Bakıda sürücü qəza törədərək hadisə yerindən qaçıb

Araşdırma aparılır

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Yol-xeber.az "Report"-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "Lada Priora" markalı avtomobil sürət həddini aşaraq "99-LD-786" dövlət nömrə nişanlı, "Hyundai Santafe" markalı avtomobili vurub. Qəzanı törədən "Lada Priora"nın sürücüsü hadisə yerindən qaçıb. 

 

Əraziyə DYP əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Xəbər lenti