Vaqif Qarayev: “Ümumi səbəblər əsasən bunlardır - ekoloji problemlər, anaların sağlam olmaması, hamiləliyin normal həyata keçməməsi...”

 

Dünyanın bəlasına çevrilən xərçəng xəstəliyi son illərdə artıq Azərbaycanda da sürətlə artmaqdadır. Ən təəssüfedici isə odur ki, xəstəlik artıq gəncləşməyə, hətta uşaqlar arasında da yayılmağa başlayıb.

Statistik məlumatlar da onu göstərir ki, əgər bundan əvvəl gənclərin arasında xərçəngin dinamikasında artım narahatlıq doğururdusa, uşaqlarda da artıq bu xəstəliyin aşkarlanması həyəcan siqnalı verməkdədir. Ekspertlər qeyd edirlər ki, xərçəng xəstəliyinin artması və “cavanlaşması”na əsasən bölgələrdə daha çox rast gəlinir. Xəstəlik əsasən uşaqlarda tənəffüs yollarında, qadınlarda mədədə və süd vəzilərində, kişilərdə isə mədə və ağciyərlərdə aşkar edilir.

Ekspertlər qeyd edir ki, dünyada xərçəngin sürətlə yayılmasına səbəb ətraf mühitin qlobal çirklənməsi, təbii qidaların azalması, smart telefonlardan, internetdən çox istifadədir. Bu bir faktdır ki, indi əksər evlərdə günün 24 saatı Wi-Fi işləyir və insanlar 24 saat şüalanmış olurlar. Qeyd olunan faktlarla yanaşı digər amillər də var, məsələn, rəngli içkilər, içərisinə nə qatıldığı bilinməyən kolbasalar və sairə qidalar son nəticədə xərçəng xəstəliyinin artmasına səbəb olur.

Vaqif Qarayev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı həkim Vaqif Qarayev “Yeni Müsavat”a danışıb:

“Onkoloji xəstəliklər təkcə bizdə deyil, bütün dünyada artmaqdadır. Bunun da ümumi və fərdi səbəbləri var. Azərbaycanda 30 il əvvəl uşaq  onkoloji xəstəlikləri haqqında ancaq ədəbiyyatdan oxuyardıq. Amma indi uşaq onkoloji şöbəsi var. Yəni  xəstəlik o qədər artıb ki, artıq şöbəsi də açılıb. Ümumi səbəblər əsasən bunlardır - ekoloji problemlər, anaların sağlam olmaması, hamiləliyin normal həyata keçməməsi və sairə. Lakin Azərbaycanın öz səbəbləri var. İlk növbədə qeyd edim ki, bizdə qan xərçəngi xəstəliyi daha çox yayılıb. Valideynlər qan analizi ilə bağlı vaxtında müraciət etmirlər. Əgər uşaqlarda davamlı baş ağrıları, baş gicəllənmələri, səhər ürəkbulantıları, yuxusuzluq olarsa, mütləq şəkildə həmin uşaq həkim müayinəsindən keçməlidir. Bəzən valideynlər bunu məktəb yorğunlu  ilə əlaqələndirir, məsələyə etinasız yanaşırlar. Lakin davamlı baş ağrıları ciddi siqnaldır.

Xərçəng xəstəliyinin müəyyən formaları var ki, müalicə olunandır, amma bir şərtlə ki, vaxtında aşkar olunub müalicə aldıqda. Əks halda, xərçəng hüceyrələri bütün bədənə daraşır və müalicəsi mümkünsüz olur".

Qeyd edək ki, statistik məlumatlara görə, hər il təxminən 7 milyon insan xərçəng xəstəliyindən dünyasını dəyişir. Ekspertlər qeyd edir ki, bu cür sürətlə xərçəng xəstəliyi ürək xəstəliklərini də ötüb keçəcək. Beləliklə, dünyada hər üç qadın və hər iki kişidən biri məhz xərçəng xəstəliyinə yaxalanacaq.

Bəs xəstəliyin qarşısını ala biləcək, önləyici vasitələr varmı, əgər varsa, hansılardır?

Bütün dünyada, eləcə də ölkəmizdə xərçəng xəstəliyinin qarşısını ala biləcək qidaların olduğu deyilir. Onların arasında yerkökü, zəncəfilin adı çəkilir. Ekspertlər də qeyd edirlər ki, xəstəliyin qarşısını almaq üçün son vaxtlar dünyada, Avropada, o cümlədən Azərbaycanda da zəncəfildən çox istifadə olunur. İddialara görə, zəncəfil xərçəng xəstəliyinin qarşısını xeyli dərəcədə alır. O cümlədən immuniteti qaldıran bitki yağlarından çox istifadə etməli, alkoqoldan, siqaretdən imtina etmək lazımdır.

Həmçinin bildirilir ki, arı zəhəri və arı məhsulları da bu xəstəliyin önləyici vasitələrindən biridir. Çünki arı məhsulları insanın immunitetini həmişə  yüksəkdə saxlayır, arı südü radiasiyanın qarşısını ala bilir.

Digər iddialara görə isə təbii üsulla yetişdirilən pomidor kişilərdə rast gəlinən prostat vəzinin xərçənginə yoluxma riskini azaldır.

Ekspertlər onu da vurğulayır ki, xərçəng xəstəliyinin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhfə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən də yoğun bağırsaq, süd vəzi, prostat vəzi və uşaqlıq boynu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti