaldı - Sərnişinlər kəndirlə xilas edildiBakıda Suraxanı rayonu ərazisindəki tuneldə sərnişin avtobusu suyun içində batıb qalıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, nəqliyyat vasitəsi suyun içində qalarkən avtobusda sərnişinlər də olub.

Bildirilir ki, suyun içində avtobusda qalan sərnişinlər kəndirlə xilas edilib.

Aramsız yağan yağışlar zamanı Bahar qəsəbəsindəki tuneldə acınacaqlı vəziyyət yaranıb.

Hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlunun odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Hərbi Prokurorluqdan Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.

Bakının "Sovetski" məhəlləsində ev uçdu - Video

Bu gün səhər saatlarında Bakıda ev uçqunu baş verib.

Bu barədə konkret.az-a Yasamal rayonu Abdulla Şaiq küçəsi, dalan 10 ünvanında yaşayan sakinlər məlumat verib. Məlumata görə, iki gündür aramsız yağan yağışlar ikimərtəbəli binanın çökməsinə səbəb olub. Nəticədə tamamilə uçub-dağılan ev dar dalan boyu sakinlərin yolunu bağlayıb. Həmçinin əraziyə qaz və elektrik enerjisi verilişi dayandırılıb. Vətəndaşlar bildirir ki, artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və Kübra adlı ev sahibi uçqun altından çıxarılıb. Sakinlər onu da qeyd edirlər ki, sözügedən ərazi söküntü zonasıdır və hətta uzun illər öncə bununla bağlı müvafiq sənədləri toplayıb aidiyyəti qurumlara təqdim ediblər.

baki-ve-abseronda-yagisa-gore-insanlar-texliye-edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.

Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

 

 



 
merdekan-tunelinde-avtobus-batdi

Bakı və Abşeron yarımadasına yağan leysan yağış çoxsaylı fəsadlar törədib.

“Ən ağır vəziyyət yol qovşaqlarında yerləşən tunellərdə qeydə alınıb.

Belə ki, gecə saatlarında bir çox tunellər, eləcə də Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki tuneli su ilə dolub.

Nəticədə avtomobillər və avtobus suda bataraq hərəkətsiz qalıb. Mərdəkan tunelində suda batan “Hyundai Caunty” markalı avtobusu çıxarmaq üçün əraziyə texnika cəlb edilib.

Sosial şəbəkələrdə yayılmış görüntüləri təqdim edirik:

Bakıda elektrovoz mikroavtobusla toqquşdu: Xəsarət alanların son durumu AÇIQLANDI

Bakıda yüksək sürətlə hərəkətdə olan mikroavtobus dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Vito" markalı mikroavtobusun dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşması nəticəsində qəza hadisəsinin baş verdiyi və avtomobildə olan sürücü və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mikroavtobusda sıxılı vəziyyətdə qalan 2001-ci il təvəllüdlü Sərxan Taleh oğlu Rüstəmovu və 1954-cü il təvəllüdlü Püstəxanım Baba qızı Məmmədovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib ki, "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 21 oktyabr saat 02:30-da Xəzər rayonu, Qala stansiyası ərazisindən qatar ilə avtomobilin toqquşması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

1954-cü il və 2001-ci il təvəllüdlü şəxslər (qadın və kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.

1954-cü il təvəllüdlü şəxsə (qadın cinsli) açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, üzün, alnın çoxsaylı cırılmış yarası, sağ bazu sümüyünün sınığı diaqnozları ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

2001-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün və sol qamış sümüyünün sınığı, sol aşağı ətrafın çoxsaylı əzilmiş yaraları diaqnozları təyin edilib.

Göstərilən tibbi xidmətlərdən sonra vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

Xəbər lenti