Qara dəliklərlə bağlı müəmmalar ətrafında müzakirələrin davam etdiyi bir vaxtda ABŞ-ın Kosmik Tədqiqatlar və Aeronavtika Agentliyinin (NASA) “Hubble” teleskopu nəhəng qara dəliyə yaxın - Yer kürəsindən 130 milyon işıq ili uzaqda yerləşən spiralvari NGC 3147 qalaktikasının mərkəzində parlaq disk aşkar edib.

 

Axar.az Azərtac-a istinadən xəbər verir ki, alimləri heyrətləndirən həmin diskin qara dəliyin mərkəzində yerləşməsinin astronomiya nəzəriyyəsinə zidd olmasıdır. Belə ki, bu yeni kəşf onları Albert Eynşteynin nisbilik nəzəriyyəsini də yenidən gözdən keçirməyə vadar edə bilər. Nəzəriyyəyə əsasən, nisbilik kosmik fəzanın əyilməsini, zamanla fəza arasında xüsusi əlaqə olmasını irəli sürür. Avropa Kosmik Agentliyinin astronomu Marko Çieberq bildirib ki, kosmik tədqiqatlar tarixində qaranlıq materiyanın mərkəzində bu cür parlaq işıqlar ilk dəfədir qeydə alınır.

Romadakı Kosmik Tədqiqatlar İnstitutunun alimi Stefano Biançi də qeyd edib ki, parlaq diskin qara dəliyə bu qədər yaxın olması sürət və qravitasiya qüvvələrinin işıq fotonlarına təsirinin nəticəsidir. “Biz hələ ki, nisbilik nəzəriyyəsi fonunda bu məlumatı anlaya bilmirik”, -deyə astronom əlavə edib.

Astronomlar bildirirlər ki, bu sindrom NGC 3147 kimi qalaktikaların yaxınlığında yerləşən qara dəliklərin kifayət qədər qravitasiya qüvvəsinə malik olmadıqları səbəbindən yarana bilər. Onların qənaətinə görə, diskin parlaqlığı adi işıqdan 100 min dəfə çoxdur və bu, qalaktikadakı qazların hərəkət dinamikası ilə əlaqədar ola bilər. Nəhəng qara dəliyin ağırlığının isə Günəşdən 250 milyon dəfə çox olduğu ehtimal edilir. “Hubble” teleskopunun məlumatlarının köməyi ilə spektroqraflar diskin sürətini, temperaturunu və digər xassələrini müəyyən etməyə çalışırlar.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti