Ssenari filmdə, serialda vulqar və ya tabuların işlənməsini tələb etsə belə, bu ifadələr “bip”lənməli, yəni siqnal ilə gizlədilməlidir.

Bu sözləri Kult.az-a açıqlamasında tanınmış yazıçı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrının ədəbi hissə müdiri Qan Turalı (Tural Cəfərov) ATV telekanalında yayımlanan “Təhminə və Zaur” serialında tabudan istifadə olunmasına münasibət bildirərkən deyib. O, seriallarda bu tip ifadələrin işlədilməsinin bəzi qaydaları olduğunu söyləyib:

Serial televiziya üçün istehsal olunan məhsuldur. Bunda yaş həddi yoxdur, televizor qarşısında dayanan hər kəs seriala baxır. Kino olsaydı, başqa məsələ. Bu sözləri əvəz etmək üçün ya sinonimlər, ya da o ifadəni loyal forması tapılmalıdır. Bütün dünyada belə praktika var. Nə vaxta qədər ki, bizdə “Netfliks” kimi üzvlük tələb edən platformalar olmayacaq, o zamana qədər efirdə vulqar sözlər yolverilməzdir. Təəssüf ki, serialların bəlkə də ən ədəbli tərəfi elə bu vulqar sözlərdir. Çünki az qala, hamısı estetik mənada acınacaqlıdır”.

Qan Turalı Azərbaycan seriallarının incəsənətə zərrə qədər də aid olmamasını ən böyük vulqarlıq adlandırıb.

Tanınmış kinorejissor, Əməkdar mədəniyyət xadimi Ayaz Salayev isə küçə sözlərinin ədəbi dilə yol tapdığını bildirib:

“Bir neçə ilə bundan əvvəl Türkiyənin Antalya şəhərində teatrda oldum. Aktyorlar zalda azyaşlılar ola-ola ədəbsiz sözlər, söyüşlər işlədirdilər. Hazırda yavaş-yavaş küçə söhbətlərinin ədəbi dillə birləşməsi prosesi gedir. Yəqin, artıq get-gedə bunun qarşısını almaq olmayacaq”.

Qeyd edək ki, ATV-də yayımlanan "Təhminə və Zaur" serialında tabu sözdən istifadə olunub. Milli Televiziya və Radio Yayım Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, bu cür halların efirə yol açmaması üçün yayımçılar diqqətli olmalıdır.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti