Salyanda avtomobilin aşması nəticəsində 2 nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Salyanda avtomobil aşıb, iki nəfər xəsarət alıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Xələc kəndində qeydə alınıb.

Sərxoş vəziyyətdə idarə olunan minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə Xələc kənd sakinləri - 1995-ci il təvəllüdlü Günəşov Kənan Faiq oğlu və 1997-ci il təvəllüdlü Söhbətov Əli Məcid oğlu müxtəlif xəsarətlərlə Salyan Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.

 

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti