Gəncədə yol-nəqliyyat hadisəsi baş verib
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan 20-CB-185  dövlət qeydiyyat nişanlı “QAZ-31” markalı minik maşını 20-EF-357 dövlət nömrə nişanlı  “VAZ 2107” markalı avtomobillə toqquşub.

Qəza zamanı “Qaz 31”-də olan yaşlı qadın həyacandan huşunu itirib. Hadisə yerinə Təcilli Tibbi Yardım birqadası və DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti