Bakıda bir neçə nəfəri səyahətə göndərmək adı ilə aldatmaqda ittiham edilən xanım növbəti dəfə hakim qarşısına çıxarılıb.

Onun əməllərindən zərərçəkənlər arasında professor, müəllim, həkim də var.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1981-ci il təvəllüdlü Şıxıyev Günel Oqtay qızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan növbəti məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva ali təhsillidir. Ailəli olub boşanan Günel Şıxıyevanın bir azyaşlı uşağı var. Bu iş üzrə zərərçəkmişlərin sayı 8 nəfərdir. Belə ki, Günel Şıxıyeva onlardan xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.

Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan Günel Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxırmış. Günel Şıxıyevadan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənirmiş.

Onların sözlərinə görə, Günel Şıxıyevanın dələduzluq əməllərinin qurbanı olan xeyli sayda şəxs var. Sadəcə istintaq orqanı ilk şikayət edən 8 nəfərin müraciəti əsasında açılan cinayət işinə baxıb. Digər zərərçəkmişlərin şikayəti əsasında istintaq hərəkətləri davam etdirilir.

Zərərçəkmişlər iddia edirlər ki, Günel Şıxıyeva barəsində edilən çoxsaylı şikayətlərdən sonra uşaq dünyaya gətirməyi planlaşdırıb: "Özü bizə deyirdi ki, gedin, hara istəyirsiniz, şikayət edin. Onsuz da həbs edilməyəcəyini söyləyirdi. Bu hadisələr 2016-cı ildən başlayıb. Günel dedi ki, bir uşaq dünyaya gətirəcəm, uşağım olsa, məni tutmayacaqlar. Elə də oldu. İndi onun 1 yaşında uşağı var və azadlıqdadır. Atası Oqtay müəllim yaxşı adamdır. Prokurorluqda işləyir, yaxşı adamdır".

Qeyd edək ki, Günel Şıxıyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.

10 May 2025 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib

Xəbər lenti