Piyadalara yol verməyən sürücülər, sürücülərə yol verməyən piyadalar - KİM HAQLIDIR?

“Piyada keçidlərində piyadalara yol verməyən sürücülərin sayı xeyli azalıb. Əvvəllər belə sürücülərə daha çox rast gəlirdik. Hətta, elə sürücülər var idi ki, bu qaydalardan xəbəri belə yox idi. Lakin son zamanlar irəliləyiş var”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bəzən yenə də intizamsız sürücülərə rast gəlinir: “Amma, ümumiyyətlə vəziyyətin daha da yaxşılaşması üçün piyadalar da intizamlı olmalıdırlar. Bəzən sürücünü piyadaya yol vermədiyi üçün qınayırıq. Amma situasiyaya baxanda görürük ki, piyadanın günahı daha çoxdur. Çünki bizim "Yol hərəkəti haqqında" qanunla belə tənzimlənir ki, piyada yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin yoluna çıxmamalıdır. Əgər piyada avtomobilin sürətlə hərəkət etdiyini, dayanmasının riskli olduğunu və ya dayanmayacağını görürsə, bu halda avtomobili piyada özü gözləməlidir. Yəni, bu o demək deyil ki, piyada ayağını səkiyə qoyan kimi maşın yerə kiplənəcək. Maşın texnikadır, kiplənmir. İnsan isə şüurlu varlıqdır və gözləməlidir. Ən azından göz ünsiyyəti olmalıdır”.

Ekspert sözlərinə belə davam edib: “Necə ki, bəzi sürücülərin diqqəti yayınmış olur, sükan arxasında telefonla danışırsa, piyadalarda da bu hallara rast gəlinir. Qulaqcıqla yolu necə keçdiklərindən xəbərləri belə olmur. Problem budur. Qarşılıqlı anlaşma deyilən bir fikir var ki, bunu əsas turmaq lazımdır. Məsələyə yanaşma bu cür olmalıdır. Sürücü və piyada qarşılıqlı anlaşma şəklində davranmalıdır”.

“Son vaxtlar piyadalara yol verməyən tək-tük sürücülərə rast gəlinir. O da çox nadir hallarda olur ki, məsələn şərait olmur və ya dayansa arxadakı avtomobil ona toxunacaq və s. Amma elə sürücülər var ki, piyada keçidlərində bilərəkdən piyadaya yol vermir. Hətta motosikl sürücüləri ümumiyyətlə, piyada keçidlərində dayanmır. Biz bununla bağlı nə qədər hadisənin şahidi olmuşuq. Təhlükəsizlik kameralarının görüntülərinə baxıb görürük ki, doğrudan da motosikl sürücüləri kobudluğa yol verir. Onlarla bağlı ciddi ölçü götürülməlidir. Vəziyyəti daha da yaxşılaşdırmaq üçün ciddi nəzarət mexanizmi olmalıdır”.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti