Dünyada 15 yaşınadək uşaqların 93 faizi (1,8 milyard azyaşlı) çirklənmiş hava ilə nəfəs alır.

Hava çirkliliyi nəticəsində onların sağlamlığında ciddi fəsadlar yaranır, hətta ölüm halları müşahidə olunur. 2016-cı ildə hava çirkliliyi ilə əlaqədar uşaqlarda aşağı tənəffüs yollarının infeksiyası nəticəsində 600 min azyaşlı həyatını itirib.

Bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının (DST) yeni hesabatında qeyd edilib. Hesabatda dünyada, xüsusən aşağı və orta gəliri olan ölkələrdə həm atmosferdə, həm də qapalı məkanlarda zəhərli havanın uşaqların sağlamlığına mənfi təsiri ilə bağlı aparılan tədqiqatın nəticələri yer alıb. Hesabatda deyilir ki, çirkli havanın təsirinə məruz qalan hamilə qadınlar böyük ehtimalla vaxtından əvvəl doğur və ya normadan az çəkisi olan uşaqlar dünyaya gətirirlər.

“Hava çirkliliyi uşaqlarda əsəb pozuntularına, zehni qabiliyyətin aşağı olmasına, həmçinin bronxial astma və xərçəng xəstəliklərinə səbəb olur. Yüksək dərəcədə toksik havaya məruz qalan uşaqlarda ürək-damar xəstəlikləri də yarana bilər.Uşaqların zəhərli havaya daha həssas reaksiya verməsinin səbəblərindən biri onların daha tez-tez nəfəsalması və toksik maddələri daha çox udmasıdır. Boyu hündür olmayan azyaşlılar, həmçinin zəhərli maddələrin daha çox toplandığı torpağa daha yaxın olurlar. Nəzərə almaq lazımdır ki, inkişaf mərhələsində olan uşaq beyini və orqanizmi çox kövrəkdir. Yeni doğulan körpələr və azyaşlılar qapalı məkanlardakı yanacaq növləri, yemək hazırlanması və qızdırılması, işıqlandırma ilə bağlı yaranan hava çirkliliyinə qarşı da həssasdırlar”,- hesabatda qeyd edilib.

DST-nin ekspertləri məktəblərin və uşaq bağçalarının hava çirkliliyi yaradan müəssisələrdən, intensiv hərəkətin olduğu avtomobil yollarından uzaqda inşa edilməsini tövsiyə edirlər.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti