Noyabrın 2-də Milli Məclisin (MM) plenar iclasında kino və teatrda tütün vasitələrinin qadağası ilə bağlı qanunun tətbiqi barədə qərar etiraz doğurub.

Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov sözügedən qadağaya etiraz edərək, bunu yaradıcılıq azadlığının məhdudlaşdırılması olduğunu bildirib.

Bu qadağanın tətbiqi bir çox sənətçi tərəfindən də etirazla qarşılanıb. Əməkdar artist Rasim Cəfər, aktyorlar Kamran Ağabalayev, Taleh Yüzbəyov, rejissorlar Amil Məmiyev, Emil Quliyev və başqaları sözügedən qanuna qarşı çıxaraq, sosial şəbəkələrdə #imkanverinçəkək həştəqi altında paylaşımlar ediblər.

Onlar sözügedən qanunun ləğvi üçün müraciət ediblər. Müraciətdə bildirilir:

“Hörmətli Milli Məclisin deputatları!

Kino və teatr hər şeydən əvvəl yaradıcı, dünyəvi məna daşıyan və tamaşaçı ilə dərindən təmas quran incəsənət formalarıdır. Biz hər bir obrazı canlandırarkən, yazarkən və ya göstərərkən onun daxili dünyasını bütünlüklə analiz edir, anlayır, sevir və ortalığa çıxarırıq. Bizim sənətimiz yaratdığımız obrazları tamaşaçıya ötürməkdir. Hər bir obraz özünəməxsus formada, yaşadığı dövrə və mühitə uyğun bir şəkildə bizim tərəfimizdən tamaşaçıya təqdim olunur. Təqdim edərəkən biz yaradıcı gücümüz ilə tam azad şəkildə, heç bir qadağa olmadan sənət ilə məşğul oluruq. Əgər bir obraz siqaret çəkməlidirsə və biz hər hansısa bir qadağa ilə onu yığışdırırıqsa, deməli, saxta və yalançı bir iş görürük. Eyni zamanda, bu, bizim yaradıcılıq azadlığımızın kobud şəkildə pozulmasıdır. Təbii olaraq siqaretin zərərləri hamıya məlumdur və bir çox ölkənin televiziya efirlərində bunun üçün müəyyən formada qadağalar var. Ancaq bu, heç bir sivil, mədəni inkişafı olan ölkədə kinoteatrda göstərilən filmlərə və ya teatr səhnəsində oynanan tamaşalara aid ola bilməz. Çünki kino və teatr televiziya efiri deyil. Sənətini sevən kino və teatr sənətçisi bu qadağanı qəbul edə bilməz və etməməlidir. Yazıb sizlərə bildiririk ki, “kino və teatrda tütün vasitələrinin qadağası” ilə bağlı qanun yaradıcılıq azadlığımıza və sənətimizə müdaxilədir və sizlərə müraciətimiz budur ki, bu qanunun tətbiqini ləğv edəsiniz”.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti