London Universitet Kollecinin Genetik İnstitutunun direktoru və Texas Universitetinin rəsmisi 2 ildir həyatımızda olan pandemiyanın bitib-bitməyəcəyi ilə bağlı sualları cavablandırıb.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, təhsil müəssisəsinin direktoru Françoiz Balloks bu suala “demək olar ki” cavabını verib.

Professor Balloks Avropada bəzi dalağalanmaların olacağını ehtimal edib. O bildirib ki, Birləşmiş Krallıq da daxil olmaqla vaksinasiya səviyyəsinin yüksək olduğu ölkələrdə virusun pandemiya mərhələsinin yazda başa çatacağından əmindir. Professor tunelin ucunda işıq göründüyünü deyib.

Pandemiya ilə bağlı məlumatların yer aldığı “Our World in Data” platformasındadakı statistikaya görə Birləşmiş Krallıq, Kanada və İspaniya pandemiyadan ən yaxşı qorunan ölkələr siyahısındadır.

Texas Universitetinin COVID-19 Modelləşdirmə Konsorsiumunun Direktoru Lauren Ansel Meyers isə hələlik kütləvi immunitetin insanları qorumadığıni düşünür.

Meyersin fikrincə, yoluxuculuq qabiliyyəti yüksək olan “Delta” variantı burada önəmli rol oynayır.

Hələlik dünya əhalisinin 85%-nin peyvəndlənmədiyini deyən Meyers, peyvəndlənənlərin də yoluxma ehtimalı olduğunu nəzərə alaraq kütləvi immunitet qazanılmasının mümkünsüz olduğu qənaətindədir.

Dolayısı ilə mövcud vaksinlər daha əvvəlki variantalara təsir edərək kütləvi immunitet qazandırsa da, “Delta” ştammının daha yoluxucu olduğu görünür.

Meyersin fikrincə, qlobal miqyasda COVID-19-un bitməsinə yetəcək səviyyədə immunitetə sahib olmağımız çox da inandırıcı deyil.

Professor Balloks isə koronavirusun digər 200 tənəffüs infeksiyası ilə birgə mövsümi xəstəlik olacağını deyib. O bildirib ki, ancaq bu virusun yüngül soyuqdəymə, yoxsa ağır qrip şəklində olacağını indidən demək çətindir.

F.Balloks hesab edir ki, peyvəndlər təsirli olsa belə, böyük ehtimalla, hər kəs bu virusa bir dəfədən çox yoluxacaq.

L.A.Meyers indi və gələcəkdə dalğalanmalara qarşı maska taxan, test verən və sosial məsafəni təmin edəcək ölkələrin koronavirusla ən yaxşı mübarizə aparacaq ölkələr siyahısında olduğunu söyləyib.

Yəni COVID hələ bitməmiş olsa da, elə nəticəyə gəlmək olar ki, ümid var.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti