Müasir dövrdə valideynlər öz uşaqlarını vunderkind kimi böyütmək üçün səylə çalışırlar. Erkən inkişafın müxtəlif metodikaları bu günümüzdə çox populyardır. İlk növbədə, geniş dünyagörüşünə malik analar və atalar öz uşaqlarını daha erkən mütaliəyə öyrətməyə can atırlar. Lakin bu, heç də hamıda uğurlu alınmır. Ev şəraitində təlim üçün ən yaxşı metodikanı necə seçmək və artıq 3-4 yaşlarında uşağı hərfləri öyrənməyə məcbur etməyə dəyərmi? Pedaqoq və psixoloqlar bu barədə nə deyirlər?

Axar.az xəbər verir ki, mütaliə üzrə məşhur uşaq-rekordsmenlərdən biri Vinnitsya vilayətinin (Ukrayna) ucqar qəsəbəsində doğulan Mişa adlı oğlandır. Maraqlıdır ki, böyüklərdən heç kim körpəni erkən yaşlarında öyrətməyə cəhd göstərməyib. Lakin artıq 1 yaş 3 aylığında Mişa sərbəst şəkildə əlifbanı qavrayıb, yaşyarımında isə qəzet oxuyub. Fövqəluşaq 2 yaşında ikən qonşu kənddən özünün tərbiyəsi ilə məşğul olmağa gəlmiş 85 yaşlı bisavad ulu nənəsinə oxumaq öyrədib.

Lakin uşaqlar müxtəlifdir və heç də hamısı 6-7 yaşadək mütaliə etməyə qadir deyil. Hər şeyin öz vaxtı var. Hər halda məktəbəqədər uşaqlarda oyun fəaliyyəti əsasdır. Məhz bu, onların harmonik inkişafına kömək edir.

Uşağa 3-4 yaşında zorla hərfləri öyrətməyə çalışan valideynlər onları dünyanı təbii proseslə tanımaqdan yayındırır, bununla da körpəyə zərər vururlar.

Reallıqda insanın gələcək qabiliyyəti heç də onun mütaliəyə hansı yaşda başlamağından asılı deyil. Bu, uşağın daha çox fantaziyasından və təxəyyülündən asılıdır. Belə ki, hələ manejdə ikən körpənizə üstündə hərflər yazılan kublar vermək əvəzinə ona nağıllar danışıb, maraqlı oyunlara cəlb etməniz yaxşı olardı və ümumiyyətlə, uşağın düzgün nitqini formalaşdırmaqdan ötrü onunla daha çox ünsiyyətdə olmalısınız.

Təcrübə göstərir ki, birinci sinifdə oxumağı öyrənən uşaqlar nəticədə heç də erkən dövrdə kitabı mənimsəyən həmyaşıdlarından geri qalmırlar.

Uşaq psixoloqları isə hesab edirlər ki, əgər mütaliəyə erkən dövrdə başlamaq uşağın arzusuna ziddirsə, o zaman bu, beyinin düzgün inkişafına maneçilik törədir. Məhz bu səbəbdən körpəyə əlifbanı vaxtından əvvəl və zorla öyrətmək nəinki mənasızdır, həm də zərərlidir. İş orasındadır ki, 7 yaşadək körpələrin çoxunda beyinin hərflərin tanımasına cavabdeh olan şöbələri hələ tam inkişaf etməyə macal tapmayıb. Əgər valideynlər uşağı zorla oxumağa məcbur edərlərsə, o zaman beyinin bu şöbələri ünsiyyət və bədii təfəkkürə cavabdeh olan digər şöbələrin inkişafını dayandırır.

Körpəni 3-4 yaşlarında sürətlə oxuyan və ya əla sayan dahi etmək cəhdi bəzi hallarda ünsiyyət probleminə və intellektin ümumi azalmasına gətirib çıxarır. Əlbəttə ki, burada uşağın istedadı ilə valideynin öz körpəsinə bilik vermək cəhdini səhv salmaq lazım deyil. Əgər sizin körpəniz özü kitablara meyillidirsə və hərfləri öyrənməyə cəhd göstərirsə, o zaman onu dayandırmaq lazım deyil, erkən mütaliəyə cəhd daha çox onun fərdi xüsusiyyətidir.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti