Şirvanda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən yayınıb
Yaralı qadın Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib

Şirvanda avtomobil piyadanı vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Yolu keçən 1975-ci il təvəllüdlü Ruhiyyə İsmayılovanı naməlum sürücü avtomobillə vuraraq hadisə yerindən qaçıb. Yaralı qadın Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti