Yeni yol hərəkəti qaydaları: kimə nə faydası olacaq?

Yeni yol hərəkəti qaydalarının yollardakı vəziyyətə necə təsir edəcəyi barədə sualları yanvarın 29-u saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində Elməddin Muradlı cavablandıracaq.

Son günlər ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan biri də "Yol hərəkəti haqda" Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdir. Güman edilir ki, yaxın vaxtlarda bu dəyişiklikləri Milli Məclis müzakirə edəcək.

Dəyişikliklərdən birinə görə, qəza yerini tərk edən sürücü, əgər sağlamlığa heç bir xətər yetirilməyibsə, məsuliyyətə cəlb olunmayacaq. Digər təklifə görə, avtoxuliqanlığa görə cərimə azaldılır, qanunsuz parklanmaya görə qaydalar da dəyişir və s.

Bu yeniliklərin yollardakı vəziyyətə necə təsir edəcəyi barədə sualları yanvarın 29-u saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında nəqliyyat məsələləri üzrə məşhur ekspert, Avtosfer.az informasiya portalının baş redaktoru, Jurnalistika və İnkişaf Mərkəzi ictimai birliyinin sədri Elməddin Muradlı cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi



Read more: https://sputnik.az/pressclub/20210128/426075535/yeni-yol-hereketi-qaydalarinin-muzakiresi.html

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti