Azərbaycanda 4 nəfərin öldüyü dəhşətli qəzadan
Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yol-xeber.az"ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Şirvanın girişində qeydə alınıb.

“Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gedirlərmiş.

Xəbər lenti