Kult.az son günlər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan mərsiyəxan Seyid Taleh Boradigahi ilə müsahibəni təqdim edir:

 

– Yeni işiniz olduqca uğurlu və maraqlı alınıb. Lakin səhv etmirəmsə, siz orda farsca da oxumusunuz. Nəyə görə?

– Bu gün bütün qəzəllərimiz fars və ərəb sözləri ilə doludur. Füzulilər, Nəsimilər farsca da yazıblar. Xanəndələrimizin oxuduğu mahnılar da ərəb və fars sözləri ilə zəngindir. Klipdə oxuduğum əsərin sözlərini yazan iranlı şairdir.

– Son layihəniz çoxlarında narazılıq yaratdı. Və bu sizin ilk qalmaqalınız deyil. Bir neçə ay öncə Hacı Şahinin ağladığı və sizin mərsiyə dediyiniz video da müzakirələrə yol açmışdı. Əksəriyyətin bu işinizi bəyənməməsini nə ilə əlaqələndirirsiniz? İnsanlar yenilikdənmi qorxur?

– Çünki xidmətlərim getdikcə daha da yüksəkliyə doğru gedir. Bu da bəzilərini narahat edir.

– Etirazını bildirənlər daha çox dindarlardırmı?

– Dindar da var, dindar olmayan da. Hamısı əzizim, bacım, qardaşımdır. Etiraz edə, bəyənməyə bilərlər. Buna tam haqları var. Lakin söyüş və təhqir yazmaqla öz axirətləri üçün problem yaradırlar.

– Violonçel ifaçısı Mark Zençenko ətrafında gedən qalmaqalla bağlı nə deyə bilərsiniz? Din multikulturalizmi rədd edirmi?

– Dinimiz xristiana da, ümumiyyətlə, hər kəsə mərhəmətlə baxır. Peyğəmbərimiz aləmlərə rəhmət olaraq göndərilib. Orkestrda xristianın yer alması qəbahət deyil. O da insanlıqda bizlə qardaşdır. Və bu iş səbəb oldu ki, o da imam Hüseyni, peyğəmbəri və uca Allahı daha yaxından tanısın.

– Feysbuk səhifənizdə sizə təhqir yazanlara xəbərdarlıq qeydi yazmışınız. Bundan sonra bir yumşama müşahidə olundumu? Polisə şikayət edib ciddi tədbir görəcəyinizə qərar verdiyiniz şəxslər varmı?

– Təhqir yazanlar həddindən artıq çoxdur. Onları da qınamıram, bekardırlar, başlarını qatmaq üçün bilmirlər nə etsinlər. Allah onları bağışlasın. Minlərlə gələn təhqirin heç birinə cavab yazmamışam. Allaha tapşırmışam, vəssalam.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti