İmişlidə avtomobillə vurulan şəxs altı gün sonra xəstəxanada ölüb
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

İmişli rayonunda altı gün əvvəl avtomobillə vurulan piyada Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, hadisə dekabrın 23-ü rayon ərazisində qeydə alınıb. Belə ki, yolu keçən, 1979-cu il təvəllüdlü Nəsimi Orucov “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Qəzadan sonra piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib. Müayinədən sonra ona qapalı kəllə beyin və müştərək travma diaqnozu qoyulub. Xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 29-u orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti