Bakıda quldurluq edən şəxslər saxlanılıb
 

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyindən  daxil olan xəbərə görə, rayon sakini Vüsal Abıyev 25-ci Polis Şöbəsinə müraciət edərək Şərifli küçəsi 96 ünvanında iki nəfər tanımadığı şəxsin ona hücum edərək xəsarət yetirdiklərini daha sonra mobil telefon və noutbukunu əlindən aldıqlarını bildirib. 

Qeyd edilən hadisədən 3 gün sonra eyni məzmunlu şikayətlə Polis Şöbəsinə bir nəfər qadın da müraciət edərək içərisində pul və sənədlər olan əl çantasının naməlum şəxslər tərəfindən zorla onun əlindən aldığını bildirib. 

Hər iki quldurluq hadisəsi ilə bağlı 25-ci Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətlərin eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşib. Quldurluqları  törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. 

Faktlarla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Gördüyünüz şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

10 May 2025 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib

Xəbər lenti