Son illər onurğa sütununun deformasiyaları, qamət pozğunluqları çoxalıb.

Bu deformasiyaların tibbi səbəbləri var, amma məktəbli (6-12 yaş) uşaqlarda əsasən düzgün oturmamağın, düzgün oturma vərdişinin olmaması hesabına yaranır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O, düzgün oturma qaydaları haqqında danışaraq, uşaqların evdə və məktəbdə oturma vərdişlərinə nəzarət olunmasının vacibliyini vurğulayıb:

“Qamət həm də psixoemosional sferaya müsbət və ya mənfi təsir edən amildir. “Qürurlu duruş” deyilən bir anlayış var. Belə uşaqlarda özünə inam yüksək olur. Düzgün oturma vərdişlərinə uşaqlar evdə, ailədə sonra isə məktəbdə alışmalıdır. Oturarkən baş döş qəfəsindən (gövdədən) irəli əyilməməlidir. Başla gövdə eyni xətt üzərində və gözlə parta (stol) arasındakı məsafə ortalama 30 sm olmalıdır. Məktəb partaları standartı, gigiyenik normalara uyğundur. Həmçinin, oturacağın ölçüsü, stulun hündürlüyü də normativlərə uyğundur. Yaxşı olar ki, ibtidai sinif şagirdləri dərs oxuyarkən evdə də standart stul və stoldan istifadə etsin.
Aydındır ki, indiki uşaqlar bir yerdə 10 dəqiqədən artıq oturmurlar. Amma dərs hazırlayarkən yuxarıda göstərilən normalara əməl olunsa yaxşıdır, əks halda kifoz, skolioa və s. qaçılmaz olacaq. Bu problemlər təkcə fiziki defekt kimi qəbul olunmamalıdır, həm də daxili orqanlarda pozğunluqların yaranmasına səbəb olur”.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti